Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III


Əruz vəznində yazılmlş əsərlərdə, xüsusən qəzəllərdə fasilə təfilələrini (təqtləri)



Yüklə 0,52 Mb.
səhifə16/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   12   13   14   15   16   17   18   19   ...   54
Əruz vəznində yazılmlş əsərlərdə, xüsusən qəzəllərdə fasilə təfilələrini (təqtləri) gözləmək mütləq lazımdır. Hər bir təqtdən sonra edilən qısa və ya davamlı fasilə nitqdə xüsusi ritm yaradır. Məsələn:
Qami bimarinə canan /dəvayi-dərd edər ehsan,//

Neçin qılmaz/ mənə dərman,/ məni bimar o sanmazmı?//

M. Füzuli
Kipriyin xəncərdir,/ qaşların kaman//

Yıxdığın acizə/ verməzsən aman,//

Dedilər,// cəlladsan,/ etməzdim güman,//

Salacaqdır məni/ qana gözlərin.//

(Ə. Vahid)
Qeyd edildi ki, fasilə psixoloji funksiya da daşıyır. Bu fasilə dinləyicinin diqqətini danışanın mətndən əlavə nəzərdə tutduğu və bilavasitə sözlərlə ifadə etmək istəmədiyi cəhətə çəkir. Məsələn. Düşmənlər onu güllələmədilər... Onlar onu diri-diri torpağa basdırdılar. Buradakı psixoloji fasilə (çox nöqtələrin yerində) özündən sonra gələn sözləri qüvvətləndirir. Dinləyici danışanın əvvəlkindən daha dəhşətli olan bir hadisə haqqında xəbər verəcəyini gözləyir. Psixoloji fasilə yazıda , adətən, çox nöqtə ilə göstərilir.

Nitqin melodikliyi.

Nitq zamanı səsin müəyyən intervalda alçalıb yüksəlməsi melodiklik əmələ gətirir. Nitqin bu keyfiyyəti hissi halların ifadəsinə xidmət edir, emosional həssaslığın göstəricisinə çevrilir. Natiq nitqində cümlənin melodiyasını əvvəlcə yüksəldir, sona doğru alçaldır. Səs tonunun ucalıb enməsi yazılı nitqdə durğu işarələri ilə tənzimlənir. Natiq nitq zamanı sual və nida işarələrilə işlənmiş çümlələri yüksək səs tonu ilə tələffüz edir. Məsələn: Haydı dəlilərim, bu gün dava günüdür! Dostum, bəs harada qalmışdın? Nitqi eyni səs tonu ilə aparmaq dinləyicini yorur. Amma səs tonunun dəyişməsi, gah sual, gah da nida cümlələrinin işlədilməsi ( boş hay-küy deyilsə) rahat oturanları oyadır, silkələyir, dinləyicinin marağını artırır.

Cümlədə səs tonunun qalxması və enməsi arasında müəyyən bir nöqtə-kulminasiya nöqtəsi olur ki, həmin nöqtə səs tonunun ən yüksək yoxuşunun başa catdığını və enmənin başlandığını göstərir.

Cümlə melodiyası psixoloji funksiya da daşıyır. Bu melodiya danışanın daxili hisslərini vermək üçün əsas və başlıca vasitədir. Melodiyanın psixoloji funksiyası, bir növ, onun məntiqi funksiyasını tamamlayır. Necə deyərlər, nitq prosesində insan ağlının səsi onun hisslərinin səsi ilə birləşir. Məsələn:
Bəs bu gün o hanı,


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin