Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III


MƏHKƏMƏ NATİQLİYİ. AKADEMİK NATİQLİK



Yüklə 0,52 Mb.
səhifə32/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   28   29   30   31   32   33   34   35   ...   54
10. MƏHKƏMƏ NATİQLİYİ. AKADEMİK NATİQLİK,

SƏHNƏ NİTQİ
Məhkəmə natiqliyi. Bu nutqin başqa bir formasıdır. Bura prokuror, vəkil, müttəhim, şahid və xalq hakiminin nitqi daxildir. Həmin nitq formalarının biri ittihamedici (prokuror və məhkəmənin nitqi), digəri isə müdafiəedici (vəkil və müttəhimin nitqi) xarakterdə olur.

İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və aydın danışmağı bacarmalıdır. Bu nitq dərin təhliletməyə, sübutlara, faktlara, ədalətə, qanunun aliliyinə əsaslandığı təqdirdə təsirli və inandırıcı olur.

Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. Məhkəmə prosesində qaldırılan vəsadət hadisələrin dərin təhlilindən alınan məntiqi nəticələrə əsaslanmalıdır. Vəkil dəqiqliyə, səmimiliyə, qanunun aliliyinə riayət etməlidir. Müttəhimin istər öz cinayəti haqqındakı çıxışı, istərsə də özünü müdafiə nitqi münasib sözlər, cümlələrlə öz şərhini tapmalıdır. Hadisənin ədalətli çözümü üçün məhkəmə salonlarında qanunların keşiyində duran prokurorun da, qanunun aliliyini qorumalı olan hakimin də, adamların hüquqlarını müdafiə etməli olan vəkilin də nitqi rabitəli olmalı, əsas fikrin açılmasına xidmət etməlidir.

Məhkəmə natiqliyi tarixi baxımdan daha qədimdir. Hələ eradan əvvəl qədim quldarlıq dövləti olan Yunanıstanda natiqlik sənətinin bu növünə böyük əhəmiyyət verilmişdir. Məşhur Salon qanunlarının müəyyən maddəsi öz şəxsi mənafeyini müdafiə edə bilmək üçün məhkəmədə nitq söyləməyi hər bir afinalının borcu hesab edirdi. Bu qanun qədim Yunanıstanda, eləcə də Roma respublikasında məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdir. Lisi, İsey, Siseron, Afinada məhkəmə natiqi kimi şöhrət qazanmışdır. Antik qaynaqlardan görünür ki, məhkəmə natiqləri hüquq və qanunları, eləcə də lazımı elmi bilikləri yaxşı bilməklə xalq irəsində yüksək ləyaqətlərilə tanınırmışlar. Bunu qədim Roma natiqi Siseronun “Natiq haqqında” risaləsindən də görmək olur: “Kim, natiqi ancaq məhkəmə mübahisələrinin təşkili və gedişində, ya xalq qarşısında və yaxud senatda çıxış edərək məzmunlu danışa bilən bir adam kimi müəyyən edirsə, o zaman onda kifayət qədər ləyaqət olduğunu ehtiraf etməlidir... Bu biliklərə malik olan natiqin onlarsız məhkəmədə ən kiçik məsələləri düzgün müdafiə etməyi çətindir. İnsan biliyinin ən ali nöqtələrini mənimsəyə bilər, buna şübhə yoxdur. Əgər natiqin gücü, ancaq, düzgün, gözəl və məzmunlu danışmaq qabiliyyətindəsə, sizdən soruşuram: bəs bu zəngin bilik olmadan o, necə öz gücünü və qabiliyyətini göstərə bilər?”. Bu yığcam məlumatlar hələ eradan əvvəl qədim Yunanıstan və Romada məhkəmə natiqliyinin nə qədər inkişaf etdiyini dir daha göstərir.

Bizim eranın əvvəllərində, eləcə də ön orta və orta əsrlərdə məhkəmə natiqliyi öz inkişafında müəyyən təcrübələr qazanıb daha da zənginləşmişdir. Ardıcıl olaraq XIX əsrin ikinci yarısında nitqin bu növünün gözəl nümunələrinə Qərbi Avropanın bir sıra əlkələrində, eləcə də Rusiyada rast gəlinir. Rusiyada dövrün qabaqçıl ziyalıları, yazıçılar, alimlər məhkəmə iclaslarına gedib məşhur vəkillərin, ittihamçıların və bəzən də müttəhimlərin nitqini dinləyir, müşahidələr aparır, onlara əsasın maraqlı məqalə və əsərlər yazırdılar. Azərbaycanda da məhkəmə natiqliyinin müəyyən tarixi vardır. Məhkəmə salonlarında alovlu nitqlər söyləyən, adamların hüquqlarını müdafiə eməyi bacaran vəkillərin nitqi ictimaiyyət tərəfindən həmişə qiymətləndirilmişdir. Uzun illər xalq hakimi, sonra da vəkil işləmiş istedadlı ədliyə müşaviri İman İmanovun natiqliyi barədə dəfələrlə eşitmişik. Onu da nitq mədəniyyətini araşdıran mütəxəssilərdən biri məhkəmə salonunda müşahidə etmişdir. Bu müşahidədən belə qənaətə gəlinmişdir ki, bir qədər də pafoslu nitqlər söyləyən bu natiqin istedadı adamı valeh edirdi. Natiq fikrini aydın ifadə etmək üçün olduqca münasib sözlər, ifadələr işlədir, dediklərini əsaslandırmaq məqsədilə yeri gəldikcə faktlara, dəlillərə müraciət edir, şərhini məntiqi əsaslarla qurmağa çalışırdı. Onun nitqi rabitəli idi, fikirlər bir-birini tamamlayır, ikinci dərəcəli məsələlər əsas fikrinə mətləbin açılmasına və dinləyicilərə çatdırılmağa xidmət edirdi.

Məhkəmə natiqliyindən söhbət düşəndə İ. İmanov nitqin uğurlu nəticələr verməsi üçün aşağıdakıları əsas sayırdı.




  1. Natiq nitqin predmetini yaxşı bilməli, onun müsbət və mənfi cəhətləri natiq üçün aydın olmalıdır.

  2. Natiq ana dilinin zənginliklərindən, ifadə vasitələrindən istifadə etməyi baçarmalıdır.

  3. Yalan danışmamalıdır.

Məhkəmə praktikasında belə natiqlər çox olmuşdur. Lakin yenə təəssüb

ki, onların natiqlik məharəti ilə bağlı heç bir geniş və əhatəli yazılar yazılmamışdır. Onlardan bəzən xatirələr yadda qalmışdır.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin