Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III


NİTQ FASİLƏSİ, NİTQİN MELODİKLİYİ



Yüklə 0,52 Mb.
səhifə15/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   11   12   13   14   15   16   17   18   ...   54
6.NİTQ FASİLƏSİ, NİTQİN MELODİKLİYİ
Nitqdə tələffüz məqsədilə edilən fasilə (pauza) nitqi məntiqi məna daşıyan hissələrə bölməklə onun dəqiqliyinə, aydınlığına səbəb olur. Tələffüz və oxu prosesində edilən bu fasilə zəruri fizioloji tələbatın nəticəsi kimi baş verir. Nitq zamanı edilən fasilə həm danışanın, həm də dinləyənin nitq orqanlarının müəyyən sakitliyi, rahatlığı üçün də lazımdır. Tənəffüs prosesində nəfəs və səsin düzgün tənzim edilməsi mühüm şərtlərdəndir. Xüsusən, nəfəsalmaya düzgün əməl olunmaması nitq zamanı darıxmaya, diksiyanın pozulmasına və s. kimi hallara gətirib çıxarır. Buna yol verməmək üçün, birinci növbədə nitqdə normal fasiləyə əməl emək vacibdir. Eyni zamanda dinləyici də danışan və oxuyanın etdiyi fasilə zamanı eşitdiklərini mənimsəyir və sonrakı fikri tutmaq üçün diqqətini cəmləşdirir. Həyat üçün lazım olan tənəffüs aşafıdakı ardıçıllığa malikdir: nəfəsalma, nəfəs vermə və fasilə. Nitqin tələffüzü də bu fizioloji proseslə əlaqəlidir.

Nitq fəsiləsi həm məntiqi, həm də psixoloji funksiya daşıyır. Məntiqi fasilə nitqi məntiqi məna daşıyan hissələrə bölməklə, onun dəqiqliyini, düzgünlüyünü, aydınlığını təmin edir. Fasilə cümlədə vahid məna bütövlüyündə birləşən qrupları həm ayırır, həm də birləşdirir. Buna görə də ona əlaqələndirici, yaxud birləşdirici fasilə də deyilir.Məsələn. Çalış, Arif kimi tənbəl olma. Burada bölgü bildirən fasilə (çalış sözündən sonra) fikrin düzgün ifadə olunmasına xidmət edir. Yaxud: Oxusan, əlaçı olarsan, cümləsində məntiqi fasilə (oxusan sözündən sonra) cümlənin iki hissəsini ( oxusan və əlaçı olarsan) vahid bir məna bütövlüyündə birləşdirir. Fasilənin birləşdirmə funksiyası onun ayrılma funksiyasından üstündür. O, nitqə axıçılıq verir, onun təbii oxunaqlığını təmin edir.

Davamlılıq baxımından məntiqi xarakterli fasilələr müxtəlif ölçüdə - adi, bir qədər uzun və adi normadan qısa olur. Beləki, həmcins üzvlər arasındakı fasilə adi fasilədir. Abzaslarda, çümlənin sonunda, nöqtədən sonra, iki və çox nöqtədə, tire işarəsi işlənən və diğər hallarda böyük fasilə edilir.

Mühazirəci (müəllim) hər hansı bir mətni üzündən oxuyarkən, və ya əzbər söyləyərkən sintaqmların (təqtlərin) arasındakı fasilələri gözləməyi bacarmalıdır. Təqtləri birnəfəsə oxuduqda dinləyici ifadə olunan fikri qavramaqda çətinlik çəkir. Oxuyan da çətinlik çəkir. Ona görə də hər bir təqtdən sonra edilən qısa və ya davamlı fasilə nitqdə, ifadəli oxuda gözlənilməlidir.

Şifahi nitqdəki fasiləni yazılı nitqdə durğu işarəsi əvəz edir. Bu durğu işarəsi nitqdə amma, ancaq, lakin, çünki bağlayıcılarından, bir sıra ədatlardan, artıq, hətta, qabaq, əvvəl, sonra, ötrü, ilə qoşmalarından, xitablardan sonra da qoyulur.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin