Naxçivan müƏLLİMLƏR İnstitutu kafedra: DİLLƏr və ƏDƏBİyyat faküLTƏ: pedaqoji İXTİsas: İSM, VI sem. Kurs: III



Yüklə 0,52 Mb.
səhifə33/54
tarix01.01.2022
ölçüsü0,52 Mb.
#103810
1   ...   29   30   31   32   33   34   35   36   ...   54
Akademik natiqlik. Akademiya və elmi müəssisələr sistemində, beynəlxalq konfrans, simpozium, treniq və s. kimi mühüm tədbirlərdə edilən məruzələr, çıxışlar, verilən elmi məlumatlar və s. akademik natiqliyə aid edilir. Bu, elm adamlarının, alimlərin, yüksək hazırlığa malik ziyalıların, müəllimlərin elmi-prakrik konfranslarda, ali məktəb auditoriyalarında, radio və televiziya verilişlərində müdafiə sovetlərində və s. yerlərdə etdiyi nitqdir. Elmi nitq öz məntiqiliyi, fikirlərin ardıçıllığı, söylənilənlərin dəlillərlə əsaslandırılması, ümumiləşdirmələri, nəticələri və s. ilə digər nitq növlərindən fərqlənir. Nitqin bu növü yaradıcı əhəmiyyət kəsb edən, yaradıcı insanlar, alimlər və b. öz tədqiqatlarından, araşdırmalarından alınmış nəticələri həm yazılı (məqalələr, əsərlər, monoqrafiyalar şəklində), həm də şifahi yolla dinləyicilərə çatdırırlar. Məruzəçinin söylədikləri real faktlara əsaslanmalı, dinləyicilər tərəfindən qəbul edilməlidir.

Akademik natiqliyin yaranmasında ali məktəblərin rolu xüsusilə böyükdür. Belə ali təhsil müəssisələrindən biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Universiteti müxtəlif illərdə bitirib respublikanın məktəblərində, digər tədris müəssisələrində işləyənlərin bəziləri eyni zamanda natiq kimi də fəaliyyət göstərirlər. Şübhə yoxdur ki, bu keyfiyyətlərə yiyələnənlər elmi natiqliyi, bəlağətli nitqi ali məktəb auditoriyalarında mühazirələr oxuyan müəllimlərindən, dosent və professorlardan öyrənmişlər. Bu prosesdə ali məktəblərdə tədris olunan “Nitq mədəniyyəti” dərslikləri isə əsas rol oynamaqdadır. Bundan başqa Bakı Dövlət Universitetinin və AMEA-nın Nizami adına Ədəbiyyat və Nəsimi adına Dilçilik İnstitutlarının da adlarını xüsusi qeyd etmək lazımdır. Bu elmi-tədqiqat müəssisələrində və ali məktəblərin filoloji və pedaqoji fakültələrində vaxtilə mühazirələr oxumuş tanınmış natiq və söz ustalarından dünyasını dəyişmiş əməkdaşlardan Ə. Dəmirçizadə, Ə. Sultanlı, M. Rəfili, M. Arif, H. Araslı, M. Təhmasib, M. Paşayev, Y. Qarayev, B. Nəbiyev, İ. Şıxlı, X. Ulutürk, Ə. Abdullayev, A. Zamanov, A. Əfəndiyev və b. öz sənətinin mükəmməl biliciləri idilər. Bu gün söz ustalarının natiqlik məharətini-aydın tələffüzünü, qəti, kəsərli nitqini, güclü məntiqini əxz edən müasir söz ustaları günün tələblərinə cavab verən səviyyədə bu sənəti inkişaf etdirməklə daha da zənginləşdirirlər.



Səhnə nitqi.

Səhnə nitqinin də tarixi qədimdir. Teatr sənətinin köklərini mütəxəssislər qədim rituallarda axtarmışlar. O sıradan səhnə danışığının kökləri xalq oyun-tamaşalarında. şəbihlərdə, meydan tamaşalarında istifadə olunmuş nitq faktorları ilə əlaqəlidir. Milli-mənəvi mədəniyyətimizin nadir qaynaqlarından olan “Kitabi-Dədə Qorqud eposu, Avesta, xalq oyun və tamaşalar barədəki əski məlumatlar səhnə danışığının inkişaf dövrləri barədə təsəvvür yaradır.

Səhnə nitqinin elementlərini özündə təzahür etdirən xalq ədəbiyyatı nümunələrindən biri də “ravəllilərdir”. Qaravəlli dedikdə, hər şeydən əvvəl kicik, məzəli, gülməli məişət əhvalatları yada düşür. Qaravəlli tamaşalarında səhnə danışığının bir funksiyası da var ki, bu personajların xarakterini həll etməkdən ibarətdir.

Demək olar ki, Səhnə danışığı, səhnə nitqi uzun bir yol keçmiş, tədricən inkişaf edərək sənhə natiqliyi səviyyəsinə qalxa bilmişdir. İni nitqin bu sahəsindən demək olar ki, mədəniyyət sahəsin də də istifadə olunur.

Səhnə nitqini bəzi mütəxəssislər iki qrupa bölür:

1.Komik aktyorların nitqi

2. Tragik aktyorların nitqi


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin