Nefrologiya ixtisası üzrə nümunəvi test sualları (yeni əlavə olunmuş suallar bu faylın tərkibində mövcuddur) Tarix


) Bakteriuriyanı müəyyən etmək üçün hansı tələblərə riayyət etmək vacibdir?



Yüklə 1,37 Mb.
səhifə3/15
tarix17.11.2018
ölçüsü1,37 Mb.
#83993
1   2   3   4   5   6   7   8   9   ...   15

142) Bakteriuriyanı müəyyən etmək üçün hansı tələblərə riayyət etmək vacibdir?

A) Sutkanın hər hansı vaxtında götürülən sidiyin yığmaq

B) Sutkalıq sidiyi yığmaq

C) Gecə sidiyini yığmaq

D) Yalnız kateterlə götürülən sidiyi yığmaq

E) İlıq su ilə yuyunmadan sonra, səhər sidiyinin şırnağının orta hissəsini yığmaq


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
143) Ekskretor uroqrafiya nəyin aşkarlanmasına imkan verir?

A) Proteinuriyanın miqdarının

B) Kanalcıq reabsorbsiyasının səviyyəsinin

C) Kreatininin səviyyəsinin

D) Filtrasiyanın həcminin

E) Rentgenneqativ konkrementlərin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
144) Qlomerulyar filtrdən sərbəst filtrasiya olunan zülallar hansılardır?

A) Bütün sadalananlar

B) İmmunoqlobulinlərin sərbəst yüngül zəncirləri

C) Lizosim

D) Ribonukleaza

E) Beta 2 – mikroqlobulin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
145) Qeyri selektiv proteinuriyada sidikdə hansı zülallar olur?

A) Bütün sadalananlar

B) Qamma qlobullin

C) Beta-lipoproteid

D) Alfa 2 - makroqlobulin

E) Trasferrin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
146) Hansı müddətli anuriya geriyə qayıtmayan hesab olunur?

A) İki həftə

B) Bir həftə

C) Dörd həftə

D) Üç həftə

E) 3-5 gün


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
147) İkincili nefrotik sindrom hansı xəstəliklərdə yaranır?

A) Anadangəlmə fin tipli nefrotik sindromda

B) Sepsisdə

C) Qırmızı qurd eşənəyində

D) Sadalananların hamısında

E) Şəkərli diabetdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
148) Trоmbоtik rаbdоmiоlizdə, disstrеs-sindrоmundа, dissiminə оlunmuş dаmаr dахili lахtаlаnmа sindrоmundа və kəskin böyrək çаtışmazlığındа hansı müalicı vasitəsi tələb оlunur?

A) Plаzmаfеrеz

B) İzоlə оlunmuş ultrаfiltirаsiyа

C) Diurеzin sürətləndirilməsi

D) Fasiləli hеmоdiаfiltirаsiyа

E) Aktivləşmiş kömürlə hеmоsоrbsiyа


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
149) Gün ərzində sidiklə xaric olan qanın formalı elementlərini təyin edən sınaq hansıdır?

A) Ambürje sınağı

B) Neçiporenko sınağı

C) Kakovski –Addis sınağı

D) 3 stəkan sınağı

E) Zimnitski sınağı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
150) 1 ml sidikdə xaric olan qanın formalı elementlərini təyin edən sınaq hansıdır?

A) Kakovski –Addis sınağı

B) 3 stəkan sınağı

C) Zimnitski sınağı

D) Ambürje sınağı

E) Neçiporenko sınağı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
151) Gün ərzində 500 ml-dən az xaric olan sidiyin qiymətləndirilməsi necə adlanır?

A) Nikturiya

B) Anuriya

C) Poliuriya

D) Oliquriya

E) Normal diurez


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
152) 3,5 q/gün proteinuriya hansı sindroma xarakterikdir?

A) Nefrotik sindrom

B) Xroniki böyrək çatmamazlığı

C) Böyrək hipertenziyası

D) Sidik sindromu

E) Kəskin böyrək çatmamazlığı


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
153) İzuriya nə deməkdir?

A) Sidiyin miqdarının çoxalması

B) Gecə sidik ifrazının gündüz sidik ifrazından artıq olması

C) Aşağı xüsusi çəkidə sidiyin xaric olması

D) Bərabər vaxt müddətində eyni miqdarda sidiyin xaric olması

E) Tezləşmiş sidik ifrazı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
154) Pollakiuriya nə deməkdir?

A) Gecə sidik ifrazı aktlarının artması

B) Tezləşmiş sidik ifrazı aktları (gündə 7 dəfədən çox)

C) Bərabər vaxt müddətində eyni porsiyalı sidiyin xaric olması

D) Aşağı xüsusi çəkidə sidiyin xaric olması

E) Sidiyin miqdarının çoxalması


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
155) Qısa müddətli huşun itməsi və qıcolma tutmalarının əmələ gəlməsi hansı böyrək sindromu üçün xarakterikdir?

A) Xroniki böyrək çatışmazlığı

B) Kəskin böyrək çatışmazlığı

C) Böyrək eklampsiyası

D) Böyrək hipertenziyası

E) Nefrotik sindrom


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
156) Kreatinin klirensinə əsasən yumaqcıq filtrasiyasının normal sürəti necə ml/dəqiqədir?

A) 40-60 ml/dəq

B) 30-40 ml/dəq

C) 80-120 ml/dəq

D) 10-20 ml/dəq

E) 60-80 ml/dəq


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
157) Normada gündəlik diurez qəbul olunan mayenin hansı faizini təşkil edir?

A) 40-50 %

B) 80-95 %

C) 65-75 %

D) 95-100%

E) 30-40 %


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
158) Neçiporenko üsulu ilə sidiyin normal göstəricilərini tapın:

A) Eritrositlər 2000, leykositlər 6000, silindrlər 200

B) Eritrositlər 1000, leykositlər 4000, silindrlər 100

C) Eritrositlər 4000, leykositlər 10000, silindrlər 400

D) Eritrositlər 8000, leykositlər 10000, silindrlər 1000

E) Eritrositlər 6000, leykositlər 80000, silindrlər 1000


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
159) Hansı böyrək xəstəliyinə qeyd olunan rentgenoloji nəticə :- böyrək ləyəninin sərhədlərinin qeyri-dəqiqliyi, böyrək kasacıqlarının deformasiyası, boyun hissəsinin daralması və dartılması xarakterikdir?

A) Diabetik nefropatiyaya

B) Pielonefritə

C) Böyrəklərin amiloidozuna

D) Qlomerulonefritə

E) Böyrəklərin polikistozuna


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
160) Böyrək arteriyasının stenozunun diaqnostikasında sadalanan metodlardan hansı daha informativdir?

A) Böyrək damarlarının US dopleroqrafiyası

B) Ekskretor uroqrafiya

C) Böyrəklərin USM –si

D) İzotop renoqrafiya

E) Selektiv aortoqrafiya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
161) Nefrotik sindromda ödemlərin xarakteristikası hansıdır?

A) Asan yerlərini dəyişirlər

B) Sadalananların hamısı düzdür

C) Sadalananların heç biri düz deyil

D) "Striae distensae" əmələ gəlir

E) Basanda barmaqların yeri qalır


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
162) Ağrı hansı böyrək xəstəlikləri zamanı xəstənin horizontal vəziyyətində azalır?

A) Paranefrit

B) Nefrolitiaz

C) Böyrək şişi

D) Nefroptoz

E) Hidronefroz


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
163) Nəyin reabsorbsiyası pozulduqda sistinuriya müşahidə olunur?

A) Kaliumun

B) Maqneziumun

C) Natriumun

D) Amin turşuların

E) Fosfatların


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
164) Nefrotik sindroma nə xarakterikdir?

A) İzostenuriya

B) Hiperstenuriya

C) Normostenuriya

D) Hipostenuriya

E) Sadalananların hamısı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
165) Hansı xəstəliklərin gedişini eklampsiya daha çox ağırlaşdırır?

A) Xroniki pielonefritin

B) Kəskin pielonefritin

C) Böyrəklərin vərəminin

D) İkincili amiloidozun

E) Kəskin qlomerulonefritin


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
166) Nefrotik krizə nə xarakterikdir?

A) Kollaptoid vəziyyət

B) Abdominal ağrılar

C) Anasarka

D) Sadalananların hamısı

E) Qızıl yel eriteması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
167) Nefrotik sindromun pəhrizi nədən ibarətdir?

A) Aşağızülallı, duza və K-a sərhədd yoxdur

B) Əvəzolunmayan aminturşularla zəngin,qiymətli zülallı, duzsuz, K-la zəngin qidadan

C) Yüksəkzülallı, duza və K-a sərhədd yoxdur

D) Aşağızülallı, duzlu, K-la zəngin qidadan

E) Yüksəkzülallı, duzlu, K-la zəngin qidadan


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
168) Böyrək funksiyasının pozulması ilə yanaşı qəfildən yaranan ödemlər, hematuriya, proteinuriya, arterial hipertoniya hansı sindroma xarakterikdir?

A) Sidik sindromuna

B) Nefrotik sindroma

C) Poliorqan çatışmazlığına

D) Kəskin nefritik sindroma

E) Xroniki böyrək çatmamazlığına


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
169) Oliguriya (anuriya) nə zaman müşahidə olunur?

A) Bütün göstərilən xəstəliklərdə

B) Göstərilən xəstəliklərin heç birində

C) Kəskin qlomerulonefritdə

D) Xroniki böyrək çatışmazlığının terminal mərhələsində

E) Kəskin böyrək çatışmazlığında


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
170) Sidiyin rənginin dəyişməsi nə ilə əlaqədardır?

A) Bütün göstərilən faktorlar ilə

B) Qaraciyərin və öd yollarının xəstəlikləri ilə əlaqədardır

C) Qəbul edilən qidanın növündən asılıdır

D) Böyrək xəstəliyi ilə əlaqədardır

E) Qəbul edilən mayenin həcmindən asılıdır


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
171) Nefrotik sindromun meyarları hansılardır?

A) Proteinuriya 1q/sut, ödemlər, hiperxolesterenemiya

B) Proteinuriya 3,5 q/sut, hipo-və disproteinemiya

C) Ödemlər, hematuriya, arterial hipertenziya

D) Ödemlər, hipoproteinemiya, hiperproteinemiya

E) Hipoproteinemiya , ödemlər, arterial hipertenziya


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
172) Sidik kisəsinin kateterizasiyası hansı vəziyyətlərdə nadir hallarda və həyati göstərişlər olduqda edilir?

A) Şəkərli diabet

B) Xroniki pielonefrit

C) Xroniki qlomerulonefrit

D) Böyrək amiloidozu

E) Hamiləlik


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
173) “Nefrotik kriz” nə ilə xarakterizə olunur?

A) Abdominal ağrılar

B) Dəridə eritema

C) Hipotenziya

D) Bütün göstərilən vəziyyətlərlə

E) Qızdırma


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
174) Eritrositlərin böyrəkmənşəli olmasını nə təsdiqləyir?

A) Eyni zamanda eritrositlərin və mumvari silindrlərin aşkarlanması

B) Qələviləşən eritrositlərin aşkarlanması

C) Eyni zamanda eritrositlərin və hialin silindrlərinin aşkarlanması

D) Eritrositar silindrlərin aşkarlanması

E) 3-stəkan sınaqında 2-ci və 3-cü hissəsində mikrohematuriyanın artması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
175) Hialin silindrlərin sidikdə aşkarlanması nədən xəbər verir?

A) Böyrək amiloidozundan

B) Diaqnostik əhəmiyyəti azdır

C) Lyupus nefritdən

D) Xroniki qlomerulonefritdən

E) Xroniki pielonefritdən


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
176) Nefrotik sindromda nə müşahidə olunur?

A) Bütün sadalanan dəyişikliklər

B) Hipoproteinemiya

C) Hipertriqliseridemiya

D) Hiperxolesterinemiya

E) Sadalananlardan heç biri


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
177) Nefrotik sindroma nə xarakterik deyil?

A) Hiperstenuriya

B) Hiperproteinemiya

C) Hiperkaoqulyasiya

D) Hiperxolesterinemiya

E) Hipertriqliseridemiya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
178) Antibakterial preparatlara qarşı mikrofloranın həssaslığının müəyyən edilməsi əhəmiyyətlidirmi?

A) Klinik əhəmiyyəti yoxdur

B) Ancaq interstisial nefritdə böyük klinik əhəmiyyəti var

C) Böyük klinik əhəmiyyəti vardır

D) Ancaq qlomerulonefritdə böyük klinik əhəmiyyəti var

E) Ancaq pielonefritdə böyük klinik əhəmiyyəti var


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
179) Qan zərdabında komplementin səviyyəsinin enməsi nə zaman aşkarlanır?

A) Krioglobulinemiya zamanı qlomerulonefritdə

B) Mezangiokapilyar qlomerulonefritdə

C) Lüpus-nefrit zamanı

D) Bütün göstərilən xəstəliklərdə

E) Kəskin poststreptokok qlomerulofritdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
180) Böyrəklərin funksional müayinəsinin hansı xəstəliklər zamanı əhəmiyyəti var?

A) Ancaq uşaqlarda müstəqil diaqnostik əhəmiyyəti var

B) Funksional müayinənin növündən asılı olaraq müstəqil diaqnostik əhəmiyyəti var

C) Müstəqil diaqnostik əhəmiyyəti yoxdur

D) Müstəqil diaqnostik əhəmiyyətə malikdir

E) Xəstəliyin növündən asılı olaraq müstəqil diaqnostik əhəmiyyəti var


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
181) Xörək duzunun və heyvani zülalın yumaqcıq filtrasiyasına təsiri nədən ibarətdir?

A) Təsiri xəstəliyin növündən asılıdır

B) Təsiri arterial təzyiqin səviyyəsindən asılıdır

C) Yumaqcıq filtrasiyasına təsir etmir

D) Yumaqcıq filtrasiyasını artırır

E) Yumaqcıq filtrasiyasını azaldır


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
182) Yaşlılarda yumaqcıq filtrasiyası özünü necə aparır?

A) Həmişəki səviyyədə qalır

B) Bu istiqamətdə tətqiqatlar keçirilməmişdir

C) Kişilərdə enir

D) Artır

E) Enir
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008


183) Böyrək xəstəlikləri zamanı hansı prosesin erkən pozulması müşahidə olunur?

A) Sidiyin durulaşdırılması

B) Sidiyin qatılışması

C) Xəstəliyin növündən asılı olaraq

D) Sidiyin durulaşdırılması və qatılaşdırılması eyni zamanda

E) Arterial təzyiqin səviyyəsindən asılı olaraq


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
184) Qanda sidik cövhərinin artması nə ilə əlaqədardır?

A) Diuretiklərin artıq dərəcədə istifadəsi ilə

B) Yüksək katabolizm ilə

C) Böyrək çatmamazlığı ilə

D) Bütün göstərilən proseslər ilə

E) Susuzlaşma ilə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
185) Böyrəklərin icmal rentgenografiyası vasitəsi ilə hansı vəziyyətləri qiymətləndirmək mümkün deyil?

A) Böyrəklərin ölçülərini

B) Böyrək damarlarının anomaliyalarını

C) Sadalananların heç birinin

D) Rentgenpozitiv konkrementlərin olmasını

E) Böyrəklərin yerləşməsini


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
186) Retroqrad piyeloqrafiyanın istifadəsi hansı xəstəliyin diaqnostikası üçün məqsədə uyğundur?

A) Diabetik nefroangioskleroz

B) Kəskin qlomerulonefrit

C) Xroniki glomerulonefrit

D) Böyrəklərin vərəmi

E) Renovaskulyar hipertoniya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
187) Böyrək müayinəsinin izotop üsulları arasında hansı üsul ən yüksək informativliyə malikdir?

A) Üsulların əhəmiyyətı eynidir

B) Dinamik stintsiqrafiya

C) Statik stintiqrafiya

D) Ancaq böyrək çatmamazlığında üsulların istifadəsi məqsədəuyğundur

E) Radioizotop renoqrafiya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
188) Hansı səbəbdən radioizotop üsulların istifadəsi rentgenoloji üsullara nisbətən daha məqsədə uyğundur?

A) Şüalanma yükü cüzidir

B) Xüsusi hazırlıq tələb edilmir

C) Rentgenokontrast preparatlara patoloji həssaslıq olduğda üsulun istifadəsı mümkündür

D) Bütün göstərilən faktorlar

E) Azotemiya zamanı keçirilməsi mümkündür


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
189) Yüksək reninli, müalicəyə tabe olunmayan böyrək hipertoniyası hansı xəstəliklər üçün xarakterikdir?

A) Böyrək amiloidozu

B) Kimmellsil-Vilson sindromu

C) Podagrik nefropatiya

D) Böyrək daşı xəstəliyi

E) Böyrək arteriyasının stenozu, aterosklerozu


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
190) Göstərilən proteinuriya növlərindən hansı funksional proteinuriyalara aid deyil?

A) Gərginlik

B) Alimentar

C) Mikroalbuminuriya

D) Qızdırmalı

E) Ortostatik


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
191) Daşma proteinuriyası nə zaman müşahidə olunur?

A) Mikrohematuriya zamanı

B) Makrohematuriya zamanı

C) Miyelom xəstəliyi zamanı

D) Nefrotik sindrom zamanı

E) Leykosituriya zamanı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
192) Mikroalbuminuriyanın aşkarlanması hansı xəstəliyin diaqnostikası üçün vacibdir?

A) Hipertoniya xəstəliyində

B) Diabetik nefropatiyada

C) Bütün göstərilən vəziyyətlərdə

D) Hamiləlik nefropatiyasında

E) Böyrək transplantının kəskin ayrılma sindromu zamanı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
193) Damardaxili urografiyada nefroqramların olmaması ilə təsdiqlənən böyrək fəaliyyətinin kəsilməsi səbəbləri hansılardır?

A) İkincili büzüşmüş böyrək

B) Böyrək arteriyasının stenozlu aterosklerotik stenozu

C) Obstruktiv pielonefritin kəskinləşməsi

D) Böyrək venalarının kəskin trombozu

E) Böyrəyin anadangəlmə medulyar hipoplaziyası


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
194) Ağır ağciyər-böyrək sindromu ilə xarakterizə olunan nefropatiyalara hansı xəstəliklər aiddir?

A) Qurd eşənəyi nefriti

B) Pnevmosist interstisial pnevmoniya ilə gedən qazanılmış immundefisit sindromu törədən virus-nefropatiyası

C) Qudpasçer sindromu

D) Bütün göstərilən xəstəliklər

E) Vegener granulematozu


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
195) Rеntgеnоlоjı оlаrаq ləyənin büzüşməsi («mаrqаritkа-qızçiçəyi» simptоmu) hansı xəstəlik üçün xarakterikdir?

A) Böyrəklərin vərəmi

B) Amilоidоz

C) Diаbеtik nеfrоpаtiyаnın bаşlаnğıc mərhələsi

D) Pоlikistоz

E) Kəskin qlоmеrulоnеfrit


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
196) Dаğılmış məməciklərin «güvə yеməsi» rеntgеnоlоji simptоmu hansı xəstəliklərə хаrаktеrikdir?

A) Pоlikistоzа

B) Dərmаn mənşəli nеkrоtik papillitə

C) Amilоidоzа

D) Qlоmеrulоnеfritdə

E) Urаtlı nеfrоpаtiyаya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
197) Normada sağ böyrəyin skeletopiyasının düzgün variantı hansıdır?

A) XI döş fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarı

B) I bel fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarı

C) I bel fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarı

D) XII döş fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarı

E) XI döş fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarı


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
198) Normada böyrək qapısı hansı səviyyədə yerləşir?

A) I-II bel fəqərələrinin səviyyəsində

B) I bel fəqərəsinin yuxarı hüdudunda

C) III bel fəqərəsinin yuxarı hüdudunda

D) XI – XII döş fəqərələrinin səviyyəsində

E) III-IV bel fəqərələrinin səviyyəsində


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
199) Fəqərə sütununa nisbətən böyrəklərin yerləşməsi hansı bucaq altında olur?

A) Simmetrik olaraq 45° bucaq altında

B) Asimmetrik olaraq 45° bucaq altında

C) Simmetrik olaraq 30° bucaq altında

D) Paralel olaraq

E) Asimmetrik olaraq 30° bucaq altında


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
200) Böyrək arteriyası böyrək qapısına girərək hansı damarlara bölünür?

A) Paycıqarası arteriyalara

B) Qövsvarı arteriyalara

C) Gətirici arteriyalara

D) Çıxarıcı arteriyalara

E) Payarası arteriyalara


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
201) Kortikal nefronların çıxarıcı arteriolaları yumaqcıq kapsulundan çıxaraq hansı kapilyarlara bölünürlər?

A) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin düz arteriyalarını əmələ gətirir

B) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin venulalarını əmələ gətirir

C) Henle ilgəyinin nazik siqmentlərini örtük kimi əhatə edən

D) Proksimal və distal kanalcıqları örtük kimi əhatə edən

E) Yığıcı borucuqları örtük kimi əhatə edən


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev ,Bakı 2007
202) Yukstamedulyar nefronların çıxarıcı arteriolası, kapsuladan çıxaraq hansı kapilyarlara bölünür?

A) Düz boruları örtük kimi əhatə edn

B) Proksimal və distal kanalcıqları örtük kimi əhatə edən

C) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin düz arteriyalarını əmələ gətirən

D) Henle ilgəyinin nazik seqmentini örtük kimi əhatə edən

E) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin venulalarını əmələ gətirən


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
203) Hansı hüceyrələr yukstaqlomerulyar aparatın əsas morfoloji elementləridir?

A) Epitelioid və sıx ləkə (Macula densa)

B) Qalın və Qurmaqtiq

C) Qurmaqtiq

D) Epitelioid (qranulyar) və mezangial

E) Epitelioid, sıx ləkə, mezangial və Qurmaqtiq


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
204) Renin hansı hüceyrələrdə əmələ gəlir?

A) Epitelioid (qranulyar)

B) Sıx ləkə və Qurmaqtiq

C) Epitelioid və sıx ləkə (Macula densa)

D) Qurmaqtiq

E) Epitelioid,sıx ləkə , mezangial və qurmaqtiq


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
205) Sıx ləkə (Molekula densa) hüceyrələri hansı maddələrin sintezində iştirak edir?

A) Prostaqlandinlər, renin, kallikrein – kinin

B) Prostaglandinlər

C) Renin


D) Kallikrein-kinin

E) Renin, prostaglandinlər


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
206) Yumaqcıqlarda qanın formalı elementləri üçün filtr rolunu nə oynayır?

A) Yarığabənzər membranlar

B) Fırça haşiyəsi

C) Bazal membranın məsamələri

D) Endotelial təbəqənin məsamələri

E) Podositlərin çıxıntıları


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
207) “Distal nefron” nədən ibarətdir?

A) Henle ilgəyinin yoğun qalxan şöbəsindən başlayaraq nefronun bütün sonrakı hissəsi

B) Distal qıvrım kanalcıqlarından

C) Yığıcı borulardan və bellini axınından

D) Henle ilgəyinin nazik şöbəsindən başlayaraq nefronun bütün sonrakı hissəsi

E) Nefronun bütün hissəsi distal qıvrım kanalcıqlardan başlayaraq


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
208) Hüceyrəxarici mayenin həcminin requlyasiyasına aldesteronun təsir mexanizmi nədən ibarətdir?

A) Kaliumun ekskresiyasının artması

B) Kanalcıqlarda natriumun reabsorbsiyasının artması

C) Kaliumun ekskresiyasının azalması

D) Antidiuretik hormonun sekresiyası

E) Kalsiumun ekskresiyasının artması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
209) Nefroloji təcrübədə yumaqcıq filtrasiyasının sürəti hansı maddənin klirensi ilə təyin edilir?

A) Albuminin

B) Sidik cövhərinin

C) Kreatininin

D) Elektrolitlərin

E) Qlükozanin


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
210) Antidiuretik hormonun nefronda təsir yeri haradır?

A) Henle ilgəyinin enən hissəsi

B) Proksimal hissə

C) Henle ilgəyinin qalxan hissəsi

D) Birləşdirici borucuqlar

E) Distal hissə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin