“Neft sənayesinin iqtisadiyyatı və idarə edilməsi”


-ci il 29 dekabr 434 nömrəli fərmanla



Yüklə 64,59 Kb.
səhifə7/10
tarix02.02.2022
ölçüsü64,59 Kb.
#114012
1   2   3   4   5   6   7   8   9   10
2000-ci il 29 dekabr 434 nömrəli fərmanla

201. Dövlət Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını nə təşkil edir?---Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi

202. Dövlət Neft Fondunun təsis edilməsinin əsas məqsədi nədir?---Ölkəmizin neft sərvətlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaratmaq

203. Dövlət Neft Fondu üçün göstərilən xüsusiyyətlərdən biri yanlışdır---Xüsusiyyətləri: Azərbaycan Dövlət Neft Fondunun fərqləndirici xüsusiyyətlərindən biri onun Mərkəzi Bankda xüsusi hesab formasında deyil, ayrıca idarəetmə strukturuna malik hüquqi şəxs qismində yaradılması; Neft Fondunun gəlir və xərclərinin dövlət büdcəsi ilə əlaqəsi yalnız dövlət idarəetmə sektorunun ümumiləşdirilmiş gəlir və xərcləri çərçivəsində qurulub və ölkədə vahid makroiqtisadi siyasətin yürüdülməsi məqsədini güdməsi; Fondun vəsaitlərinin dövlət hakimiyyəti orqanlarına,dövlət və qeyri-dövlət təşkilatlarına borc verilməsinə,eləcə də hər hansı bir subyektin öhdəliklərinin təminatı qismində istifadə oluna bilinməsinin qadağan edilməsi

204. Dövlət Neft Fondu hansı dövlət təsisatının qarşısında hesabat verir və məsuliyyət daşıyır?---Azərbaycan Respublikası Prezidenti

205. Dövlət Neft Fondunun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarət hansı təsisat tərəfindən həyata keçirilir?---Müşahidə Şurası

206. Aşağıdakılardan biri Dövlət Neft Fondunun vəsaitinin formalaşması mənbəyi deyil---Mənbələridir: 1) Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı ilə xarici sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında,o cümlədən Xəzər Dənizinin Azərbaycana məxsus bölməsində neftin və qazın kəşfiyyatı,işlənilməsi və hasilatın pay bölgüsünə dair sazişlərin habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı işlənməsi və nəqli ilə bağlı digər sazişlərin həyata keçirilməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər; Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanına sərmayəçi tərəfindən ödənilən “Bonuslar” (mükafatlar); Karbohidrogen ehtiyatlarının işlənilməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanına ödənilən “Akkrhesabı” ödənişlər; Neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər; Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac-boru kəmərləri vasitəsilə ötürülməsindən əldə olunan gəlirlər; Neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanına sərmayəçi tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər);

2) Dövlət Neft Fondu tərəfindən fondun vəsaitinin yerləşdirilməsindən,idarə olunmasından satışından və ya digər formalarda təqdim edilməsindən,yaxud satışdan kənar gəlirlər,habelə valyutaların yenidən qiymətləndirilməsindən alınan gəlirlər; 3) Qrantlar və digər təmənnasız yardımlar; 4) Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar.

207. Aşağıdakılar mənbələrdən hansı biri üzrə əldə edilən vəsait Dövlət Neft Fonduna daxil olmur?---ARDNŞ-nin sərmayəçi,iştirakçı və ya saziş bağlayan tərəf olan layihədə ARDNŞ-nin iştirak payı və ya sərmayəsi ilə bağlı karbohidrogen satışından əldə edilən gəlirləri; Xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün icarə haqqı; Xarici şirkətlərlə birgə fəaliyyət nəticəsində əldə edilən digər gəlirlər

208. Dövlət Neft Fondunun vəsaitinin istifadəsi ilə bağlı aşağıda qeyd edilənlərdən hansı yanlışdır?---Fondun vəsaiti dövlət hakimiyyəti orqanlarına,dövlət və qeyri-dövlət müəssisələrinə (təşkilatlarına) kredit (borc) verilməsinə,eləcə də Azərbaycan Respublikasının yurisdiksiyasında olan hər hansı bir subyektin borcunun (öhdəliyinin, təminatının) və yaxud digər yüklənməsinin girovu qismində istifadə oluna BİLƏR

209. Dövlət Neft Fondunun vəsaitinin istifadəsi ilə bağlı aşağıda qeyd edilənlərdən hansı doğrudur?---Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə hər il üçün təsdiq edilmiş əsas istiqamətlərə (proqrama) uyğun olaraq həyata keçirilir; Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsinə istifadə oluna bilər; Hər il Fondun vəsaitinin istifadə edilməsinin təsdiq olunmuş istiqamətləri haqqında məlumat və eləcə də onun faktiki istifadəsi barədə illik hesabat mətbuatda dərc edilir; Fondun vəsaiti dövlət hakimiyyəti orqanlarına,dövlət və qeyri-dövlət müəssisələrinə (təşkilatlarına) kredit (borc) verilməsinə,eləcə də Azərbaycan Respublikasının yurisdiksiyasında olan hər hansı bir subyektin borcunun (öhdəliyinin,təminatının) və yaxud digər yüklənməsinin girovu qismində istifadə oluna bilməz; Fondun gəlirləri vergi, rüsum və digər ödənişlərdən qanunvericiliyə müvafiq olaraq azaddır

210. Dövlət Neft Fondunun fəalliyyətinə operativ rəhbərliyi kim həyata keçirir?---Dövlət Neft Fondunun İcraçı Direktoru

211. Dövlət Neft Fondunun İcraçı direktoru kim tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilir?---Azərbaycan Respublikasının Prezidenti

212. Aşağıdakılardan hansı Dövlət Neft Fondunun icraçı direktorunun səlahiyyətinə daxil deyil?---Daxildir: Fondu təmsil etmək; İşçiləri vəzifəyə təyin və vəzifədən azad etmək; Fondun cari işini təşkil etmək; Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq Fondun vəsaitlərinin idarə edilməsi və yerləşdirilməsi üzrə sərəncam vermək

213. Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvləri kim tərəfindən təsdiq olunur?--- Azərbaycan Respublikasının Prezidenti

214. Aşağıdakılardan hansı biri Neft Fondunun İcraçı direktorunun səlahiyyət dairəsinə daxil deyil?---Dövlət Neft Fondunun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarəti həyata keçirir

215. Dövlət Neft Fondunun vəsaitinin ən çox hissəsinin istifadə edildiyi istiqamət aşağıdakılardan hansıdır?---Dövlət Büdcəsinə transfert köçürmələri (16,2 mlrd manat)

216. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən aşağıdakı layihələrdən hansı hazırda davam edir?---“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”

217. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən aşağıdakı layihələrdən hansı artıq başa çatıb?---“Heydər Əliyev adına “BTC əsas neft ixrac boru kəməri”

218. Dövlət Neft Fondunun illik büdcəsi necə təsdiq edilir?---Dövlət Neft Fondunun İcraçı Direktoru fondun illik büdcəsini hazırlayır və təsdiq olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir

219. Dövlət Neft Fondunun büdcəsi nə qədər müddət üçün təsdiq edilir?---Cari ilin sonuna qədər (1 il)

220. Neft Fondunun valyuta vəsaitinin idarə edilməsinin məqsədi nədir?---Neft Fondunun valyuta vəsaitinin təhlükəsiz saxlanılması və səmərəli idarəetmə yolu ilə investisiya gəliri əldə etməklə davamlı artırılması

221. Neft Fondunun investisiya portfeli dedikdə nə nəzərdə tutulur?---Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) və Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər smetası çərçivəsində təsdiq edilmiş xərclər istisna olmaqla,xarici valyutada ifadə olunmuş vəsait

222. Neft Fondunun investisiya portfelinin tərkibində hansı valyuta üstünlük təşkil edir?---Balans valyutası (Azərbaycan Manatı)

223. Akrhesabı ödənişlər nədir?---Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ödənilən vəsaitlər

224. Neft Fondunun gəliri kimi icarə haqqı nədir?---Xarici şirkətlərlə bağlanmış sazişlər (HPS) çərçivəsində dövlət əmlakından istifadə üçün ödənilən haqq

225. Bonus nədir?---Hasilatın Pay Bölgüsü sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ödənilən mükafatlar

226. Mədən vergisi nədir?---Ölkə qanunvericiliyində nəzərdə tutulmuş vergi növlərindən biridir və Azərbaycan Respublikasının ərazisindəki və Xəzər dənizinin (gölünün) şelfindəki faydalı qazıntıların çıxarılmasına görə tutulur.Bu vergini yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr ödəyirlər.

227. Tranzit haqqı nədir?---Neftin Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə ötürülməsi üçün edilən ödənişlər

228. Aşağıdakılardan hansından beynəlxalq neft sazişləri təcrübəsində istifadə edilmir?---

229. Azərbaycanda beynəlxalq neft sazişlərinin hansı tipi daha geniş tətbiq edilir?---Hasilatın pay bölgüsü sazişi (HSP)

230. Beynəlxalq neft sazişlərinin aşağıdakı növlərindən hansı daha sadə və ədalətli hesab edilir?---Konsessiya (lisenziya) sazişləri

231. Beynəlxalq neft sazişlərini bir-birindən fərqləndirən başlıca amil hansıdır?---İştirak edən tərəflərin sayı (Birtərəfli və İkitərəfli olması)

232. Hasilatın pay bölgüsü sazişi birinci dəfə harada və nə vaxt tətbiq edilib?---İndoneziya (1966-cı il)

233. Hasilatın pay bölgüsü sazişi nədir?---Bazar iqtisadiyyatının yenicə formalaşdığı ölkələrdə daha geniş yayılan,müvafiq olaraq dövlətə müəyyən vergi və qeyri-vergi ödənişləri ilə yanaşı hasil olunan neftin bir hissəsinin məhsul formasında çatdığı saziş növü

234. Konsessiya (lisenziya) sazişi nədir?---Zəngin resurslara malik ölkələrdə hələ müstəmləkə altında olduğu vaxtlarda birtərəfli müqavilə kimi istifadə və ya tətbiq edilməyə başlanmış saziş növü

235. Birgə müəssisə sazişi nədir?---Sazişdə iştirak edən hər 2 tərəfin-dövlət və xarici şirkətin saziş çərçivəsində bütün məsələlər barəsində qarşılıqlı anlaşması ilə imzalanan saziş növü

236. Birgə müəssisə sazişlərinin növləri hansılardır?---Xalis,Tipik,Tamhüquqlu

237. Hasilatın pay bölgüsü sazişlərinin növləri hansılardır?---Hasilatın birbaşa bölgüsünə əsaslanan,Mənfəət neftinin bölgüsünə əsaslanan

238. Azərbaycanda xarici neft şirkətləri ilə bağlanan hasilatın pay bölgüsü sazişlərinin növü hansıdır?---Mənfəət neftinin bölgüsünə əsaslanan hasilatın pay bölgüsü sazişi

239. Azərbaycanın xarici neft şirkətləri ilə imzaladığı ilk hasilatın pay bölgüsü sazişi hansıdır?--- “Əsrin müqaviləsi”

240. Hasilatın pay bölgüsü sazişilərində müqavilə yataqlarında olan neft kimin mülkiyyəti hesab edilir?---Dövlətin

241. Mənfəət nefti necə müəyyən edilir?---Hasil edilən bütün neftdən kompensasiya (xərc) neftinin çıxılması yolu ilə

242. Xərc (kompensasiya) nefti nədir?---Yataqların kəşfiyyatı,işlənilməsi və istismarı ilə bağlı çəkilən xərclər həmin yataqlardan hasil edilən neftin bir hissəsi hesabına kompensasiya olunur və neftin bu hissəsi kompensasiya (xərc) nefti adlanır

243. Azərbaycanda hasilatın pay bölgüsü sazişləri hansı qanunla tənzimlənir?---Azərbaycanda hasilatın pay bölgüsü haqqında qanunvericilik yoxdur

244. Hasilatın pay bölgüsü sazişləri çərçivəsində xarici neft şirkətləri dövlətə hansı ödənişlər edirlər?--- Akrhesabı ödənişlər,Bonuslar,İcarə ödənişləri
245. “Əsrin müqaviləsi” çərçivəsində əldə edilən mənfəət nefti dövlətlə şirkətlər arasında necə bölünür?---Rentabellik normasından (İRR) asılı olaraq

246. “Əsrin müqaviləsi” sazişində rentabellik norması (İRR) 16.75 faizdən aşağı olduğu dövrdə mənfəət neftinin dövlətlə şirkətlər arasında hansı proporsiyada bölünməsi nəzərdə tutulurdu?--- Dövlət/Şirkətlər – 30:70

247. “Əsrin müqaviləsi” sazişində rentabellik norması (İRR) 16.75 – 22.75 faiz aralığında dəyişdiyi halda mənfəət neftinin dövlətlə şirkətlər arasında bölünmə proporsiyası necə nəzərdə tutulurdu?---Dövlət/Şirkətlər – 45:55

248. “Əsrin müqaviləsi” sazişində rentabellik norması (İRR) 22.75 faizdən yüksək olduğu halda mənfəət neftinin dövlətlə şirkətlər arasında bölünməsi proporsiyası necə olmalıdır?--- Dövlət/Şirkətlər – 80:20

249. “Əsrin müqaviləsi” sazişi hesabına Dövlət Neft Fonduna daxil olan gəlirlərin əsas hissəsini hansı növ gəlirlər təşkil edir?---Dövlətin payına düşən mənfəət nefti,Bonuslar,Akrhesabı ödənişlər,Tranzit tarifləri üzrə ödənişlər,İcarə ödənişləri

250. 2009-2011-ci illərdə “Əsrin müqaviləsi” sazişi çərçivəsində əldə edilən mənfəət nefti dövlətlə şirkətlər arasında hansı proporsiyada bölünür?---80:20

251. Mənfəət neftinin şirkətlərə çatan hissəsi şirkətlər arasında necə bölünür?---Şirkətlərin layihədəki iştirak payına uyğun

252. Bakı-Supsa neft kəmərinin tikintisi ilə bağlı Azərbaycanla Gürcüstan arasında razılıq nə vaxt əldə edilib?---1996-cu il 8 mart

253. Bakı-Supsa neft kəməri hansı ölkələrin ərazisindən keçir?---Azərbaycan və Gürcüstan

254. Bakı-Supsa neft boru kəməri ilə Azərbaycan neftinin ixracına nə vaxt başlanılıb?---




Yüklə 64,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin