09.I.2008
Bu gün möhkəm şaxtalı havalardan biridir. Yollar buz bağlayıb. Maşınlar çətin gedir.
10.I.2008
Bu gün Qaraimanlı kənd Mədəniyyət evində Neftçala rayon Aşağı Qaraimanlı icra nümayəndəliyinin sədri Sehran Məmmədovun birillik işinə həsr olunmuş hesabat yığıncağı keçirildi.
16.I.2008
Kəndimizdə bir çox çoxuşaqlı analar vardır. Bunlar: Xankişiyeva Xeyrənsə, Məmmədova Urqiyə, Kərimova Fizzəxanım.
18.I.2008
Bu gün hava yaman soyuqdur. Sulu qar yağır. Bu gün kitabxanada "Şəhidlər günü" nü qeyd edirik.
20.I.2008
Bu gün möhkəm soyuqdur. Qar yağır.
01.II.2008
Bu gün kəndimizdə "Heydər bulağı" su kəmərinin açılışı oldu. Açılışda İcra hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak etmişdir.
05.II.2008
Bu gün 26 fevral Xocalı faciəsi günüdür. "Xocalı xalqın qan yaddaşıdır" başlığı altında tədbir keçirilmişdir.
26.II.2008
Bu gün kəndimizdə Pambıqtəmizləmə zavodu nəzdində yeni tikinti işinə başlanmışdır. Pambıqtəmizləmə zavodu 1985-ci ildən fəaliyyət göstərir. Zavod Qədimkənd kəndində yerləşir. Zavoda başçılıq edən Bahəddin Leysanov "Salyan pambıq ASC" nin sədridir.
Dostları ilə paylaş: |