NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə60/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   56   57   58   59   60   61   62   63   ...   85

387

İmam Əli əleyhis-salam (dünya malı üçün çalışmaq barəsində) buyurmuşdur:

Dünyadan (onun malından halal yol ilə) sənə tərəf gələni götür və səndən üz çevirəndən (əlin çatmayandan) sən də üz çevir. Əgər sən (bu işi) etməsən (əlin çatmayan şeylərin arxasınca getsən), onda axtarış və istəyində ifrata varma (haram günahdan uzaq ol özünü ailəni çox çətinliyə salma).
388

İmam Əli əleyhis-salam (gözəl söz barəsində) buyurmuşdur:

çox söz ki, (qəlblərə) təsiri hücum etmək və sıçramaqdan daha çoxdur. (Ola bilər ki, ağıllı adam qılınc döyməklə görülə bilməyən işi sözlə görsün.)
389

İmam Əli əleyhis-salam (qənaətə həvəsləndirərək) buyurmuşdur:



(Ruzidən) hər nə ilə kifayətlənmək (yaşayışı keçirmək) mümkündürsə o bəsdir.1

390

İmam Əli əleyhis-salam (zülmə tabe olmamaq alçalmamaq barəsində) buyurmuşdur:



(Mərd üçün) ölüm alçalmaq və həqirlikdən üstün və daha yaxşıdır. Aza razı olmaq (varlılara) yaxınlaşmaq və yaltaqlıq etməkdən daha yaxşıdır. Oturduğu yerdə bir şey verilməyən (səy təlaş etməyib bir şey əldə etməyən) kəsə durduğu yerdə də verilməz.2 Ruzigar iki gündür: bir gün sənin şadlıq və kam almağın üçün, bir gün isə çətinlik və nakamlığın üçün. Buna görə də şadlıq günündə itaətsizlik etmə (naşükür olma) və çətinlik olan günündə səbrli ol (dözümsüzlük etmə özünü alçaltma).
391

İmam Əli əleyhis-salam (ata ilə övladın bir-birlərinin boyunlarında olan haqqı barəsində) buyurmuşdur:

Övladın atanın, eləcə də atanın övladın boynunda haqqı var. Atanın övladın boynunda olan haqqı budur ki, o, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha itaətsizlikdən başqa hər bir şeydə ataya tabe olmalı, itaət etməlidir. Övladın atanın boynunda olan haqqı isə budur ki, ona yaxşı ad qoysun (məsumlar əleyhimus-salamın özlərinin ya övlad ailə üzvlərinin birinin adını qoysun övladına), onu ədəbli və gözəl əxlaqlı tərbiyə etsin və ona Qur’an öyrətsin.
392

İmam Əli əleyhis-salam (təsiri olan olmayan şeylər barəsində) buyurmuşdur:

Göz dəyməsi, ovsun, cadu, ağzını xeyirliyə açmaq (məsələn xəstənin kimdənsə «ey sağlam» müraciətini eşitməsi eşitdiyi kimi olacağına inanması) haqdır (onların hər biri öz təsirini göstərir). Ağzını pisliyə açmaq və xəstəliyin birindən digərinə keçməsi düz deyil (təsirsizdir). Gözəl iy, bal, minik minmək və yaşıllığa baxmaq qəm və kədərləri aradan aparan ovsunlardır və xəstələr onların vasitəsi ilə sağalarlar.1
393

İmam Əli əleyhis-salam (xalqla eyniləşmək, uyuşmaq barəsində) buyurmuşdur:

Xasiyyət və əxlaq cəhətindən xalqa yaxınlaşmaq (yaşayış tərzində onlar kimi olmaq) onların kinlərindən amanda olmaqdır (amanda olmağa səbəb olar. Çünki kim dinə zidd olmayan işlərdə xalqla uyuşsa, onlar kimi olsa onu sevərlər qəlblərində ona qarşı kin saxlamazlar).
394

İmam Əli əleyhis-salam onunla danışanlardan biri, özündən böyük söz söyləyərkən (yersiz söz barəsində) buyurmuşdur:

Qanad çıxarmamış uçdun və körpə ikən nərildədin. (Xülasə, bizim yanımızda belə sözlər danışmaq sənə yaraşmaz. Yaxud sənin kimisinin belə bir söz deməsi layiq deyil. Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Burada (əsas mətndəki) «الشَّكِيرُ» «əş-şəkir»dən məqsəd quşun güclənərək möhkəmlənəndən qabaq çıxartdığı ilk qanadıdır. «السَّقْبُ» «əs-səqb» isə böyüyənə kimi nərildəməyən dəvə balası mənasındadır.


395

İmam Əli əleyhis-salam (hər işlə məşğul olmağın ziyanı barəsində) buyurmuşdur:

Kim müxtəlif işlərlə məşğul olsa (müxtəlif işlər görmək istəsə) çarə qılmaq bacarıqları onu tərk edərlər (o, qıldığı çarələrdən heç bir nəticə əldə etməz müvəffəqiyyət qazanmaz).

396

İmam Əli əleyhis-salamdan «لا حَوْلَ وَ لا قُوَّةَ إِلاّ بِاللهِ» «Allahdan başqa heç bir qüdrət və qüvvə yoxdur» kəlamının mənasını soruşarkən o Həzrət buyurmuşdur:

Biz Allahla birgə bir şeyə malik deyilik (Onunla şərik deyilik) və O, bizi malik etməyincə heç bir şeyə (əndam, güc, ağıl sairə) malik olmuruq. Buna görə də bizi bir şeyə malik edəndə – ki, Onun Özü bizdən daha qabaq malikdir – boynumuza vəzifə qoyur (nəyəsə əmr edir ya nədənsə çəkindirir). Həmin şeyi (bir şeyə gücün çatmasını) bizdən alanda isə, o barədəki vəzifəni boynumuzdan götürür (həmin şey barəsində bizdən sorğu-sual etməyəcək).
397

İmam Əli əleyhis-salam Əmmar ibn Yasirin (rəhiməhullah) Müğeyrə ibn Şö’bənin sözlərinə cavab verməsini eşidəndə (dini dünya üçün vasitə etmiş şəxsə etina etməmək barəsində) ona buyurmuşdur:

Ey Əmmar! Müğeyrəni öz ixtiyarında qoy (onun sözlərinə etina etmə). Çünki o, dindən dünyanı ona yaxınlaşdıran (dünyasına xeyri olan yarayan) şeydən başqa bir şey götürməyib, öyrənməyib; qəsdən (bilərəkdən) özünü şübhələrə atıb ki, onları (haqqa doğruya oxşayan əyrilikləri) öz səhv və büdrəmələrinə bəhanə gətirsin1.
398

İmam Əli əleyhis-salam (Allaha təvəkkül etmək arxalanmaq barəsində) buyurmuşdur:

Varlıların Allah yanında olan savabı əldə etmək üçün yoxsullara qarşı təvazökar olmaları necə də gözəldir. Onlardan gözəl isə yoxsulların Allaha arxalanaraq varlılara etinasızlıqları və əyilməmələridir.2
399

İmam Əli əleyhis-salam (ağlın xeyri barəsində) buyurmuşdur:

Allah ağlı insanda ancaq ona görə əmanət qoyub (ona bağışlayıb) ki, insana günlərin birində onun vasitəsi ilə (onun gördüyü tədbirlərlə dünya fitnə-fəsadlarından ya itaət bəndəliklə axirət çətinliklərindən) nicat versin.
400

İmam Əli əleyhis-salam (haqqın batil üzərində qələbəsi barəsində) buyurmuşdur:

Kim haqq ilə əlbəyaxa olsa (vuruşaraq onu aradan aparmaq istəsə), haqq onu yerə vurar (məhv edər. Çünki Allah haqqın yardımçısıdır heç kəsin Onunla əlbəyaxa olmaq qüdrəti yoxdur).

401

İmam Əli əleyhis-salam (fikirləşmək barəsində) buyurmuşdur:

Qəlb gözün səhifəsidir. (Gərək gözün gördüyü şey qəlbin səhifəsinə yazılsın, barəsində fikirləşərək düşünülsün, haqq ya batil, xeyir şər olması aydınlaşdırılsın.)
402

İmam Əli əleyhis-salam (pərhizkarlığın mədhində) buyurmuşdur: Pərhizkarlıq xasiyyətlərin başçısıdır. (Hər bir gözəl xasiyyət ona bağlıdır pərhizkarlıq, onların hamısını əhatə edir.)


403

İmam Əli əleyhis-salam (müəllimə ehtiram göstərməyə təşviq edərək) buyurmuşdur:

Dilinin itiliyini səni danışdırana (sənə danışmaq öyrədənə), eləcə də natiqlik bacarığını səni (natiqlikdə) düz yola istiqamətləndirənə yönəltmə.1
404

İmam Əli əleyhis-salam (çirkinliklərdən uzaq olmaq barəsində) buyurmuşdur:

Sənin ədəb və gözəlliyin üçün başqasında pis saydığın şeydən (çirkin işlərdən) uzaqlaşmağın kifayətdir.

405

İmam Əli əleyhis-salam (səbrlilik barəsində) buyurmuşdur:

Kim (müsibət qəm-qüssə baş verəndə dünyanın bəzək-düzəyinə bağlı olmayan) azad insanlar kimi səbr etsə, səbrlidir ( öz savabını alacaqdır). Əgər (həmin hadisədə dözümsüzlük edərək) səbr etməsə, təcrübəsiz nadanların unutması kimi yaddan çıxaracaqdır. (Həmin nadanlar hadisələrlə qarşılaşanda dözümsüzlük edərlər sonra bir çarə olmamasını görüb susarlar. Onların bu susmağında savab yoxdur əksinə, dözümsüzlüklərinə görə cəzalandırılacaqlar.)
406

Digər bir rəvayətdə deyilir ki, İmam Əli əleyhis-salam başsağlığı və ürək-dirək verdiyi Əş’əs ibn Qeysə (yenə səbrlilik barəsində) buyurmuşdur:

Əgər böyüklər və alicənablar kimi səbrlilik etsən, bu, (eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın yanında) gözəl və bəyənilən bir işdir. Amma səbrsizlik etsən, (həmin müsibəti) heyvanlar (çəkdikləri əziyyətləri) unutduqları kimi yaddan çıxaracaqsan. (Axır ki, naçarlıqdan səbrli olacaqsan, amma bu dəfə savabsız.)


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin