NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə56/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   52   53   54   55   56   57   58   59   ...   85

İmam Əli əleyhis-salam (sınaq imtahan etmək məqsədi ilə) o Həzrətdən çətin ağır bir sual soruşmuş şəxsə (bilən şəxsdən sual soruşmaq üsulu barəsində) buyurmuşdur:


Çətinliyə salmaq üçün deyil, başa düşmək və öyrənmək üçün soruş. Çünki elm öyrənən nadan, alimə oxşayır (çünki elm əldə etməyə hazırlaşıb düz yola ayaq basıb). Azğınlığa qədəm basan (başqasına qalib gəlmək üstünlük əldə etmək istəyən) alim isə nadana bənzəyir (çünki o da nadan kimi layiq olmadığı şeyi tələb edir).
313

İmam Əli əleyhis-salam Abdullah ibn Abbas o Həzrətə nəzəri ilə uyğun olmayan məsləhət verən zaman (insanın öz imamına tabe olması barəsində) buyurmuşdur:



Sən gərək (məsləhət yolu ilə) məni istiqamətləndirəsən və mən öz nəzər və düşüncəm ilə ona baxam. Amma əgər (sənin məsləhətinin səhv olmasını bilib) sənə tabe olmasam, sən mənə tabe ol.2
314

Nəql edilib ki, İmam Əli əleyhis-salam Siffeyndən (müharibədən) qayıdıb Kufəyə gələn zaman (ərəb qəbilələrindən biri olan) Şəbamiyyinin yanından keçəndə arvadların Siffeyn (müharibəsinin) ölülərinə ağlamalarını eşitdi. Öz qəbiləsinin böyüklərindən olan Hərb ibn Şərhəbil Şəbamı Həzrətin yanına gəldi. İmam Əli əleyhis-salam (arvadların müharibə zamanı şivən qoparmalarının məzəmmətində) ona belə buyurdu:


Arvadlarınız eşitdiyim bu ağlamaqları ilə sizə ağalıq edirlər? Onların bu nalə və fəryadlarının qarşısını almırsınız? (Gərək bunun qarşısını alasınız. Çünki belə bir vəziyyətdə onların ağlayaraq nalə etmələri kişilərin müharibədən qorxmalarına səbəb onların döyüşə getmələrinə mane olur.)

Hərb istədi ki, minikdə olan o Həzrətin yanı ilə piyada getsin. İmam əleyhis-salam (cah-cəlal sevməyin ziyanı barəsində) ona buyurdu: Qayıt! Sənin kimisinin mənim kimisi ilə piyada gəlməyi hakim üçün bəla və çətinlik, mömin üçün isə zillət və xarlıqdır. (Hakim üçün ona görə bəla çətinlikdir ki, bu ona ilahi əzab cəzaya səbəb olan qürur təkəbbürlülük gətirir. Möminin bir miniyin yanı ilə piyada getməsi xarlıqdır. Çətinlik bəlaya, eləcə xarlığa səbəb olan hər bir şeyi tərk etmək isə vacibdir.)


315

İmam Əli əleyhis-salam Nəhrəvan müharibəsində Xəvaricin ölülərinin yanından keçən zaman (onların məzəmmətində belə) buyurdu:

Çəkin cəzanızı ki, sizi aldadan kəs ziyan vurdu sizə! Dedilər: Ey Əmirəl-möminin, kim aldatdı onları? Buyurdu: Azdıran şeytan və pisliyə əmr edən nəfslər. Pisliyə əmr edən nəfs onları arzularla aldatdı, onlara itaətsizlik yolunu açdı və (müharibədə) qələbə qazanmağı vəd etdi onlara. Beləliklə, onları çətinliklə oda atdı (əbədi əzaba düçar etdi).
316

İmam Əli əleyhis-salam (günahlardan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur:

Xəlvətlərdə () Allaha qarşı günah etməkdən çəkin. Çünki şahid, hökm edənin özüdür. (Əgər gizlində günah edilsə şahid olmasa Allah həm şahiddir, həm hökm edən. Hökm edən özü şahid olanda isə onun başqalarının şahidliyinə ehtiyacı olmur.)
317

Məhəmməd ibn Əbu Bəkrin (Allah ondan razı olsun) (Misirdə Müaviyənin qoşununun əli ilə) öldürülməsi xəbəri İmam Əli əleyhis-salama çatanda (o Həzrət onun üçün təəssüflənmək kədərlənmək barəsində belə) buyurdu:

Bizim onun üçün olan kədərimiz onların ona görə (onun öldürülməsinə görə) olan sevincləri miqdarındadır. (Onun barəsində bizim kədərimizin onların sevinclərinin çoxluğu bərabərdir.) Amma (bizimlə onlar arasındakı fərq budur ki,) onlar bir düşməni azaltdılar, biz isə bir dostu əldən verdik.
318

İmam Əli əleyhis-salam (bəhanəni qəbul etmək barəsində) buyurmuşdur:

Allahın Adəm övladının üzr və bəhanəsini qəbul etdiyi yaş həddi altmış yaşdır.1
319

İmam Əli əleyhis-salam (Allahdan başqasının yolunda qələbə qazanmağın məzəmmətində) buyurmuşdur:

Günahın qalib gəldiyi kəs zəfər çalmayıb. (Allah itaətindən ayrı yerdə qələbə qazanmış kəs, nəfsi istəyə şeytana tabedir əslində günah ona qalib gəlib.) Pisliklə (günahla) qabağa gedən kəs (əslində) məğlub olub. (Çünki o, ən pis düşmən olan nəfsi istəyə məğlub olub düşmənlərin ən pisinin əlində əsir olan kəs qələbə qazanmayıb.)
320

İmam Əli əleyhis-salam (zəkat verməyə təşviq edərək) buyurmuşdur:

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah varlıların mallarında yoxsulların ruzilərini vacib edib. Buna görə də varlı ondan (onun öz haqqını) əsirgəməsə yoxsul ac qalmaz. Ehtiyacsızlığı mütləq olan Allah (Qiyamət günü) onları bu işə görə sorğu-sual edəcəkdir.
321

İmam Əli əleyhis-salam (bəhanə gətirməməyin tərifində) buyurmuşdur:

Üzr və bəhanə gətirməyə ehtiyacsızlıq, onun (üzr bəhanənin) düzgün və yerində olmasından daha şərafətlidir.1
322

İmam Əli əleyhis-salam (günahdan uzaq olmaq barəsində) buyurmuşdur:

Sizin, eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah üçün yerinə yetirməli olduğunuz ən az şey, Ona qarşı günah işlədərkən (qəzəbinə səbəb olmamaq üçün) Onun nemətlərindən kömək istəməməyinizdir.2
323

İmam Əli əleyhis-salam (bəndəlikdə səhlənkarlıq edənlərin məzəmmətində) buyurmuşdur:

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, acizlər (itaətdə acizlər kimi başısoyuqluq edənlər) səhlənkarlıq edən zaman itaəti zirək və gözüaçıqların (yaxşı işlər görən ağıllıların) qənimət və mənfəəti edib. (Onların səhlənkarlıqları müqabilində ağıllıların çalışqanlığı mənfəət qazancdır.)
324

İmam Əli əleyhis-salam (padşahlar barəsində) buyurmuşdur:

Padşahlar Allahın yer üzərindəki gözətçiləridirlər (ki, insanların bir-birlərinə ziyan vurmalarının pislik etmələrinin qarşısını alırlar).1

325

İmam Əli əleyhis-salam möminin vəsfində buyurmuşdur:

Möminin sevinci üzündə, kədəri isə qəlbindədir. Sinəsi hər şeydən genişdir (çətinliklər zamanı səbri qədərsizdir); nəfsi hər şeydən xardır (təvazökarlığı çoxdur); itaətsizlikdən zəhləsi gedir, riya və gözəgirənliyə nifrət edir. (İşin sonu barəsindəki) kədəri uzun, (layiqli işlərdəki) səy və təlaşı yüksəkdir. (Fikir düşüncə nəticəsində) dinməzliyi çox, vaxtı (itaət bəndəliyə) məşğul, (Allahın nemətlərinə) şükr edən və (bəla çətinliklərdə) çox səbrlidir. Öz fikir və düşüncəsində (bəndəlik işin sonu barəsində təfəkkürə) qərq olub, öz istəyində (başqasından bir şey istəməkdə) simiclik edir (ehtiyacını heç kəsə bildirmir), xasiyyəti yumşaq, təbiəti mülayimdir (təkəbbürlü, məğrur başqalarını incidən deyil). O, quldan xar (hamıya qarşı çox təvazökar) olmasına baxmayaraq, nəfsi möhkəm daşdan da bərkdir (din yolunda şücaətlidir).
326

İmam Əli əleyhis-salam (başqalarının malında gözü olmamaq barəsində) buyurmuşdur:

Ən böyük zənginlik xalqın əlində olan şeylərdə (var-dövlətdə) gözü olmamaqdır. (Çünki başqalarının malında gözü olmayan kəs varlılar kimi rifah asayişdədir.)
327

İmam Əli əleyhis-salam (vədə vəfa etmək barəsində) buyurmuşdur:

Bir şey istənilən şəxs, vədə verməyincə azaddır (istəsə edər, istəməsə etməz).1

328

İmam Əli əleyhis-salam (arzu barəsində) buyurmuşdur:

Əgər bəndə (bəsirət gözü ilə) ömrün müddətinə və onun rəftarına (onu yoxluq faniliyə çəkməsinə) baxsa, arzuya və onun aldatmalarına nifrət bəsləyər (ondan uzaqlaşar fikrini onunla məşğul etməz).

329

İmam Əli əleyhis-salam (var-dövlət barəsində) buyurmuşdur:

Hər bir kəsin malında iki şəriki var: biri irs aparan, digəri isə hadisələr (bəla müsibətlər. Buna görə ağıllı adam elə bir görər ki, onun payı o iki şərikindən az olmasın).
330

İmam Əli əleyhis-salam (Allahdan istəmək barəsində) buyurmuşdur:

İtaət və bəndəliyi olmadan (Allahdan) bir şey istəyən, kamanının yayı olmayan ox atan kimidir (ki, oxu hədəfə çatmaz).2

331

İmam Əli əleyhis-salam (elm barəsində) buyurmuşdur:

Elm iki növdür: biri fitri (nişanələri əməldə aşkar) olan elm, digəri isə (öyrənmək mütaliə ilə olan) eşidilmə elm. Eşidilmə elm fitri olmayınca fayda verməz (insanı elmin həqiqətlərinə çatdıraraq xoşbəxt etməz).

332

İmam Əli əleyhis-salam (fikir barəsində) buyurmuşdur:

Düzgün fikir dövlət, üstünlük və sərvətə bağlıdır. Onların gəlməsi ilə gəlir və onların getməsi ilə gedir.1
333

İmam Əli əleyhis-salam (yoxsulluq varlılıq barəsində) buyurmuşdur:

Yoxsulluğun zinəti abır-ismətdir. Varlılığın zinəti isə şükrdür.2

334

İmam Əli əleyhis-salam (zalım barəsində) buyurmuşdur:

Ədalət (qiyamət) günü zalıma məzluma zülm edilmiş gündən daha ağırdır. (Bu məsələnin şərhi 233- kəlamda keçdi.)
335

İmam Əli əleyhis-salam (bəyənilən işlərə təşviq edib nalayiq işlərdən çəkindirərək) buyurmuşdur:

Sözlər qorunub (mələklər onları əməl səhifələrinə qeyd edirlər);1 gizli sirlər aşkar olub2(Muddəsir surəsinin 38-ci ayəsində buyurulur:) «كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ» «Hər kəs öz əməlinin girovudur (onun cəzasına çatacaq).» İnsanlar – Allahın qoruduğu (eyb nöqsandan saxlayıb zinətləndirdiyi) kimsədən başqa – (inkişafda) naqis və (ağıldan) eyblidirlər. (Çünki) sual soruşanları insanı çətinliyə salıb incitmək istəyir, cavab verənləri (heç bir cavabda geri qalmamaq üçün) çətinliyi qəbul edir. Onların fikiri daha düz olanını da sevinc və qəzəb tez gözəl fikrindən döndərir.3 Ağlı onlardan möhkəm olan kəsə də gözucu bir baxış tez ziyan vurar (ağılın hökmünə zidd davranaraq hörmətini itirər) və bir kəlmə onu bir haldan digər hala salar (deyilən bir söz nəticəsində qəzəblənərək xoşagəlməz görər).
336

İmam Əli əleyhis-salam (dünyadan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur:

Ey camaat! Allahdan qorxun (dünyaya onun malına ürək bağlamayın). Nə çox adam ki, çatmayacağı şeyi arzulayır, yaşamayacağı binanı tikir, tezliklə tərk edəcəyi sərvəti toplayır və bəlkə də onu əyriliklə (əyri yol ilə) toplayıb və haqqın qarşısını alıb, (yəni,) ona haram yol ilə çatıb və ona görə günahların yükü altına girib. Beləliklə, (qiyamətdə) onun ağır yükü ilə qayıdacaq və (hesab araşdırma zamanı) Rəbbinin hüzuruna həsrət və kədərlə gələcək. O, (belə bir şəxs Qur'ani-Kərimin Həcc surəsinin 11-ci ayəsində buyurulduğu kimi) «خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ» «Həm dünyada, həm də axirətdə ziyana uğrayıb.1 Bu (hamıya) aşkar olan bir ziyandır.»
337

İmam Əli əleyhis-salam (günahdan kənar qalanlar barəsində) buyurmuşdur:

Günahlara (onun edilməsinə) əli çatmamaq paklıqdandır (paklığa səbəb olan amillərdəndir).1
338

İmam Əli əleyhis-salam (abır barəsində) buyurmuşdur:

Abrın donmuş haldadır (qorunur). Ağız açmaq və istəmək onun damcılarıdır (onu tökür). Onu kimin yanında tökməyinə diqqət et. (Alçaq adamlardan bir şey istəmə. Çünki onlar istəyini yerinə yetirməsələr xəcalət çəkəcəksən, amma yerinə yetirsələr sənin həmişə qarşılarında əyilməyini istəyəcəklər.)
339

İmam Əli əleyhis-salam (yaltaqlıq barəsində) buyurmuşdur:



(Birini) layiq olduğundan artıq tərifləmək yaltaqlıqdır ( ikiüzlülük nişanəsidir). Layiq olduğundan az tərifləmək isə acizlik (danışmaqda bacarıqsızlıq) və ya (ona) paxıllıqdır. (Deməli, ədalət bərabərlik hər bir kəsi layiq olduğu qədər tərifləməyimiz məqam dərəcəsini həmin miqdarda üzə çıxarmağımızdır.)
340

İmam Əli əleyhis-salam (günah barəsində) buyurmuşdur:



(Allah yanında) ən ağır günah insanın yüngül və kiçik hesab etdiyi günahdır.2

341

İmam Əli əleyhis-salam (bəzi xislətlərin xeyir ziyanı barəsində) buyurmuşdur:



Kim öz eybinə (çatışmazlıqları pisliklərinə) baxsa, başqasının eybini görməz. (Çünki öz pisliklərini düzəltməklə məşğul olar başqasında eyb axtarmağa növbə çatmaz.) Allahın verdiyi ruziyə razı olan kəs, əlindən çıxan şey üçün kədərlənməz. (Çünki insanın bir şey tapması onun şəxsin əlində qalması, onun ruzisinin həmin şey olmasının nişanəsidir. Bir şeyi axtarıb tapmırsa, yaxud tapır sonra əldən çıxarırsa, deməli, o, onun ruzisi deyilmiş. Buna görə bir şeyi əldə etməmək üçün ya tapandan sonra əldən çıxarmağa görə kədərlənmək təqdir edilmiş ruziyə razı olmamağa dəlildir.) Kim zülm qılıncını (qınından) çəksə (çox zülm etsə) həmin qılıncla öldürülər (axirətdən əlavə dünyada da məhvə düçar olar). Kim (alət vasitəsiz, çətin) işlərdə çalışsa və əziyyət çəksə (qəza-qədərdən asılaraq) həlak olar. Özünü çətinlik və əziyyət burulğanlarına atan (zəif olmasına baxmayaraq, böyük işlərə girişən) kəs boğular (məhv olar). Kim pis yerlərə daxil olsa, xalq onun barəsində pis gümanda olar (hətta pis görməsə belə). Çox danışan kəs çox səhv edər (çünki danışanda fikirləşməz). Çox səhv edən kəsin həyası az olar (çünki çirkin onun peşəsi olar). Kimin həyası az olsa onun pərhizkarlıq və günahdan uzaqlığı (da) az olar. (Çünki həyası olmayan kəs heç bir nalayiq işi görməkdən çəkinməz.) Pərhizkarlığı az olanın qəlbi ölər (Allahın rəhmindən uzaq olar. Çünki qəlbin yaşaması günahdan çəkinməkdən asılı, ona bağlıdır). Qəlbi ölmüş şəxs oda daxil olar. (Çünki əbədi cənnət Allahın rəhmi qəlbi ölənlər üçün deyil.) Kim xalqın eyb və nöqsanlarına baxıb onları bəyənməsə və sonra onları özünə rəva bilsə (özü etsə), deməli, o, elə axmaq və qanmazın özüdür. (Çünki o, düz doğru bildiyi şeyin əksinə gedib bu, qanmazlıq axmaqlıqdır.) Qaneçilik (öz payına razı olmaq ya qənaət) tükənməz sərvətdir. Ölümü çox yada salan kəs dünyadan aza razı olar. (Çünki ölümdən qafil olmaq insanda dünyaya hərislik gətirir.) Kim danışığının əmələ əsaslanmasını (dediyini etməli olduğunu) bilsə, barəsində qərara gəldiyi və əhəmiyyət verdiyi şeydən başqa az danışar.
342

İmam Əli əleyhis-salam (zalım barəsində) buyurmuşdur:

Zalım insanın üç nişanəsi var: (birincisi:) günah və itaətsizliklə özündən üstün olana (Allaha) zülm edər; (ikincisi:) zor və üstünlüyü ilə əli altında olana zülm edər; (üçüncüsü:) zalımların dəstəsinə (söz, əməl mal xərcləməklə) kömək edər.
343

İmam Əli əleyhis-salam (rahatlıq çətinlik barəsində) buyurmuşdur:

Çətinlik və sıxıntının ən son həddə çatmasında rahatlıq, bəla və müsibət halqalarının daralmasında dinclik vardır.1
344

İmam Əli əleyhis-salam səhabələrinin birinə (arvad-uşaq barəsində) buyurmuşdur:

İşinin çoxunu arvad-uşağına həsr etmə. Çünki əgər onlar Allahın dostu olsalar, Allah Öz dostlarını puç etməz ( onlara yardım etməkdə başqasına möhtac deyil). Amma əgər Allahın düşməni olsalar, Allahın düşmənləri üçün kədərlənərək iş görməyin nəyə gərəkdir?! (Onun düşmənlərinin vəziyyətini yaxşılaşdırmaq üçün çalışma. Çünki onlara kömək etmək əzab cəzaya səbəb olur.)
345

İmam Əli əleyhis-salam (eyb axtarmaq barəsində) buyurmuşdur:

Ən böyük eyb və qəbahət özündə olan sifəti (başqasında) nöqsan tutmaqdır.
346

İmam Əli əleyhis-salamın hüzurunda bir kişi oğlu olmuş digər bir kişini təbrik edərək belə dedi: Süvari (yaxud zəkalı zirək) övladın mübarək olsun sənə! (Bu cümlə cahiliyyət dövründə ərəblərin şüarı idi. Onlar bu cümlə ilə təbriklərində uşağın süvarilik xoşbəxtliyini proqnozlaşdırırdılar.) Sonra İmam əleyhis-salam belə buyurdu:



(Uşağın olmasını təbrik edəndə) elə demə, de ki: Onu əta edən Allaha şükr olsun, sənə əta edilmiş övlad mübarək olsun, bu övlad tam kamala çatsın və onun yaxşı əməllərindən bəhrələnəsən.
347

İmam Əli əleyhis-salamın işçilərindən biri böyük bir ev tikmişdi. Buna görə də İmam əleyhis-salam (sərvətin aşkar olması barəsində belə) buyurdu:

Dirhəmlər (gümüş pullar) başlarını üzə çıxartdılar (gizlətdiyin şeylər faş oldu). Ev sənin varlılığını vəsf edir (sənin varlılığının nişanəsidir).
348

İmam Əli əleyhis-salama dedilər: Əgər birinin evinin qapısını üzünə bağlasalar və onu orada (azuqəsiz) qoysalar, ruzisi haradan gələr? O Həzrət ruzi barəsində buyurdu:

Əcəl və ölümü gələn yerdən! (Ölümü haradan gəlirsə Allah-təala ruzini oradan göndərməyə qadirdir. Buna görə qapının bağlı olması ölümün gəlməsinə mane olmadığı kimi, ruzinin gəlməsinə mane olmur.)
349

İmam Əli əleyhis-salam adamları ölmüş bir tayfaya baş sağlığı verib səbr etmələrini tövsiyə edərək (ölüm barəsində belə) buyurdu:

Onun bu ölümü nə sizdən başlayıb, nə də sizinlə qurtarır (ki, acı olsun. Əksinə, onda hamı bərabərdir). Sizin bu yoldaşınız (həyatı zamanı) səfərə çıxırdı (sizdən ayrılırdı). Buna görə də belə hesab edin ki, o öz səfərlərinin birinə gedib və sizin yanınıza qayıdacaq. Əgər qayıtmasa, (elə belə olacaq) siz onun yanına gedəcəksiniz. (Buna görə ondan ayrılmağa görə qəmlənmək yersizdir.)
350

İmam Əli əleyhis-salam (şükr səbr etməyə həvəsləndirərək) buyurmuşdur:

Ey insanlar! Allah gərək sizi (Onun) əzab və cəzasından qorxan gördüyü kimi, nemət və bəxşişlərindən də qorxan görsün. (Gərək həmişə Allahın nemətlərinə şükr etməkdə diqqətli olasınız naşükrlük etməyəsiniz ki, əzab cəzaya düçar olmayasınız.) Həqiqətən əlində sərvəti artan və onu əzabın tədricən gəlməsi (gəlmə səbəbi) bilməyən ( naşükrlük edən) kəs qorxuludan xatircəm və arxayın (qafil) olub. Həmçinin yoxsullaşan və onu sınaq və imtahan (öz sınağı) bilməyən ( səbrliliyi əldən verən) kəs, ümid bəslənilərək arzulanan (səbrli şəxs üçün nəzərdə tutulmuş) mükafatı zay edib.
351

İmam Əli əleyhis-salam (nəfsin istəklərindən uzaq olmaq barəsində) buyurmuşdur:

Ey nəfsin istəyinin əsirləri, dayanın (ona tabe olmayın)! Çünki dünyaya ürək bağlayanı müsibət və qəm-qüssənin dişlərinin səsindən (qəzəb sərtlikdən yaranan ağır dərdləri eşitməkdən) başqa bir şey qorxutmur (necə ki, insan birinə qarşı qəzəblənəndə dişlərini bir-birinə sürtür). Ey insanlar! Nəfslərinizi ədəbləndirmək və islah etməklə özünüz məşğul olun (bəyənilənləri öz şüarınız edin) və onları (nalayiq) xislət və vərdişlərə cürət etməkdən qaytarın (ki, qiyamət cəzasından qurtulasınız).
352

İmam Əli əleyhis-salam (pis güman barəsində) buyurmuşdur:

Birindən (birinin ağzından) çıxan söz barəsində nə qədər ki, yaxşı ehtimal verə bilirsən, pis güman etməməlisən. ( qədər ki, mümkündür, ona qarşı pis gümanda olma. Həmçinin birindən gördüyün işi bacardıqca yaxşı san. Amma bəzi yerlərdə uzaqgörənliyi əldən vermək olmaz. 110-cu kəlamda nikbinlik bədbinliyin yerləri müəyyənləşdirilib.)
353

İmam Əli əleyhis-salam (salavat göndərməyə təşviq edərək) buyurmuşdur:

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahdan hacət və istəyin olanda, öz istəyini Allahın Peyğəmbərinə (səlləllahu əleyhi alih) salavat göndərməklə başla və sonra öz hacətini istə. Çünki Allah Ondan istənilən iki hacətdən birini (Peyğəmbərə rəhmət salam göndərməsi istəyini) qəbul edib digərini (sənin öz hacətini) qəbul etməməkdən çox-çox səxavətlidir.
354

İmam Əli əleyhis-salam (qalmaqal çəkişmə barəsində) buyurmuşdur:

Abrına simiclik edən (abırını qorumağı sevən) kəs, gərək (başqası ilə bir şey barəsində) mübahisə etməyi kənara qoysun. (Çünki mübahisə etmək, xüsusilə eyb axtaranlarla çəkişmək insanın abrını aparır qəlblərdə ona qarşı kin yaradır.)
355

İmam Əli əleyhis-salam (tələskənlik süstlüyün məzəmmətində) buyurmuşdur:



(Hər hansı bir işə) imkan yaranandan qabaq (onda) tələsmək və münasib vaxt və fürsət yaranandan sonra süstlük etmək axmaqlıq və qanmazlıqdandır. (Çünki tələsmək ifrat, süstlük isə səhlənkarlıqdır ağıllı adam onların hər ikisindən uzaq olar.)
356

İmam Əli əleyhis-salam (faydasız sual barəsində) buyurmuşdur:

Olmayacaq şey (məsələn, haqqında bəhs edilən fərzi məsələlər) barəsində sual soruşma. Çünki (şəri hökmlər həyati işlər kimi) mövcud şeylərdə sənin üçün məşğuliyyət və iş var (ki, gərək onlarla məşğul olasan).

357

İmam Əli əleyhis-salam (bəzi bəyənilən sifətlərə yiyələnməyə təşviq edərək) buyurmuşdur:



Fikir saf və aydın güzgüdür (ki, işin sonu onda görünür). (Ruzigardan) ibrət götürmək qorxudan öyüdverəndir. Başqasından bəyənmədiyin şeydən (çirkinlikdən) uzaq olmağın ədəb və zinəti sənə bəsdir.
358

Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin