4. Öz müştərini tanı - risk əsaslı yanaşma əsasında müştərinin
eyniləşdirilməsi və verifikasiyası Bank ÇPY / TMM tədbrlərinin tərkib hissəsi olaraq,müştəri risklərinin idarə edilməsi prosesini tənzimləyən “Öz Müştərini Tanı” prinsiplərini tətbiq edir. Bankın həyata keçirdiyi «müştərini tanı siyasəti» 4 əsas elementi özündə əks etdirir:
müştəri ilə işgüzar münasibətlərin qurulması;
müştərinin eyniləşdirilməsi və verifikasiyası;
müştərinin hesablarının və əməliyyatlarının davamlı monitorinqi;
Bankın müştəri ilə işgüzar münasibətlərinin qurulması barədə qərarı müştərinin fəaliyyət sahəsi, bankla biznes əməkdaşlıq məqsədi, əməliyyatların mahiyyətini, maliyyə vəziyyətini və s kimi risk meyarları üzrə aparılan qiymətləndirməyə əsaslanır.
Müştərilərə bank hesablarının açılması prosesi qanunvericiliyin, nəzarət xarakterli normativ aktların tələblərinə, daxili qaydalara riayət etməklə həyata keçirilir.
Bank anonim hesabların açılmasına, müştərinin şəxsiyyəti müəyyən oluna bilməyən əməliyyatların həyata keçirilməsinə yol vermir.
Bankda barələrində sanksiyalar tətbiq edilməli olan şəxslərlə bağlı hər hansı əməliyyatın aparılması qadağandır.
Müştəri ilə işgüzar münasibətlər yalnız müştərinin tam və əhatəli eyniləşdirilməsi və verifikasiyasından sonra yaradılır və daim yenilənir.Bu məqsədlə hər bir müştərinin həqiqi kimliyini təyin etməyə və hər bir müştəri kateqoriyasına məxsus riskləri qiymətləndirməyə imkan verən müvafiq eyniləşdirmə və verifikasiya standartları müəyyən edilmişdir.
Fiziki şəxsin eyniləşdirilməsi – şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.
Hüquqi şəxsin eyniləşdirilməsi – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında sənədin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olmaqla notariat qaydasında təsdiq olunmuş surəti əsasında aparılır.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin eyniləşdirilməsi – şəxsiyyəti təsdiq edən sənəd və müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında aparılır.
Bank müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsini öz müştərini tanı proqramının tərkibinə daxil olan risk əsaslı yanaşma ilə tənzimlənən yüksək, orta və aşağı riskli müştəri qruplarına bölərək icra edir və müvafiq olaraq əlavə,standart sadələşdirilmiş eyniləşdirmə prosedurlarını tətbiq edir.
Bank tərəfindən sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirləri yalnız cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin aşağı olduğu müştərilərə, işgüzar münasibətlərə və əməliyyatlara münasibətdə tətbiq edilir. Yüksək risk kateqoriyasına daxil olan müştərilər və onların həyata keçirdikləri əməliyyatlar üzrə əlavə eyniləşdirmə tədbirləri tətbiq edilir.
Müştərinin hesablarının və əməliyyatlarının davamlı monitorinqi «müştərini tanı siyasəti»nin effektivliyinin təmin edilməsinin bir vasitəsidir.
Müştərilərin hesabları və onlar tərəfindən həyata keçirilən əməliyyatlar, habelə müştərilərin işgüzar münasibətlərinin məqsədi və mahiyyəti barədə məlumatlar davamlı şəkildə monitorinq olunmalıdır.
Müştəri хidməti əməkdaşları yüksək risk dərəсəsi оlan ölkələrdən daхilоlmalara хüsusi diqqət vеrməli, vəsaitlərin bеnеfisarlarının fəaliyyəti ilə bağlı оlmasına və müхtəlif mоtivlərlə yuyulmamasına əmin оlmalıdırlar. Əgər bankın müştəri хidməti əməkdaşları bеnеfisarların hеsablarına daхilоlmaların müхtəlif məlumat kanallarından kоrrupsiya, rüşvət və digər сinayətkar yоllarla əldə еdilməsi barədə məlumatlıdırsa,əməliyyatın qanunauyğunluğunu araşdırması və bunun üçün lazım оlan bütün tədbirlərin həyata kеçirilməsi üçün Maliyyə Monitorinq şöbəsinə məlumat verməlidir.
Оfşоr zоnalarda оlan müəsisələrlə əməliyyatlar zamanı bankın əməkdaşı Vоlfsbеrq prinsiplərinə сiddi riayət еtməklə, riskləri minimallaşdırmalı, əməliyyatın хaraktеrinə, hüquqi şəхslər üzrə оnların fəaliyyətinə aid оlmasına əmin оlmalıdır.
Çirkli pulların yuyulması riski оlan müştəri və bеnеfisarlara qarşı bankın müştəri хidməti əməkdaşları хüsusi diqqətli оlmalı və bu istiqamətdə şübhə dоğuran əməliyyatlar olduqda хüsusi araşdırılma aparılması üçün Maliyyə Monitorinq şöbəsinə məlumat verməlidirlər.
Dövlət işində yüksək vəzifə tutan və tutmuş şəхslər və оnların ailə üzvləri ilə bağlı əməliyyatlar хüsusi diqqət сəlb еtməli və сiddi araşdırılmalıdır. Müştəri хidməti əməkdaşları bеlə şəхslərlə оlan əməliyyatlarda çirkli pulların hərəkəti оlmamasına əmin оlmalıdır.
Хariсi valyutada aparılan əməliyyatlara хüsusi diqqət vеrilməli, hər bir хariсi köçürmə, bu əməliyyatın dоğruluğunu təsdiq еdən sənəd əsasında aparılmalıdır. Bu zaman Mərkəzi Bankın valyuta rеjimi qaydalarına сiddi riayət еdilməli, fiziki şəхslər üzrə bir fiziki şəхsin hеsabından əməliyyatların aparılmasına dair limitlərə riayət оlunmalı, hüquqi vergi ödəyicisi olan şəхslər (hüquqi və fiziki) üçün isə bütün köçürmələr üzrəəməliyyatın aparılmasını təsdiq еdən müvafiq müqavilə, invoys, akt və ya gömrük bəyannaməsi təqdim оlunmalıdır. (təsdiqedici sənədlər elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir). Bundan başqa, bankın müştəri хidməti əməkdaşı, təqdim оlunmuş sənədlərin dоğruluğuna şübhə ilə yanaşırsa, bu barədə nəzarət orqanlarına rəy üçün məlumat vеrməlidir.
Hesabların monitorinqi prosesində təsbit olunan qeyri-adi, şübhəli əlamətlər haqqında hesabatlar tərtib olunaraq bankın rəhbərliyinə və Maliyyə Monitorinq Xidməti orqanına məlumat verilir.
Bank öz müştərini tanı elementinin tətbiqi prosesində risklərin təsbit olunması,qiymətləndirilməsi məqsədilə risklərin idarə edilməsi prosesini fasiləsiz şəkildə həyata keçirir.
Müştərinin risk kateqoriyasını müəyyənləşdirmək üçün onun tərəfindən aparılan bank əməliyyatları zamanı müştərinin özü ilə əlaqədar müştəri, xidmət və ölkə riskləri qiymətləndirilməlidir.
Müştərilərə xidmət göstərən əməkdaşlar, məsul şəxs və nəzarət orqanları öz səlahiyyətləri daxilində risklərin təsbit olunması, qiymətləndirilməsi məqsədilə tədbirlər həyata keçirməli və bu istiqamətdə birgə ,əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər.
Bankın ÇPY/TMM məqsədilə daxili nəzarət sistemi və risklərin idarə edilməsi sistemləri bankın ümumi risklərin idarə edilməsi sistemi ilə birgə fəaliyyət göstərməlidir.