NəZDİNDƏ Qİda sənayesi kolleci SƏRBƏst iŞ Fənn: Biokimya



Yüklə 28,65 Kb.
səhifə2/6
tarix27.05.2022
ölçüsü28,65 Kb.
#116343
1   2   3   4   5   6
İT 019 HƏBİBOVA ÜLVİYYƏ \'BİOKİMYA\' SƏRBƏST İŞ

Protaminlər. Protaminlər histonların bioloji əvəzediciləri olub, aminturşu tərkibi və quruluşları ilə histonlardan fərqlənir. Onların molekul kütləsi azdır (4000–12000). Protaminlərin tərkibində 80 % arginin olduğuna görə, onların əsasi xassəsi hiss ediləcək dərəcədə yüksəkdir. Protaminlər alındığı mənbəyə uyğun olaraq adlandırılır. Məsələn: lasos (qızıl balıq) balığından alınan protamin salmin adlanır. Farel balığının toxum vəzindən alınan protaminə truttin deyilir. Prolaminlər. Prolaminlər əsasən taxıl bitkilərinin dənlərində olur. Onlar suda, duz məhlulunda, turşularda həll olur və yalnız 70 % -li etil spirti ilə ekstraksiya edilir. Bu zülallar da alındığı mənbədən asılı olaraq adlandırılır. Məsələn, buğda dənindən alınana qliadin, arpadan alınana qordein, qarğıdalıdan alınana zein deyilir.
Qlutelinlər. Bu tip zülallar da bitkilərdən alınan zülallara aid olub, suda, duz məhlulunda, etil spirtində həll olmur. Bunlar zəif qələvidə həll olur. Onların tərkibində arginin və az miqdarda prolin olur.
Albuminlər və qlobulinlər. Bu qrup zülalları ayırmaq üçün onların məhlulu hazırlanır. Na2SO4 və ya (NH4)2SO4 ilə doydurulur. Duzun qatılığı 50 % olduqda qlobulin çökür. 100 % -li duz məhlulu olduqda isə albuminlər ayrılır. Albuminlər və qlobulinlər qanın plazmasında, hüceyrələrdə, orqanizmin bioloji mayelərində olur. Onların molekul kütləsi 15000–70000 arasında dəyişir. Albuminlər turşu xassəsi daşıyır. Çünki onların tərkibində qlütamin turşusu olur. Onlar yüksək adsorbsiya qabiliyyətinə malikdir. Qlobulinlərin molekul kütləsi yüksək olub 100000-ə çatır. Onlar təmiz suda həll olmur. Zəif turşu məhlulunda həll olur. Qlobulinlər zəif turşu və neytral xassə daşıyır. Onlar elektrik sahəsində müxtəlif mütəhərrikliyə malik olduqlarına görə elektroforez prosesində onları ayırmaq olur. Albuminlər çox anionlu zülallar olduğundan qlobulinlərə nisbətən anoda daha tez hərəkət edir.
Protenoidlər. Belə zülallar tükün, qığırdagın, sümüyün, yunun və s. tərkibinə daxildir. Bunların hamısı fibrilyar zülallara aiddir. Onlar xüsusi həlledicilərdə həll olur. Fibrilyar zülalların tipik nümayəndəsi kollagendir. Bu zülal insan orqanizmində ən çox yayılmış zülal olub, orqanizmdəki zülalların 1/3 hissəsini təşkil edir. Kollagen bütün toxumalarda olur və ona möhkəmlik verir və az dartılmasına imkan verir. Xromoproteidlər. Zülalların rəngli birləşmələrlə əmələ gətirdiyi proteidlərə hemproteidlər deyilir. Bunlara hemproteidlər, xlorofilproteidlər, kobamidproteidlər, retinalproteidlər və flavinproteidlər daxildir. «Chroma» sözü yunanca "boyaq" deməkdir.
Hemoqlobin. Hemoqlobin dördüncülü quruluşa malikdir. Onun molekul kütləsi 66000 – 68000 arasında dəyişir. Adından göründüyü kimi, hemoqlobin hem adlanan Fe+2 ilə qlobin zülalının birləşməsinin məhsuludur.
Mioqlobin. Mioqlobin üçüncülü quruluşa malikdir. Hemoqlobinin bir zəncirini təşkil edir. Mioqlobin hemoqlobulindən fərqli olaraq, oksigeni özünə beş dəfə asan birləşdirir. Mioqlobin əzələ toxumasında olur.
Metalproteidlər. Metalproteidlər həm fermentli, həm də fermentsiz olur. Məsələn, metalfermentlərə tərkibində sink metalı olan dipeptidaza və alkoqoldehidrogenazanı, ferment olmayanlara isə tərkibində dəmir metalı olan transferrini misal göstərmək olar. Bəzi metal proteidlər hemoqlobinin funksiyasını yerinə yetirir.

Yüklə 28,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin