61
mından zəngin olan nitq maraqla dinlənilir.
Dinləyicilər belə nitqdən, ifadə
tərzindən xüsusi zövq alırlar. İntonasiya baxımından düzgün qurulmuş nitq diqqəti
daim səfərbər edir, nəzərdə tutulmuş məqsədin, ideyanın dinləyiciyə asan
çatmasına şərait yaradır. Əksinə, intonasiya çalarından məhrum olan nitq, mono-
tonluq, süstlük, həddindən artıq sürətlə və ya yavaş danışıq, diksiyanın pozulması
və s. dinləyicini yorur, bəzən hətta əsəbiləşdirir.
Dinləyicilər bu cür natiqin
mühazirəsindən, necə deyərlər, tez yaxa qurtarmağa çalışırlar.
Dilimiz intonasiya cəhətdən olduqca zəngindir. Bu dil nitq prosesində
rəngarəng məna çaları kəsb edir. İntonasiya çalarları vasitəsilə müxtəlif emosional
vəziyyətlər: qorxu, qayğı, qərəz, qəm, məğrurluq, əsəbilik, dəhşət, etinasızlıq,
məftunluq, məyusluq, nigarançılıq, nəşə, həyəcan, təlaş, təşviş, təskinlik, təntənə,
pərtlik, lovğalıq, laqeydlik, coşqunluq, həya, sevinc, acıq, şübhə, təkəbbür və s.
ifadə olunur. Danışan avazlanmanın bu çalarlarından məqsədinə müvafiq şəkildə
istifadə etmək,
nitqin predmetinə, müsahibinə münasibətini bildirməklə söz və
ifadəyə müxtəlif məna rəngarəngliyi verir, onun məzmununu genişləndirir, dol-
ğunlaşdırır. Aşağıdakı şeirdə intonasiyaca kövrək duyğular daha canlı şəkildə
oxucuya çatdırılır.
Kölgə düşür bağarası cığırlara, izlərə,
Çökür axşam sərinliyi təpələrə, düzlərə.
Hərdən xəfif meh əsdikcə yırğalanır göy otlar
Qəlbi kövrək ana kimi doluxsunur buludlar.
...Kəkliklərin nəğməsilə bihuş düşür yamaclar,
Duvaq örtmüş gəlin kimi sakit durur ağaclar.
Dostları ilə paylaş: