95
mürəkkəb cümlələrdə sadə cümlələr bir-birindən vergül işarəsi ilə ayrılır. Məs.;
Xoruzlar banlayır, şəfəqlər qızarır, səhər açılırdı
(M.İ.). Bu sadə cümlələri həm
müstəqil cümlə, həm də mürəkkəb cümlənin tərkib hissəsi kimi oxumaq olar.
Sadə cümlələri ayrılıqda işlətdikdə hər cümlənin sonuna doğru səs tonu alçalır və
davamlı fasilə edilir. Bunlar mürəkkəb cümlənin tərkib hissəsi kimi işləndikdə
cümlələrin sonuna doğru səs tonu yüksəlir, axırıncıdan başqa, digər cümlələr
arasında fasilə nisbətən azalır, sadə cümlələrin birində məntiqi vurğu altında
deyilən söz bütün ifadənin məntiqi mərkəzi olur.
Tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələrdə
təsvir olunan
hadisələr bir-biri ilə o qədər də bağlı olmazsa, belə tabesiz mürəkkəb cümlələrdə
tərkiblərdən birincisinin sonunda səs tonu bir qədər enir (nöqtədə olduğu qədər)
və nisbətən geniş fasilə edilir. Yazıda belə fasilə nöqtəli vergüllə göstərilir.
Hər tərəfdə sakitlik hökm sürürdü, kənd dərin sükut içində yatırdı; sükutu
yalnız kənddən bir qədər kənarda işləyən traktorun səsi pozurdu.
Aydınlaşdırma əlaqəli bağlayıcısız tabesiz mürəkkəb cümlələrdə birinci
cümlənin sonunda səs tonu alçalır, bir qədər geniş fasilə edilir. Danışan və oxuyan
ikinci cümlənin əvvəlində tələffüz edilməyən bağlayıcını fikrən düşünür, fasilə ilə
onun yerini doldurur.
Kamal mədəndəki müşavirəyə açıq alınla gedirdi; planı dolduran iki
briqadadan biri onunku idi
(M.İ.). Bu cümlədə qoşa nöqtədə edilən
fasilə
Dostları ilə paylaş: