Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar çap olunmuş yeni məqalələr


Nizaminin həyatı ilə bağlı rəvayətlər



Yüklə 207,32 Kb.
səhifə2/11
tarix07.01.2022
ölçüsü207,32 Kb.
#86606
1   2   3   4   5   6   7   8   9   10   11
Nizaminin həyatı ilə bağlı rəvayətlər:

Nizami Gəncəvinin həyatı ilə bağlı yüzilliklər boyu xalq arasında dolaşan əfsanə və rəvayətlər olduqca azdır. Lakin, bu nadir örnəklər şairin ömür yolu ilə əlaqədar bəzi qaranlıq məsələləri aydınlaşdırmağa, bu barədə ehtimallar şəklində olsa da, müəyyən mülahizələr söyləməyə imkan verir. Belə rəvayətlərdən olan “Nizami və Ağcaqız” adlı nümunədə Nizami ilə arvadı Afaq arasındakı münasibətlər, Afaqın taleyinin bəzi cəhətləri əks etdirilmişdir. Burada diqqəti çəkən başlıca cəhət ondan ibarətdir ki, Afaq-Ağcaqız Azərbaycanın Qax rayonundakı Qıpçaq kəndi (Qıpçaq türk tayfasıdır) ilə əlaqələndirilir.

Vaxtilə akademik Həmid Araslı Afaq haqqında yazmışdır: “Appaq (o, Afaqı öz əsərində belə adlandırır) kişi kimi böyümüşdür. O dağlar qızı idi...Appaq qayalar başında, dağlar döşündə nəğməyə başladığı zaman oba gəncləri o səsi dinləyir və bu parlaq ülkərin həsrətini çəkirdilər. Lakin iş belə olmadı. Fələk onu elindən, obasından ayırdı, çox uzaq qürbətə saldı.

Appağı var-yoxu ilə karvana qatdılar, uzaqlara-Dərbənd əmirinin sarayına apardılar. Onun sinəsinə köləlik damğası vurulanda qəhrəman qızın ürəyi yaralı quş kimi çırpındı, bu ailənin macərasını öz obasında eşidən olmadı”. 3,41

Bu rəvayət vaxtilə Qızıl Arslan tərəfindən Nizamiyə bağışlanmış Həmdünyan kəndinin yerini də müəyyənləşdirməyə imkan verir. Qaxdakı Nizami qalası ilə əlaqədar rəvayətlər, həmin qalada Qızıl Arslanla Nizaminin görüşdüyünü bildirən fikirlər xalq arasında indi də yaşayır. Həmdünyan kəndinin istiqamətini, yerini təxmini də olsa müəyyənləşdirmək üçün əlavə dəlillər verir.

Aydın olur ki, Həmdünyan Abxaziya ilə qonşuluqda yerləşən kiçik kənddir. Əkin yerlərini abxaz kəndliləri yarılığa əkir, hər iki qonşu xalqın əməkçiləri bundan ruzi çıxarırlar.

Nizami ilə Qızıl Arslanın görüşü Qıpçaq kəndi çevrəsində olmuş, şairə bağışlanan Həmdünyan kəndi də həmin ərazidə, yaxud da ona yaxın bir yerdə yerləşmişdir. “Əkir yarılığa onu abxazlar” misrası da bu qənaəti təsdiq etməkdədir. Hazırda həmin ərazidə Həmdünyan adlı kənd yoxdur. Görünür, bu kənd ya tədricən dağılıb yaşayış məntəqəsi kimi sıradan çıxmış, ya da adı dəyişdirilib özgə adla adlandırılmışdır. Hər halda, “Nizami və Ağcaqız” rəvayəti şairin “Xosrov və Şirin”də verdiyi məlumatlarla səsləşərək, belə bir həqiqəti təsdiq edir ki, Nizami ilə Qızıl Arslanın görüşü, Qaxın Qıpçağında, ya da ona yaxın olan ərazidə baş vermişdir. Bu da Nizamiyə bağışlanan Həmdünyan kəndini həmin bölgələrdə axtarmağa əsas verir. Bu fikri söyləməyə ciddi dəlillərimiz olmasa da, “Nizami qalası” abidəsinin ya elə həmin yerdə, ya da onun yaxınlığında yerləşdiyini güman etməyə imkan verir.


Yüklə 207,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin