Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə14/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   10   11   12   13   14   15   16   17   ...   484

Bildirişlər


1.İlahi tədbir və tərbiyə məhəbbət və rəhmətlə müşayiət olunur. (“Rəbb” sözü ilə yanaşı “Rəhman” sözü işlədilir) “Rəbbul” aləmin, ər-rəhmanir-rəhim”

2. Doğrudan da, təlim rəhm və mehribanlığa ehtiyaclıdır: “Rəhman (rəhimli olan) Quranı öyrətdi.”1 (Qeyd)Tərbiyə və təzkiyə (paklama) da rəhm və mehribanlığa əsaslanmalıdır.

3. Allahın rəhmaniyyəti ona sitayiş dəlilidir.
4. ﴿مالِكِ يَوْمِ الدِّينِ

Cəza gününün malikidir.”



Nöqtələr


◘Allahın malikliyi həqiqidir. Bu malikliyin əhatəsi və səltənəti var. Etibari malikiyyətdə isə gerçək səltənət yoxdur və malikin səltənəti məhduddur.

◘Allah hər şeyə hər zaman həqiqi malik olsa da, Onun malikiyyəti qiyamətdə başqa bir cilvə alır.

–Həmin gün bütün vasitələr və səbəblər gücdən düşür.2 (Qeyd)

–Bütün yaxınlıq və qohumluq əlaqələri qırılır.3 (Qeyd)

–Var-dövlətdən, övladlardan səmərə olmur.4 (Qeyd)

–Ən yaxın adamlar da faydasız olur.5 (Qeyd)

–Dil üzr istəyə bilmir, düşüncə tədbir tökməkdə aciz olur. Yeganə çıxış yolu həmin gün ixtiyar sahibi olan Allahın lütfüdür.

◘“Din” sözü müxtəlif mənalarda işlədilmişdir:

a) Səmavi qanunlar məcmusu6(Qeyd)

b) Əməl və itaət2(Qeyd)

v) Hesab və cəza3(Qeyd)

◘“Yəvmud-din” sözü Quranda mükafat və cəza günü olan qiyamət gününə işarədir. Quranda oxuyuruq: “Soruşarlar ki, qiyamət günü nə vaxtdır?”4 (Qeyd)Quran bu günü belə tanıtdırır: “Ey peyğəmbər (s), bilmirsənmi din günü hansı gündür? Elə bir gün ki, kimsə kimsənin karına gəlməz. Həmin gün hökm yalnız Allaha məxsusdur.”5 (Qeyd)

◘“Maliki yəvmid-din” xəbərdarlıq və qorxutma növüdür. Amma bu cümlə ilə yanaşı “ər-rəhmanir-rəhim” cümləsinin işlədilməsindən aydın olur ki, müjdə və qorxutma yanaşı olmalıdır. Necə ki, digər bir şərif ayədə buyurulur: “Ya Məhəmməd, bəndələrimə xəbər ver ki, Mən həqiqətən bağışlayan və rəhm edənəm. Eyni zamanda əzabım da çox şiddətli bir əzabdır.”6 (Qeyd) Digər bir ayədə isə belə buyurulur: “Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi isə böyük olan Allah...”7 (Qeyd)

◘Quranın ilk surəsində Allahın malik (hakim, ixtiyar sahibi) olmasından danışılır: “Maliki yəvmud-din”. Quran yenə də həmin məsələyə toxunmaqla başa çatır: “Məlikin-nas, “yəni xalqın maliki, ixtiyar sahibidir.8 (Qeyd)



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin