Nöqtələr
◘Bu surənin başlanğıcında möminlər dörd, kafirlər isə iki ayə ilə tanıtdırılır. Bu və bundan sonrakı on üç ayədə münafiq adlanan üçüncü qrup haqqında da danışılır. Onlarda nə birinci dəstənin imanı, nə də ikinci dəstənin küfr cürəti var. Münafiq, yuvasına iki yol qoyan səhra siçovuluna bənzəyir. Həmin siçovul yollardan birini get-gəl üçün açıq qoyur, digərini təhlükəli məqamlar üçün ehtiyata saxlayır. Bu siçovulun yuvasından açdığı məxfi dəliyə, “nafiqa” deyilir. “Münafiq” sözü də həmin “nafiqa” sözündən alınmışdır3.(Qeyd)
◘Nifaqın olduqca geniş mənası vardır. Sözü ilə əməli uyğun gəlməyən hər bir insanın nifaqdan payı var. Hədisdə oxuyuruq: “Əgər əmanətə xəyanət etsək, yalan danışsaq, vədimizə əməl etməsək, münafiqik. Hətta namaz qılıb oruc tutsaq da!”4 (Qeyd) Nifaq bir növ əməli və etiqadi yalandır. Riyakarlıq da nifaqın bir növüdür.5 (Qeyd)
Dostları ilə paylaş: |