Bildirişlər
1. Allah ən öncə yaşayış vasitələrini hazırlayıb, sonra insanı xəlq etdi (“Nəhcül-bəlağənin 91-ci xütbəsində həzrət Əli (ə) də bu məsələyə toxunmuşdur.”)
2. Mələklər insandan əvvəl xəlq olunmuşlar. Ona görə də Allah insanın yaradılışını onlara xəbər verir.
3. İlahi xəlifənin, canişinin və hakimin seçimi Allahın əlindədir (“İnni cailun fil-ərzi xəlifətən”)
4. İnsan Allahın yer üzündə daimi canişinidir. (“Cailun”) (İsme-fail olan “Cail” sözü davam rəmzidir.)
5. İnsan məxluqların əşrəfidir və Allah xəlifəliyi məqamına layiq ola bilər. (Əlbəttə ki, zalımlar bu məqamdan məhrumdurlar.7 (Qeyd)
6. Mələklər elə bilirdilər ki, insan daim fəsad törədib qan tökəcək. (“Yufsidu... və yəsfiku”)
7. İlahi xəlifə və hakim ədalətli olmalıdır. Allah canişini günahkar ola bilməz. Xəlifə “yer üzündə fəsad törədən” olmamalıdır.
8. İnsanın öz ləyaqətini qorumasının səbəbi həsəd deyilsə, belə qorunmanın eybi yoxdur. (“Və nəhnu nusəbbihu bihəmdikə və nuqəddisu ləkə”)
9. Aram bir fəzada ibadət və təsbih ləyaqət üçün lazım olan yeganə meyar deyil.(“Nəhnu nusəbbihu”)
10. Bir qrup adamın çaşqınlığı və fəsadına görə başqalarının təkamülünün qarşısını almaq olmaz. Allah bilirdi ki, insanlardan bir qrupu fəsad törədəcək. Amma O, yaranma nemətindən başqalarını məhrum etmədi.
11. Şübhəni aradan qaldırmaq üçün sual vermək itaətsizlik deyil. (“Ətəcəlu fiha”)
12. Allah insanın fəsad törədib qan tökəcəyini rədd etmədi. Amma mühüm bir məsləhət və insanın ləyaqətini bəyan etdi. (“İnni ələmu ma la tələmun”)
13. Sözlərinizin hamı tərəfindən qeyd-şərtsiz qəbul olunacağını gözləməyin. Çünki mələklər də Allahdan sual etdilər. (“Qalu ətəcəlu fiha”)
14. Mələklərin elm və məlumatı məhduddur. (“Ma la tələmun”)
31. ﴿وَعَلَّمَ آدَمَ الأَسْمَاء كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلاَئِكَةِ فَقَالَ أَنبِئُونِي بِأَسْمَاء هَـؤُلاء إِن كُنتُمْ صَادِقِينَ﴾
“Allah bütün adları Adəmə öyrətdi. Sonra onları mələklərə təqdim edərək buyurdu: “Əgər doğru deyirsinizsə onların adlarını Mənə xəbər verin.”
Dostları ilə paylaş: |