Bildirişlər
1. Tarixə nəzər salaq və ondan öyrənək.
2. Tarixdən öyrənilən ən mühüm dərs tarixi şəxsiyyətlərin, qəbilələrin və məntəqələrin adı yox, yüksəliş və süqut amilləridir.
3. Allahın iradəsi olan yerdən qaçmaq faydasızdır.
4. Allah elə bu dünyada dəfələrlə ölüləri diriltmişdir.
5. Eniş və yoxuş, ölüm və həyat - hər biri ilahi lütf və fəzlin nümunələridir.
244. ﴿وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ وَاعْلَمُواْ أَنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ﴾
“Allah yolunda savaşın. Bilin ki, Allah eşidən və biləndir.”
Nöqtələr
◘Əvvəlki ayədə oxuduq ki, savaşdan qaçmaqla ölümdən yaxa qurtarmaq olmaz. Allahın qəhr və qəzəbi minlərcə fərarini əhatə edə bilər. Ayədə buyurulur: Bir halda ki ölüm və həyat Onun əlindədir, Onun yolunda vuruşun və bilin ki, mükafatınız Onun yanında hifz olunmuşdur. Çünki O, sizin başınıza gələnlərdən agahdır.
Bildirişlər
1. Cihad və mübarizə Allah üçün və Allah yolunda olduqda dəyərlidir. İntiqam, güc nümayişi, istismar, fatehlik məqsədi ilə savaş müqəddəs deyil. Belə savaşlar ilahi və insani dəyərlərə ziddir.
2. Allah yolunda savaş həyat nemətinə şükürdür. Əvvəlki ayədə buyurulur: Allah onları diriltdi, amma şükür etmədilər. Bu ayədə isə belə buyurulur: Allah yolunda savaşın... Bəli, cihad şükrün bir növüdür.
3. Savaş meydanında duruş üçün ən mühüm amil insanın Allah hüzurunda olmasına diqqətdir.
4. Cihaddan qaçmaq üçün bəhanə axtarmayın. Çünki Allah sizin niyyətlərinizi bilir və bəhanələrinizdən xəbərdardır.
245. ﴿مَّن ذَا الَّذِي يُقْرِضُ اللّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً وَاللّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ﴾
“Kimdir Allaha yaxşı bir borc verən ki, Allah da onun əvəzini neçə qat artırsın? Allah (bəndələrinin ruzisini) məhdudlaşdırar, genişləndirər. Siz Ona doğru qaytarılarsınız.”
Dostları ilə paylaş: |