Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə415/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   411   412   413   414   415   416   417   418   ...   484

Nöqtələr


◘Müxtəlif təfsirlərdə bildirilmişdir ki, insanları cihada təşviq edən ötən ayənin ardınca gələn bu ayə möminləri infaq və borc verməyə rəğbətləndirir. Cəmiyyətin əmin-amanlığı və hifzi üçün cihad və xalisanə təlaşa ehtiyac olduğu kimi, məhrumların təmini və cihad vasitələrinin tədarükü üçün də maddi yardımlara ehtiyac var.

◘Allaha borc vermək mövzusu Quranda yeddi dəfə zikr olunmuşdur. “Məcməul-bəyan” təfsirində qərzül-həsənə, yəni bəyənilmiş borca aid şərtlər bəyan olunmuşdur: Halal maldan olsun, sağlam maldan olsun, zəruri məsrəf üçün olsun, minnətsiz olsun, riyasız olsun, məxfi şəkildə olsun, eşq və isarla ödənsin, dərhal çatdırılsın, borc verən bu tövfiqə görə Allaha şükür etsin, borc alanın şəxsiyyəti qorunsun.

◘“Qərz” sözü ərəb dilində kəsmək mənasını verir. Borc ona görə qərz adlandırılır ki, mal-mülkün bir hissəsi yenidən qaytarılmaq şərti ilə kəsilib başqasına verilir. “Bəst” sözü açılış və büsat mənasındadır. “Büsat” yer üzündə sərilmişə deyilər.

◘Cihad bəzən əvvəlki ayələrdə buyurulduğu kimi canla olur, bəzən isə bu ayədə qeyd olunduğu kimi mal-mülklə.

◘“Kəsir” sözünün “əzaf” sözü ilə yanaşı işlədilməsi böyük mükafata işarədir. “Yuzaifə” forması isə mübaliğə, artım rəmzidir.1

◘“Allaha borc” təbiri qərzül-həsənə mükafatının Allahın öhdəsində olduğunu göstərir.

◘Allaha borc verilməsi əmrinin müqabilində soruşulur ki, kimdir Allaha elə bir borc verən? Məqsəd, xalqın ikrah və məcburiyyət hiss etməməsidir. Əksinə, başqalarına rəğbət və istəklə borc verilsin. İnsanda mənfəət umacağı olduğundan Allah bu yolla insanı borc verməyə həvəsləndirir:

◘Ayədə xalqa borc əvəzinə Allaha borc ifadəsi işlədilir. Bu sayaq təbir fəqirlərdə belə bir hiss yaradır ki, Allah Özünü onların yerinə qoymuşdur və bu onların qəlbindəki zəifliyi aradan qaldırır.

◘Bütün vücudumuz və bütün olanlarımız Allaha məxsus olsa da, Allah bəzən Özünü müştəri, bəzən isə borc alan kimi tanıtdırır. Allah bununla bizi təşviq edir. Həzrət Əli (ə) buyurmuşdur: “Göylərin və yerin qüvvələri Allahındır. Borc ayəsi sizin imtahanınız üçündür.”2

◘İmam Kazim (ə) buyurur: “Allaha borcun nümunələrindən biri məsum imama iqtisadi köməkdir.”3

◘Ayədə sıxıntı və genişlənmə Allaha aid edilsə də, rəvayətlərdə belə oxuyuruq:

Hər kəs xalqa qarşı əliaçıq olsa, Allah da onun üçün genişləndirər. Hər kəs xalqa qarşı xəsislik etsə, Allah onu sıxıntıya salar.”

◘Rəvayətlərdə qərzül-həsənənin mükafatı on səkkiz qat, sədəqənin mükafatı isə on qat göstərilir.4

◘“Hər kəs xeyir iş gətirsə, ondan da yaxşısını əvəz alar,” ayəsi nazil olan zaman həzrət Peyğəmbər (s) Allahdan bu mükafatı artırmasını istədi. Belə bir ayə nazil oldu: On qat verilmiş olar.”2 Həzrət Peyğəmbər (s) bir dəfə də Allaha ağız açdı və hiss etdi ki, Allahın müəyyənləşdirdiyi artım saya gəlmir.”3

◘Borc verənlərin mükafatı həm bu dünyada, həm də axirətə aiddir. Ayədən belə görünür ki, qiyamət hesabı dünya mükafatlarından ayrıdır.

◘Pislik təliminin və yanlış dərk etmənin qarşısı alınmalıdır. Əgər əvvəlki ayədə Allah xoş bir dillə borc istəyirsə, onun ardınca buyurur: “Nəbadə, yəhudilər kimi Allahın fəqirliyini düşünən olsun.4 Eləcə də, bilməliyik ki, Allahın borc tələbi insanın inkişafı üçündür. Allah Özü hər nədən ehtiyacsızdır. Münafiqlər dedilər: Müsəlmanlara infaq etməyin, qoy peyğəmbərin ətrafından dağılsınlar... Quran onların cavabında buyurdu: Bu nə etiqaddır? Məgər bilmirlərmi ki, göylərin və yerin xəzinələri Allahın əlindədir?!5



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   411   412   413   414   415   416   417   418   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin