◘Bu ayədə üsulidin - tövhid, nübüvvət və məad - bəyan olunmuşdur. Sonrakı ayədə insanın ilahi vəzifələri yerinə yetirmək üçün hazırlığı, Allahdan rəhmət və bağışlanma istəyi bəyan olunur. Ona görə də hədisdə bildirilir ki, bu və sonrakı ayənin xüsusi dəyəri var və onların tilavəti xəzinə kimidir.
◘Peyğəmbərə ehtiram lazımdır. Allah rəsulunun hesabı başqalarından ayrıdır. Ona görə də bu ayədə əvvəlcə İslam peyğəmbərinin adı və ona iman, sonra isə möminlərin adı və əqidələri zikr olunur.
Bildirişlər
1. Məktəb onun rəhbərinin simasında aydınlaşır.
2. Din təbliğatçıları öz dəvətlərinə inanmalıdırlar.
3. Səmavi kitabların nazil olmasında məqsəd insanların tərbiyəsidir.
4. Bütün peyğəmbərlər eyni məqsədə malik olduğundan onların hamısı üçün iman zəruridir. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir.
5. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir.
6. İman və əməllə yanaşı Allahın mərhəmətinə ümid də lazımdır. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir.
7. Bəxşiş rübubiyyət şənindəndir və tərbiyə zəminəsidir. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir.
286. ﴿لاَ يُكَلِّفُ اللّهُ نَفْسًا إِلاَّ وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِن نَّسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلاَ تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِن قَبْلِنَا رَبَّنَا وَلاَ تُحَمِّلْنَا مَا لاَ طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَآ أَنتَ مَوْلاَنَا فَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ﴾
“Allah hər kəsi yalnız gücü qədərində vəzifəli edir. Hər kəs gördüyü hər bir işi öz faydası üçün edir. Etdiyi pis işlər isə öz zərərinə kəsb edilmişdir. (Möminlər deyirlər:) Pərvərdigara! Əgər (vəzifələrimizi) yaddan çıxarıb xəta etdiksə, bizi cəzalandırma. Pərvərdigara! Bizim üçün ağır vəzifə qərar vermə. Necə ki, (günahlarına görə) bizdən qabaqkılar üçün (ağır vəzifə) qərar verdin. Pərvərdigara! Bizim üçün taqətimiz çatmayacaq cəzalar müəyyənləşdirmə. Bizi bağışla və Öz mərhəmətində qərar ver. Sən bizim mövlamızsan, bizi kafir qövmə qalib et.”
Dostları ilə paylaş: |