Nöqtələr
◘Bəzən unutqanlığın səbəbi insanın öz səhlənkarlığı olur. Belə olduqda insan cəzalandırılır. Necə ki, Allah-təala buyurur: Bizim ayələrimiz sənə gəldikdə, sən onları unutdun. Necə ki, bu gün də unudulmuşlardan olmusan.”1 Ona görə də bu ayədə xətakarlıqla yanaşı, unutqanlığın da bağışlanması istənilir. Tüğyan və fəsad səbəbindən əvvəlki ümmətlərə verilmiş cəzalar xatırlanmaqla bağışlanma rica olunur.
Bu ayədə insan Allahın bütün lütf mərhələlərini istəyir: Birinci mərhələ əfvdir və bu mərhələdə bütün günah və xətalarının əsərləri aradan götürülür. İkinci mərhələ bağışlanma və ruhun günah tozundan təmizlənməsi mərhələsidir. Üçüncü mərhələ Allahın mərhəmətindən bəhrələnmə və kafirlərə qaliblik mərhələsidir.
◘Bir neçə ayədə güc həddində vəzifələr təyini haqqında danışılır: Hazırkı ayə; “Həcc” 78; “Bəqərə”, 185. İslam peyğəmbəri buyurmuşdur: “Mən asan və yüngül dinlə məbus olmuşam.”2
Dostları ilə paylaş: |