Sual: Quranda buyurmuşdur: “İbadət et ki, yəqinə çatasan.” Məgər yəqin mərhələsinə çatan insan namazı tərk etməlidirmi?!
Cavab: Əgər deyilirsə ki, hündür bir budağa çatmaq üçün ayaq altına nərdivan qoyulmalıdır, bu o demək deyil ki, həmin şaxəyə çatdıqdan sonra nərdivan götürülməlidir. Bu halda insan hündürlükdən yerə yuvarlanar. İbadətdən ayrılan insan göydən yerə süqut edən kəsə bənzəyir. Bundan əlavə, həzrət peyğəmbər və məsum imamlar kimi yəqin məqamına çatan insanlar bir an belə olsun ibadətdən ayrılmamışlar. Demək, ayənin məqsədi ibadət üçün məhdudiyyət təyin etmək yox, onun əsərlərini bildirməkdir.
◘Ayə və rəvayətlərdə ibadət şivələri və onun şəraitləri bəyan olunmuşdur. Yeri çatanda bu barədə danışacağıq. Amma bu ayə Allahın insana xitabən ilkin fərmanı olduğundan onun necəliyini aydınlaşdırmaq üçün başlıqlar bəyan edirik:
1. Məmuranə ibadət, yəni xurafata yol vermədən Onun göstərişləri əsasında.
2. Agahanə ibadət, yəni bilək ki, kimə üz tutmuşuq və məbudumuz kimdir?1 (Qeyd)
3. Xalisanə ibadət2.(Qeyd)
4. Xaşeanə (müticəsinə) ibadət3.(Qeyd)
5. Məxfiyanə ibadət. Həzrət peyğəmbər məxfi ibadətin üstünlüyünü qeyd etmişdir.4 (Qeyd)
6. Aşiqanə ibadət. Həzrət peyğəmbər eşqlə yerinə yetirilən ibadətin fəzilətini qeyd etmişdir.5 (Qeyd)
Bir sözlə, ibadətin üç şərti vardır:
a) Təharət və qiblə kimi düzgünlük şərti;
b) Təqva kimi qəbul şərti;
v) Agahlıq, mütilik, məxfilik, eşq kimi kamal şərtləri. (Daha ətraflı məlumat almaq üçün müəllifin “Əsrare-namaz” və “Təfsiri-namaz” kitablarına müraciət edin.)
Dostları ilə paylaş: |