◘“Mütəşabihən” sözünün işlədilməsində məqsəd bu ola bilər ki, behişt əhli ilk baxımda meyvələri dünyəvi meyvələr kimi görərlər və deyərlər: “Bunlar dünyada yediklərimizin oxşarıdır.” Amma yedikdən sonra anlayarlar ki, bu meyvələrin yeni bir tamı və ləzzəti var. Başqa bir ləzzət bu ola bilər ki, onlara verilmiş meyvələrin hamısı yaxşılıq, gözəllik və ətir baxımından eyni cür olarlar. Daha dünyadakı meyvələr kimi biri yaxşı, digəri pis olmaz.
◘Quranda iman və saleh əməl, adətən, yanaşı bəyan olunmuşdur. Amma iman saleh əməldən öndə gəlir. Bəli, əgər otaq daxildən işıqlanarsa, işıq şüaları onun pəncərələrindən bayıra düşər. İman insan batinini nurlandırır və nurani qəlb insanın bütün əməllərinə işıq saçır. İman və saleh əməlin bərəkəti çoxdur. Quran ayələrində bu bərəkətə işarə olunmuşdur.
◘Behişt zövcələri iki növdür:
a) Lölö (qiymətli daş) kimi bakirə hurul-eyn həmin aləmdə yaradılmış bir varlıqdır.
b) Dünyadakı mömin zövcələr də gözəl çöhrə ilə öz yoldaşlarının yanında olarlar.1 (Qeyd)
İmam Sadiqdən (ə) pak zövcələr haqqında soruşulduqda həzrət buyurmuşdur: “Behişt zövcələrində heyz və ifrazat olmur.”2 (Qeyd)
Dostları ilə paylaş: |