Bildirişlər
1. Xatırlatma və xəbərdarlıqla yanaşı müjdə vermək tərbiyə üsullarından biridir. (“Fəttəqun-nar... və bəşşirilləzinə amənu”)
2. Qəlb imanı saleh əməllə birgə olmalıdır. (“Amənu və əmilussalihat”)
3. Saleh işlərdən bəzisini yox, hamısını yerinə yetirmək faydalı olur. (“Əmilussalihat”)
4. Yaxşı və saleh işlər o zaman dəyərli olur ki, imandan qaynaqlanmış olsun. Şəxsi meyillərə, ictimai cazibələrə əsaslanan saleh iş dəyərsizdir. Əvvəlcə, “amənu”, sonra isə “əmilussalihat”.
5. Dünyada halal-haramı gözlədiyi üçün müəyyən şeylərdən məhrum olan mömin axirətdə onların əvəzini alır. (“ruziqu”)
6. Biz dünyada nemətləri əldən verməkdən qorxuruq. Axirətdə isə belə bir nigarançılıq yoxdur. (“Və hum fiha xalidun”)
7. Nemətlərin keçmişi ilə tanışlıq kam alma ləzzətini artırır. (“Ruziqna min qəbl”)
8. Behişt zövcələri də pakizədirlər. (“Əzvacun mütəhhərə”)
26. ﴿إِنَّ اللَّهَ لاَ يَسْتَحْيِي أَن يَضْرِبَ مَثَلاً مَّا بَعُوضَةً فَمَا فَوْقَهَا فَأَمَّا الَّذِينَ آمَنُواْ فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ وَأَمَّا الَّذِينَ كَفَرُواْ فَيَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَـذَا مَثَلاً يُضِلُّ بِهِ كَثِيراً وَيَهْدِي بِهِ كَثِيراً وَمَا يُضِلُّ بِهِ إِلاَّ الْفَاسِقِينَ﴾
“Həqiqətən, Allah ağcaqanadı və ya ondan da böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun Rəbbləri tərəfindən bir həqiqət olduğunu bilirlər. Kafirlər isə deyirlər: “Allah bu məsəllə nə demək istəyir? Allah bu məsəllə bir çoxlarını yoldan azdırır, bir çoxlarını isə doğru yola hidayət edir. Allah günahkar fərdlərdən başqasını azdırmaz.”
Dostları ilə paylaş: |