Nöqtələr
◘“Liqa” görmək yox, hüzur mənasındadır. Əgər kor bir şəxs birinin hüzuruna getsə, deyir ki, filankəslə mülaqat (“liqa”) etdim. Hansı ki, kor insan hüzurunda olduğu şəxsi görmür. “Məcməül-bəyan”sahibi deyir: “Pərvərdigarın liqası dedikdə Onun mükafat və cəzası ilə mülaqat (görüş) nəzərdə tutulur.”
Allahla mülaqat xaşelərin namazda əldə etdiyi irfani hal da ola bilər. Çünki namaz Allah qarşısında hüzurdur.
◘Elm qarşısında zənn və güman tənqid olunur.1 (Qeyd)Amma zənn və gümanda məqsəd yəqinlik əldə etməkdirsə, bu faydalıdır. Bu yəqinlik cüzi də olsa xeyirlidir. Çünki Allah şücaətli və xalis mücahidləri “güman sahibləri” kimi yad edir.2 (Qeyd)
Dostları ilə paylaş: |