Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə45/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   91

Bildirişlər


1. Uydurma məbudlar və bütlər nəinki yardımçı deyil, hətta sizin sözünüzü və işinizi inkar edirlər.

2. Müşrik insan Qiyamətdə heç bir himayə görməz və özünü qurtarmaq üçün bir iş görməkdə aciz olar.

3. Müşrik zalımdır.

Ayə 20:


﴿وَما أَرْسَلْنَا قَبْلَكَ مِنَ الْمُرْسَلِينَ إِلَّا إِنَّهُمْ لَيَأْكُلُونَ الطَّعَامَ وَيَمْشُونَ فِي الْأَسْوَاقِ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ وَكَانَ رَبُّكَ بَصِيرًا﴾

Biz səndən öncə yeməyən və bazarlarda gəzməyən heç bir peyğəmbər göndərmədik. Biz sizin bəzilərinizi digərləri vasitəsi ilə sınağa çəkdik. Görən səbir və dözüm göstərəcəksinizmi? Sənin Rəbbin daim görəndir.”



Nöqtələr


●Hazırkı surənin yeddinci ayəsində kafirlərin İslam Peyğəmbərinin (s) adi həyat tərzi ilə bağlı bəhanələri bəyan olunur. Bu ayədə isə buyurulur ki, bütün peyğəmbərlər qidalanmış, xalq arasında olmuş və bazarlara get-gəl etmişlər.

Bildirişlər


1. Elçilər göndərmək Allahın proqramlarından və sünnələrindəndir.

2. Tarixlə tanışlıq həm bəhanə axtaranları tərk-silah edir, həm də həzrət Peyğəmbər (s) üçün təsəlli səbəbidir.

3. Bütün peyğəmbərlər xalq kimi sadə həyat tərzi keçirmişlər.

4. Mürəbbinin (tərbiyəçinin) xalqla get-gəli olmalıdır.

5. Peyğəmbərin sadə həyat tərzi xalq üçün sınaqdır. (Bəli, əgər peyğəmbərlər rifah içində və saraylarda yaşasaydılar, xalq onların imkanlarına görə ətraflarında toplaşardı və belə bir meylin dəyəri olmazdı. İnsanın imkanları ilə başqalarından seçilməyən adi şəxsə itaəti dəyərlidir.

6. Xalqın sınaq vasitələrindən biri onun özüdür. Bəzilərinə var-dövlət verilir ki, onun şükür və ya tüğyan edəcəyi bilinsin. Bəziləri də məhrumiyyətə salınır ki, səbir edəcəyi və ya varlılara həsəd aparacağı müəyyən olunsun.

7. İlahi sınaqlarda müvəffəqiyyət açarı səbirdir.

8. İlahi sınaqların fəlsəfəsi insan tərbiyəsidir.

9. İlahi sınaqlar zamanı Allah üçün yeni bir şey məlum olmur. O hər şeydən agahdır. Sınaqlar sadəcə insanların istedadını çiçəkləndirir. Mükafat və cəza xislətlərin üzə çıxması əsasında təyin olunur.

10. Allahın hüzurundan xəbərdarlıq insanda səbir yaradan amildir.



On doqquzuncu cüz

Ayə 21:


﴿وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءنَا لَوْلَا أُنزِلَ عَلَيْنَا الْمَلَائِكَةُ أَوْ نَرَى رَبَّنَا لَقَدِ اسْتَكْبَرُوا فِي أَنفُسِهِمْ وَعَتَوْ عُتُوًّا كَبِيرًا﴾

Bizimlə görüşə ümidi olmayanlar dedilər: ”Nə üçün bizə mələklər nazil olmur, nə üçün Rəbbimizi görmürük?” Şübhəsiz onlar özlərini böyük tutdular və böyük tüğyana yol verdilər.”



Nöqtələr


●“Utuvv” sözü ən pis zülm mənasını bildirir.1

●Qiyamət gününü “liqa” (görüş) günü adlandırırlar. Çünki həmin gün qəflət pərdələri götürülər və insanlar Allahın əzəmətini seyr edərlər.2


Bildirişlər


1. Məada, ölümdən sonrakı həyata etimadsızlıq bəhanələr üçün bir səbəbdir.

2. İnsanın tərbiyəsi və Allaha itaəti üçün elə Qiyamətə ümid də bəs edər.

3. Qiyamət günü ilahi lütf və ya qəhr-qəzəblə görüş günüdür.

4. Kafirlər mələklərin varlığına inanırdılar.

5. Materialistlər hər şeyi maddi sayır, gözləri ilə Allahı görmək istəyirdilər.

6. İnsanın tüğyan və təkəbbürünün səbəbi onun daxilindəki yuxarıdan getmək həvəsidir.

7. Günah və təcavüzün dərəcələri var.

Ayə 22:


﴿يَوْمَ يَرَوْنَ الْمَلَائِكَةَ لَا بُشْرَى يَوْمَئِذٍ لِّلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًا مَّحْجُورًا﴾

Mələkləri görəcəkləri gün günahkarlar üçün müjdə deyil. (Mələklər günahkarlara) deyərlər: «(Sizin üçün Behişt) haram və qadağandır.»



Nöqtələr


●Ötən ayədə Qiyamətə ümidi olmayan təkəbbür əhlindən danışıldı. Bu ayədə isə deyilir ki, mələklər nazil olacaq, amma vəhy əvəzinə ağır xəbərdarlıq gətirəcək. İmam Baqir (ə) buyurur ki, həmin gün onlar üçün ölüm günüdür, Allah ölüm mələyinə əmr edər ki, kafirlərin canını çıxarsın; onların canını çıxararlar və canları boğazlarına yetən vaxt mələklər onların üzlərinə və arxalarına vurarlar. Sonra həzrət hazırkı ayəni tilavət etdi.3

●“Hicr” dedikdə qayıdış mənası anlaşılır. Ağıl insanı yanlışlıqdan çəkindirdiyi üçün ona “hicr” deyilir.1

Xalqın get-gəlinin qarşısını almaq üçün daşlarla əhatəyə alınmış məntəqə “məhcur” adlanır.

●Allahı görmək mümkünsüzdür. Amma müəyyən şərtlərlə mələkləri görmək olar. Başqa ayələrdə oxuyuruq: “Qiyamətdə mələklər möminlərə salam verərlər.”2 Cəhənnəm əhli Cəhənnəmə məmur mələklərdən yardım diləyər.3


Bildirişlər


1. Mələklər xüsusi şəraitlərdə görünürlər.

2. Mələklərin gəlişini gözləyən təkəbbür əhli heç bir müjdə almaz.


Ayə 23:


﴿وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاء مَّنثُورًا﴾

Biz onların hər bir əməlinin sorağına gedər və onu dağınıq toza döndərərik.”



Nöqtələr


●Narın torpağa “həba” deyilir. ”Mənsur” sözü dağılmış, yayılmış mənasını bildirir. Qurani-Kərim digər bir yerdə kafirlərin əməlini iti küləyin göyə sovurduğu külə bənzədir. 4

Başqa bir ayədə kafirlərin işi təşnə insanın su hesab etdiyi ilğıma oxşadılır. 5

●Rəvayətlərdə əməli puça çıxmış insanlara misal olaraq, haram tikədən çəkinməyib namaz qılan, oruc tutan insanlar göstərilir. Həzrət Əli (ə) və onun şiələrinə kin-küdurətlə yanaşanlar da bu qəbildəndirlər.6

Bildirişlər


1. Qiyamətdə insanın əməlləri təcəssüm olunar.

2. Günahkarların böyük əməli puça çıxa bilər.

3. İnsanın əməllərinin onun gözü qarşısında puça çıxması Qiyamət dərdlərindəndir.

4. İnsanın niyyəti işin canını təşkil edir. Əqidə və ixlassız əməl nəticəsizdir.


Ayə 24:


﴿أَصْحَابُ الْجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌ مُّسْتَقَرًّا وَأَحْسَنُ مَقِيلًا﴾

Həmin gün Behişt əhlinin öz yeri və gözəl istirahət mənzili var.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin