Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə46/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   91

Nöqtələr


●“Xeyir” və “əhsən” sözləri bəzən “ən yaxşı, ən üstün” mənasını bildirmir. Bu sözün “daha üstün” mənasında işlənməsi üçün müqayisə tərəfi «yaxşı, üstün» üçün olmalıdır. Bu ayədə də uyğun sözlər «yaxşı» mənasında işlədilmişdir. Çünki əvvəlki ayədə xatırladılanlar yaxşı deyildi.

●“Məqil” dedikdə günorta istirahəti nəzərdə tutulur. Bu istirahət vaxtı yatmaq da olar.1


Bildirişlər


1. Xəbərdarlıq və qorxutma ilə yanaşı təşviq və müjdə də zəruridir.

Ayə 25:


﴿وَيَوْمَ تَشَقَّقُ السَّمَاء بِالْغَمَامِ وَنُزِّلَ الْمَلَائِكَةُ تَنزِيلًا﴾

Göyün buludlarla parçalanması, mələklərin nazil olacağı gün...”


Ayə 26:


﴿الْمُلْكُ يَوْمَئِذٍ الْحَقُّ لِلرَّحْمَنِ وَكَانَ يَوْمًا عَلَى الْكَافِرِينَ عَسِيرًا﴾

Həmin gün haqqın hökmü Rəhman Allaha məxsusdur və o gün kafirlər üçün ağırdır.”



Nöqtələr


●Qiyamət günü kafirlərə vasitələrin, üzürxahlıqların, var-dövlətin, ailə-övladın, qohum-əqrəbanın, məqamın faydası olmadığından həmin gün kafirlər üçün ağırdır.

●“Bilğəmam” sözü “buludla yanaşı” mənasını verə bilər. Yəni səma buludlara parçalanar.

●“Nuzzilə” sözündən aydın olur ki, mələklər Qiyamət günü gözlənilmədən xüsusi bir şəkildə nazil olarlar.

Bildirişlər


1. Səma başlanğıcda tüstü olmuşdur.2 O, gələcəkdə də məhv olacaqdır.

2. Mələklərin yeri səmalardır.

3. Allahın mülk və hakimiyyəti etibari və ədalətsiz yox, gerçək və ədalətlidir.

4. Qiyamət günü ilahi rəhmətin təcəlla günüdür.


Ayə 27:


﴿وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَى يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا﴾

Elə bir gün ki, zalım (müşrik) öz əllərini çeynəyib deyər: «Kaş ki peyğəmbərlə olaydım.”


Ayə 28:


﴿يَا وَيْلَتَى لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا﴾

Vay olsun mənə! Kaş filankəsi özümə dost tutmayaydım.”


Ayə 29:


﴿لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءنِي وَكَانَ الشَّيْطَانُ لِلْإِنسَانِ خَذُولًا﴾

Allah tərəfindən mənim üçün haqq gəldikdən sonra Dostum məni azdırdı. Şeytan ümid gözləyəndə insanı atar.”



Nöqtələr


●“Xəzulən” dedikdə insanın himayəsinə ümidli olduğu kəs tərəfindən atılması başa düşülür.

●Rəvayətlərə əsasən, ilahi rəhbər zikr nümunəsidir. Zikrdən uzaqlıq dedikdə rəhbərdən uzaqlıq mənası anlaşılır.1

●İslam dost və dost seçimi ilə bağlı bir çox tövsiyələr vermişdir. Bəziləri ilə dostluq bəyənilirsə, bəziləri ilə də dostluq qadağan edilir. Bu nöqtələri açıqlamaq üçün müstəqil bir söhbətə ehtiyac var. “Dost və dostluq” mövzusunda açıqlanası bəzi məsələləri nəzərdən keçirək: Dostu tanıma yolları, dostluq çərçivəsi, dostluğun davamı, dostluğu qırmaq, dostluq amilləri, dostlarla ünsiyyət qaydaları, dostun hüquqları. Bu məsələlərin hər biri çoxsaylı ayə və rəvayətlərdə açıqlanılır. Bəzi rəvayətləri nəzərdən keçirək:

–Bir şəxsi tanımaqda çətinlik çəkirsinizsə, onun kimlərlə dostluq etdiyinə nəzər salın.2

–Pis dostdan tənhalıq yaxşıdır.”3

–Peyğəmbərdən yaxşı dost haqqında soruşdular. Həzrət buyurdu: “Ən yaxşı dost odur ki, onunla görüş yadınıza Allahı salsın, danışığı elminizi artırsın, rəftarı Qiyamətlə bağlı düşüncənizi oyatsın.”1

–Həzrət Əli (ə) buyurmuşdur: “Gücdən düşdüyün vaxt həqiqi dostların düşmənlərdən seçilər.”2

–Həzrət Əli (ə) buyurur: “Yaxşı dost ən üstün qohumdur.”3

–Hədisdə deyilir: Dostunu qəzəbə, dinar-dirhəmə münasibətdə və müsafirətdə sınağa çək. Bu sınaqlardan uğurla çıxsa, yaxşı dostdur.”4

Dost və dostluq haqqında çoxlu şerlər yazılmış, yaxşı dostlarla yaxınlıq tövsiyə olunmuşdur.



Yaxşı bir yoldaşın, yaxşı rəfiqin

Ağlını, dinini artırar sənin.

Pis insanlarla dostluq məzəmmət olunmuş, pis dost içində öldürücü zəhər olan xoş görünüşlü ilana bənzədilmişdir.



Pis dostdan uzaq ol bacarsan əgər,

Bil, dili altında gəzdirir zəhər.

Təkcə bədənini çalırsa ilan,

Pis dost həm can alır, həm də ki, iman.
Şerlərdə pis dost qara buluda oxşadılır. Qara bulud əzəmətli günəşin qarşısını kəsir.
Pislərlə oturma, onların sözü,

Nə qədər pak olsan, qaraldar üzü.

Günəş yer üzünə çiləsə də nur,

Bulud önün kəsir, həqiqət budur.

Bildirişlər


1. İnsanın içdən çəkdiyi həsrət onun əməl və rəftarlarına təsir göstərir.

2. Peyğəmbər yolundan üz çevirmək zülmdür.

3. Qiyamət əzabı çox ağırdır. (Müşrik Qiyamət səhnəsində təkcə barmağını və ya bir əlini yox, hər iki əlini gəmirir.)

4. Qiyamətdə vicdanlar oyanır.

5. Peşmanlıq insanın azad olduğunu göstərir. İnsan məcbur edilsəydi, peşmançılıq mənasız olardı.

6. Bu günün qeyri-şəri dostluqlarının təhlükəli sabahı var. Dostların insanın taleyinə təsiri var.

7. İman təklikdə bəs etmir, peyğəmbərlərlə birlikdə olmaq da zəruridir.

8. Peyğəmbərlərlə cüzi rabitə qurtuluş yolu ola bilər.

9. Bir qəlbdə iki sevgi yaşatmaq olmaz. (Ya peyğəmbər sevgisi, ya da azğın insanla dostluq!)

10. Azğın dostlar şeytana işləyir.

11. Əsas məsələ ad yox, görülən işdir.

12. Pis dostun əlaməti insanı yuxuya verməsidir.

13. Bəzən dostluq hissləri dəlil və məntiqə qalib gəlir.

14. Allah bütün xalqa höccəti tamamlayır, xəbərdarlığı başa çatdırır.


Ayə 30:


﴿وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَذَا الْقُرْآنَ مَهْجُورًا﴾

Peyğəmbər (Qiyamət günü şikayətlə) deyər: “Pərvərdigara! Mənim qövmüm bu Quranı tərk etdi.”



Nöqtələr


●Ayədə İslam Peyğəmbərinin (s) gileyindən danışılır. Həzrət aləmlərə rəhmət olduğundan nifrin etmir.

●İmam Rza (ə) buyurur: “Namazda Quran oxumağımızın səbəbi budur ki, Quran tərk olunmasın.”1

●Rəvayətlərdə deyilir: Hər gün Qurandan əlli (50) ayə oxuyun. Məqsədiniz surəni başa vurmaq olmasın, aram oxuyun, Quran tilavəti ilə qəlbinizi hərəkətə gətirin. Fitnələr qaraqlıq gecə tək üstünüzə hücum çəkəndə Qurana sığının.2

●Böyük şəxsiyyətlərdən bəzilərinin Qurandan uzaqlıqla bağlı qeydlərini nəzərdən keçirək:

a) Molla Sədra “Vaqiə” surəsinin təfsirindəki müqəddimədə deyir: Filosofların və hikmət alimlərinin kitablarını xeyli mütaliə etdikdən sonra elə bildim ki, bir məqama çatmışam. Amma bəsirət gözüm azca açıldıqda həqiqi elmlərdən xəbərsiz olduğumu gördüm. Ömrümün sonlarında belə bir qərara gəldim ki, Quran və məsumların buyruqlarını araşdırıb düşünüm. Əmin oldum ki, işim əsassız olub, bir ömür nuru qoyub kölgədə dayanmışam. Qəm-qüssədən içim yandı, qəlbim şölələndi. Nəhayət, ilahi mərhəmət əlimdən tutdu və məni Quranın sirləri ilə tanış etdi. Quranın təfsir və təfəkkürünə başladım. Vəhy evinin qapısını döydüm, qapılar açıldı, pərdələr kənara çəkildi, mələklərin mənə salam verdiyini eşitdim.”

b) Feyz Kaşani deyir: “Kitab və risalələr yazdım, araşdırmalar apardım. Amma heç bir elmdə dərdimə dərman, yanğıma su tapmadım. Qorxdum və Allaha doğru qaçaraq yalvardım. Nəhayət, Allah məni Quran və hədisə varmaq yolu ilə hidayət etdi.”1

v) İmam Xomeyni öz söhbətlərində qeyd edir ki, bütün ömrünü Quran yolunda sərf etmədiyi üçün təəssüf edir. O, elmi mərkəzlərə və universitetlərə tövsiyə edir ki, Quran və onun müxtəlif yönümlərini bütün sahələrdə ali məqsəd seçsinlər. Belə olmasın ki, qocalan vaxt cavanlıqları üçün təəssüf etsinlər.2

●“Hicr” dedikdə əməl, cisim, dil, qəlblə ayrılıq nəzərdə tutulur.3

●İnsanla səmavi kitab arasındakı rabitə daimi və hərtərəfli olmalıdır. Çünki “hicr” sözü insanla bir şey arasında rabitə olduqda işlədilir.4

Bəli, bütün istiqamətlərdə çalışmalıyıq ki, Quranı qəriblikdən xilas edək, onu həyatın bütün sahələrində elmi və əməli mehvər seçək. Bu yolla əziz İslam Peyğəmbərinin (s) razılığını qazanarıq.

●Quran oxumamaq, başqa kitabları Qurandan üstün tutmaq, Quranı həyat qanunu seçməmək, Quran ayələri haqqında düşünməmək, onu başqalarına təlim etməmək, Quran göstərişlərinə tabe olmamaq Quranı tənha qoymaq nümunələrindəndir. Hətta Quranı öyrənib sonra bir kənara qoyan, ona baxmayan, əməl etməyən insan da Quranı tənha qoymuşdur.5


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin