Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə51/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   91

Nöqtələr


●“Mərəcə” sözü qarışdırmaq, bir-birinə qovuşmaq üçün iki dəryanı rəvan etmək mənasını bildirir.1 “Əzb” dedikdə dadlı, “furat” dedikdə şirinə yaxın çox dadlı mənaları başa düşülür. “Milh” sözü şor mənasını bildirir. “Ucac” dedikdə acılığı yaxın çox şor su mənası anlaşılır.

Bildirişlər


1. Şirin və şor su yanaşı dayandığı halda onları qarışmağa qoymayan Allah icazə verərmi ki, haqq batilə, küfr imana qarışsın?!

2. Allahın iradəsi ilə hətta bir-birinə toxunan mayelər qarışmamış qalır.



Ayə 54:


﴿وَهُوَ الَّذِي خَلَقَ مِنَ الْمَاء بَشَرًا فَجَعَلَهُ نَسَبًا وَصِهْرًا وَكَانَ رَبُّكَ قَدِيرًا﴾

İnsanı sudan yaradan, onun üçün yaxın (nəsəbi) və uzaq (səbəbi) qohumluq qərar verən Odur. (Nəsil bu iki yolla yayıldı.) Sənin Rəbbin qüdrət sahibidir.”



Nöqtələr


●Ayədə su dedikdə insan nütfəsi nəzərdə tutulur.2

●“Nəsəb” ata, övlad, qardaşlar arasında olan kök bağlılıqdır. “Sihr” dedikdə, «kürəkən» mənası anlaşılır. Bu rabitə kişi ilə başqa bir ailə arasında yaranan rabitədir. Ər ilə arvad, qohumlar arasında olan rabitə “səbəbi” rabitə adlanır.


Bildirişlər


1. Həm insan, həm də digər mövcudlar sudandır.3

2. Bütün insanlar bir maddədən yaradılmışdır. Demək, irq və millət ayrıseçkiliyi əsassızdır.

3. İnsan əzəmətli bir mövcuddur.

4. İnsan həyatı nəsəbi və səbəbi bağlılıqlar əsasında formalaşır.

5. Bu ayədə nəsəbi qohumlar səbəbi qohumlardan öncə zikr olunur. Bu ardıcıllıq nəsəbi qohumluğun üstünlüyünü göstərir.

Ayə 55:


﴿وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَنفَعُهُمْ وَلَا يَضُرُّهُمْ وَكَانَ الْكَافِرُ عَلَى رَبِّهِ ظَهِيرًا﴾

(Müşriklər) onlara nə xeyir, nə də ziyan verə bilən şeylərə, Allahdan qeyrilərinə pərəstiş edirlər. Kafir daim öz rəbbinə qarşı (azğınlara) arxadır.”



Bildirişlər


1. İnsana xeyir verən və zərəri ondan uzaqlaşdıran elm dəyərlidir. Allahdan qeyrisinə pərəstiş səmərəsizdir.

2. Müşriklərin bütlərə pərəstişdə heç bir dəlil və məntiqləri yoxdur.

3. Xeyir və zərər yalnız Allahın əlindədir.

4. Müşriklər kafirdirlər və küfr yolunda bir-birlərinə yardım göstərirlər.



Ayə 56:


﴿وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا﴾

Səni yalnız müjdə verən və qorxudan (peyğəmbər olaraq) göndərdik.”



Nöqtələr


●Bu qısa ayədə həm tövhid, həm nübüvvət, həm də məad prinsiplərinə işarə olunmuşdur.

●Ötən ayədə kafirlərin və müşriklərin müxalifətindən, onların bir-birinə arxa durmağından danışıldığı üçün bu ayədə peyğəmbərə təsəlli verilə bilər ki, nigaran olma, sənin vəzifən yalnız müjdə vermək və qorxutmaqdır.


Bildirişlər


1. Peyğəmbərlər nəticə yox, vəzifəyə məsuldurlar.

2. Haqqa çağırış və tədbirdə xəbərdarlıq və müjdə yanaşı olduqda səmərə verər.

3. Peyğəmbərlərin xalqı məcbur etmək haqlarqı yoxdur.

4. İnsan müjdədən çox xəbərdarlığa ehtiyaclıdır.


Ayə 57:


﴿قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَن شَاء أَن يَتَّخِذَ إِلَى رَبِّهِ سَبِيلًا﴾

De ki, risalətim müqabilində sizdən heç bir muzd istəmirəm. İstəyim yalnız budur ki, (mənim dəvətimlə) bir şəxs öz Rəbbinə doğru yol tutsun.”



Nöqtələr


●Quranda İslam Peyğəmbərinin (s) zəhmətlərinə veriləcək mükafat haqqında bir neçə təbir var. “Nüdbə” duasında bu mövzu ilə bağlı bütün ayələr zikr olunmuşdur:

–“Mənim mükafatım Allahın öhdəsinədir.”1

–“Mənim mükafatım Əhli-beytimə məhəbbətdir.”2

–“Mənim mükafatım sizin Allah yolunu tutmağınızdır.”3

–“İstədiyim mükafat sizin öz xeyrinizədir.”4 Məsum rəhbərlərin məhəbbəti Allah yolunu tutmağın rəmzidir. Xalqın bu yolu seçməsi onun öz xeyrinədir. Demək, peyğəmbər üçün heç bir maddi mənafe yoxdur.

Bildirişlər


1. Öz təmənnasızlığını xalqa elan edən rəhbər müvəffəqdir.

2. İnsan heç bir maddi təmənnası və ad-san istəyi olmadıqda ixlas əldə edir.

3. İnsan əqidə ə yol seçimində azaddır.

4. Peyğəmbərlərin muzdu xalqın Allaha bəndəlik etməsidir.


Ayə 58:


﴿وَتَوَكَّلْ عَلَى الْحَيِّ الَّذِي لَا يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِ وَكَفَى بِهِ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًا﴾

Həmişəlik ölməzə (Allaha) təvəkkül et və Ona sitayişlə təsbih de. Yetər ki, O, bəndələrinin günahlarından tam xəbərdardır.”



Nöqtələr


●Quranda “təvəkkül” və ondan alınmış sözlər yetmiş dəfə işlədilmişdir. Təvəkkül dedikdə Allaha güvənmək və işlərdə Onu vəkil seçmək nəzərdə tutulur.

●Ötən ayədə Peyğəmbərə (s) buyuruldu ki, xalqa “mən sizdən muzd istəmirəm” söyləsin. Bu ayədə isə buyurulur ki, xalqın malında gözü olmayan dini rəhbərlər öz ehtiyaclarının təminində yalnız Allaha təvəkkül etsinlər.

●Allaha təvəkkül dedikdə səy və təlaşı dayandırmaq nəzərdə tutulmur. Şair deyir:
Peyğəmbər ucadan söylədi bunu:

Təvəkküllə bağla nərin boynunu,

Allah həbibinin eşit sözünü,

Təvəkkül edəndə bükmə dizini.

Təvəkkül et, əl götürmə təlaşdan,

Bel bağla Allaha, çalış ey insan.

Bildirişlər


1. Faninin faniyə (müvəqqətinin müvəqqətiyə) güvənməsi əbəsdir.

2. Zəifin-zəifə güvənməsi əbəsdir.

3. Cahilin-cahilə güvənməsi əbəsdir.

4. Peyğəmbərlərin də ilahi öyüd-nəsihətə ehtiyacları var.

5. Əbədi həyat yalnız Allaha məxsusdur.

6. Həmişə var olan ölməz Allaha təvəkkül et. Əgər bu gün düşmənə möhlət vermişsə, məqsəd onun tövbəsidir. Tövbə edilməyən halda sabah da intiqam üçün fürsət var.

7. Qəlbən təvəkkül əməldə təsbih və həmd-səna ilə müşayiət olunmalıdır.

8. Allah insanların ən xırda işlərindən yetərincə xəbərdardır.

9. Günahkarlar da Allahın bəndələridir.

10. İnsanın Allahın bütün günahlardan xəbərdar olmasına imanı təqva əldə etmək üçün ən üstün vasitədir.

11. Allahın günahlardan agahlığı kafirlərə xəbərdarlıq olmaqla yanaşı, Peyğəmbər (s) üçün təsəllidir. Peyğəmbərə (s) bildirilir ki, nigaran olma, Biz onların pozuculuqların agahıq və inadkar kafirlərlə hesab çəkərik.

Ayə 59:


﴿الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ الرَّحْمَنُ فَاسْأَلْ بِهِ خَبِيرًا﴾

Göyləri, yeri və onlar arasında olanları altı gündə yaradan Odur. Sonra ərşə hakim oldu. (Aləmin idarə olunmasına başladı.) Odur Rəhman Allah. Ondan istə, O hər şeydən agahdır. (Ya da Onun haqqında bilən kəsdən soruş.)”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin