Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə56/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   91

Bildirişlər


1. Allahın qanunu insanlara ixtiyar və möhlət verməkdir.

2. İlahi qüdrətə diqqət ruhun aramlığı üçün ən üstün vasitədir.

3. İman məcburi yox, azad və seçim əsasında qəbul olunmalıdır.

Ayə 5:


﴿وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّنَ الرَّحْمَنِ مُحْدَثٍ إِلَّا كَانُوا عَنْهُ مُعْرِضِينَ﴾

Rəhman Allah tərəfindən onlar üçün hansı yeni xəbərdarlıq gəldisə, ondan üz döndərdilər.”


Ayə 6:


﴿فَقَدْ كَذَّبُوا فَسَيَأْتِيهِمْ أَنبَاء مَا كَانُوا بِهِ يَسْتَهْزِئُون﴾

Onlar təkzib etdilər və məsğərəyə qoyduqlarının xəbərləri tezliklə onlara çatacaq.”



Nöqtələr


●Bu ayələrdə kafirlərin üç xisləti bəyan olunur: arxa çevirmək, təkzib və istehza. Bəli, insan tədricən, addım-addım süquta uğrayır. Öncə həqiqətə etinasızlıq göstərir, sonra onu təkzib edir, nəhayət haqqı məsxərəyə qoyur. Bunlardan ən pisi insanın haqqı məsxərəyə qoymasıdır. Ayədə buyurulur ki, məsxərə etmələrinin xəbərləri gələcəkdə onlara çatacaq. Bəli, üz döndərmək və təkzibin yox, məhz məsxərənin cəzasından danışılır.

Bildirişlər


1. Quran tədricən nazil olmuşdur.

2. Quran xəbərdarlıqları Allahın daimi lütflərindəndir.

3. Daş qəlbli fərdlərə heç bir xəbərdarlıq təsir göstərmir.

4. Allah xəbərdarlıq, təkrar və yeni xəbərlər vasitəsilə kafirlərə höccəti tamamlayır, onlara xəbərdarlığı başa çatdırır.

5. İnsan köhnə adət-ənənələrə o qədər bağlanmamalıdır ki, yeni söz eşitdikdə götür-qoy etmədən ona inanmasın.

6. Din uydurucu yox, oyaqlıq amilidir.

7. Xalqın bir hissəsi haqqı qəbul etmək əvəzinə öncədən inadkarlıq yolunu seçir. (Haqdan üz döndərmək və uzaqlıq bir dəstənin daimi qaydasıdır.)

8. Təkəbbür və təkzibdən qaynaqlanan uzaqlaşma təhlükəlidir.

9. Gələcək təhlükə və cəzalara etinasızlıq ilahi qəhr-qəzəb rəmzidir.

10. Haqq və haqq ardıcıllarını məsxərəyə qoyanlar cavabsız buraxılmayacaq. (Ya dünyada, ya ölüm zamanı, ya bərzəxdə, ya rəcətdə, ya da Qiyamət günü onlar öz çirkin işlərinin cavabını alacaqlar.)


Ayə 7:


﴿أَوَلَمْ يَرَوْا إِلَى الْأَرْضِ كَمْ أَنبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ﴾

Yerə baxmadılarmı ki, hər növdən nə qədər gözəl (bitki) cücərtdik?”


Ayə 8, 9:


﴿إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾

Şübhəsiz, bunda bir nişanə var, amma onların çoxu iman gətirən deyil; həqiqətən, sənin Rəbbin qalib və mehribandır.”



Nöqtələr


●Miladi 18-ci əsrin ortalarında məşhur İsveç təbiətşünası Linney bitki aləmində cütlüyün (erkək-dişi) mövcudluğunu kəşf etdi. O deyirdi: «Bitkilər arasında da erkək və dişi var. Bitkinin bəhrə verməsi üçün mayalanma lazımdır.» Qurani-Kərim isə zövciyyət qanunu adlanan qanunu Linneydən 12 əsr öncə bəyan etmiş və həm bitkilər, həm də qeyri-bitkilər arasında bu qanunun işlədiyini bildirmişdir.1

Bildirişlər


1. Varlıq aləmindəki mövcudlar və onların gözəlliklərinin araşdırılması Allahı tanımaq üçün ən üstün yoldur.

2. Quran varlıq aləminə dərindən diqqət yetirməyənləri məzəmmət edir.

3. Allahın qüdrət nişanələrindən biri bitkilərin erkək-dişiyə malik olmasıdır.

4. Bütün bitkilərdə faydalar var. Ola bilsin ki, bəzi bitkilərin faydası var, lakin hələ ki bizə məlum deyil.1

5. Əgər bir şəxsdə həqiqətin qəbulu üçün qabiliyyət və zəmin olmasa, o bütün varlıq aləmindən belə ibrət götürə bilməz.

6. Əksəriyyət haqlılıq göstəricisi deyil.

7. Həzrət Peyğəmbər (s) Allahın nəzəri altındadır.

8. Allahın mehribançılığı Onun acizliyinə əsaslanmır. O, yenilməz olduğu halda mehribandır, müxaliflərə imkan verir ki, bəlkə tutduqları yoldan dönüb tövbə edələr.


Ayə 10:


﴿وَإِذْ نَادَى رَبُّكَ مُوسَى أَنِ ائْتِ الْقَوْمَ الظَّالِمِينَ﴾

(Yada sal,) bir zaman Rəbbin Musaya nida etdi ki, sitəmkar qövmə doğru get”


Ayə 11-12:


﴿قَوْمَ فِرْعَوْنَ أَلَا يَتَّقُونَ قَالَ رَبِّ إِنِّي أَخَافُ أَن يُكَذِّبُونِ﴾

Firon qövmünə doğru. Yoxsa onlar qorxub-çəkinmir?!(Musa) dedi: «Pərvərdigara! Məni təkzib edəcəklərindən qorxuram.»



Nöqtələr


●Bu surədə “yoxsa qorxub-çəkinmirlər” cümləsi yeddi dəfə təkrarlanmışdır. Bəli, təqva olmayan yerdə peyğəmbərlərin sözü təsirsizdir.

Bildirişlər


1. Peyğəmbərlərin tarixi unudulmamalıdır.

2. Həm peyğəmbərlərin məqsəd və yolu, həm də müsəlmanların rəftarları bir-biri ilə oxşardır. Bəli, onların tarixi ilə tanışlıq İslam Peyğəmbərinə (s) yardımçı ola bilər.

3. Xalqa peyğəmbərlər göndərmək Allahın rübubiyyət şənlərindəndir.

4. Zalım qüvvələrlə mübarizə peyğəmbər proqramlarının ilk maddəsidir.

5. Pisliyə qadağa vəzifəsini icra edərkən bəzi təhlükə ilə üzləşmək lazım gəlir.

6. Peyğəmbərlərin qiyamı kin-küdurət və intiqama yox, ilahi meyarlara əsaslanır.

7. Allahı unudub zalım qüvvələrə itaət göstərmək ən böyük zülmdür.

8. Pisliyə qadağa (nəhy əz münkər) üçün fəsad mərkəzlərinə üz tutun.

9. Xalq olmasa, zalım hakimlər gücsüzdür.

10. Xalqın təqvasızlığı, Allahdan çəkinməməsi zalım qüvvələrin təkamülü üçün zəmin yaradır.

11. Xalqın hidayəti ilahi yardımlara ehtiyaclı ağır yükdür.

Ayə 13-14:


﴿وَيَضِيقُ صَدْرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرْسِلْ إِلَى هَارُونَ وَلَهُمْ عَلَيَّ ذَنبٌ فَأَخَافُ أَن يَقْتُلُونِ﴾

Köksüm sıxılır, dilim açılmır. Haruna da (mənə yardım üçün) risalət ver. Onlar məni günahkar sayır, qorxuram məni öldürələr.”


Ayə 15:


﴿قَالَ كَلَّا فَاذْهَبَا بِآيَاتِنَا إِنَّا مَعَكُم مُّسْتَمِعُونَ﴾

Allah buyurdu: “Belə deyil, birlikdə Bizim möcüzələrimizlə hərəkət edin, Biz sizinləyik və hər şeyi eşidirik.”


Ayə 16:


﴿فَأْتِيَا فِرْعَوْنَ فَقُولَا إِنَّا رَسُولُ رَبِّ الْعَالَمِينَ﴾

Fironun sorağına gedib deyin: «Biz, aləmlərin Rəbbinin rəsuluyuq.»


Ayə 17:


﴿أَنْ أَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ﴾

(Deyin ki,) Bəni-İsraili (azad et və) bizimlə yola sal.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin