Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə62/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   91

Nöqtələr


●Quranda 130 dəfədən çox həzrət Musanın (ə) adı qeyd olunmuşdur. Digər peyğəmbərlərdən daha çox (Musadan (ə) sonra) həzrət İbrahimin (ə) adı ilə rastlaşırıq.

●Rəvayətlərə əsasən ayədəki “əb” sözü İbrahimin (ə) əmisi Azərə işarədir. Çünki İbrahim kimi peyğəmbərin atası kafir ola bilməzdi. “Əb” sözünün “tərbiyəçi”, “baba”, “qaynata” kimi lüğət mənaları və “Bəqərə” surəsinin 133-cü ayəsində həm baba, həm də əmi “əb” adlandırılmışdır.

●Elm əhlinə təqlid təkamül və tərəqqi vasitəsi ola bilər.1 Amma nadana təqlid süquta səbəb olur. İnsanın heç bir araşdırma aparmadan adət-ənənələrə tabe olması cəmiyyətdəki sabitliyi pozur, düşüncə və həqiqətin tanınması yolunda maneəyə çevrilir.

●Həzrət İbrahim (ə) bütün yəhudi və məsihi qrupları tərəfindən qəbul olunduğu üçün Peyğəmbər (s) dövründəki kitab əhlinə və müsəlmanlara onun tarixini bəyan etmək ibrətamiz idi.

●“Rəəytum” sözü müxtəlif köklərə əsasən, həm gözlə, həm də ağılla görmək mənasını daşıya bilər.

Bildirişlər


1. İslam Peyğəmbərinə (s) özündən əvvəlki peyğəmbərlərin tarixini hifz etmək əmr olunub.

2. Həzrət İbrahimin əhvalatı mühüm və faydalıdır. (“Nəbə” sözü mühüm xəbər mənasını bildirir.)

3. Tarixə hakim sünnə və qanunlar sabitdir. Buna görə də dünənki tarix bu gün üçün dərs ola bilər.

4. Pisliyə qadağaya (nəhy əz münkərə) özümüzdən başlayaq.

5. Nəhy əz münkərdə yaş şərt deyil.

6. Nəhy əz münkərdə qüdrət şərt deyil. (Nəzərə alaq ki, həzrət İbrahimin (ə) dövründə elə bir şərait vardı ki, əmisi onu rədd etdi.)

7. Nəhy əz münkərdə tənhalıqdan qorxmayın.

8. Haqqın müdafiəsində qohumları nəzərə almayın.

9. Allah İbrahimin (ə) yaxın qohumlarının bütpərəst olmasını bəyan etməklə İslam Peyğəmbərinə (s) təsəlli verir.

10. Təbliğatda suallar ünvanlamaqla vicdanları oyadın. (İbrahim (ə) nəyə pərəstiş etdiklərini gördüyü halda onları düşüncəyə vadar edib vicdanlarını oyatmaq üçün sual verdi.)

11. İnsan pərəstişkar mövcuddur. O, haqdan yayındıqda batilə üz tutasıdır.

12. Qurani-Kərim tarixi nəql edərkən həssas və tərbiyəvi nöqtələrə toxunur. (Quran tarixdən nəql etdiyi mövzularda saya, ada, zamana və məkana işarə etmir, sadəcə ibrətamiz bildirişləri bəyan edir.)

13. Nəhy əz münkər zamanı mühüm büdrəmələrdən başlayın. (Bəli, ən təhlükəli azğınlıq Allaha şərik qoşmaqdır.)

14. Hər ibadət dəyərli olmur. Məbudun kimliyi və şüur həddi mühümdür.

15. Pərəstiş bir anlıq istək yox, insanın ruhunda kök atmış həqiqətdir.

16. Azğınlıqdan da pisi azğınlıqla fəxr etməkdir.

17. Dəlil və məntiq təbliğin ilkin addımıdır.

18. Pərəstiş üçün əsas olan meyar məbudun xeyir verib şəri dəf etməsidir. Bütlər isə bu iki işdən heç birini bacarmır.

19. Adi insanlarla ünsiyyətdə aydın və dərk olunası dəlillər göstərin.

20. Əqidə məsələlərində təqlid etmək olmaz.

21. Bəzən ata-babaların adət-ənənələri ağıl və məntiq yoluna mane olur.

22. İnsanın yaşı onun haqlı olmasına dəlil deyil.

23. Bütpərəstlər bütlərin gücsüzlüyünü bilsələr də, ata-babalarının yolundan əl çəkə bilmirlər.

24. Təəssüb və millətçilik qadağandır.

25. Cəhalət və sadəlövhlük azğınlıq zəminidir. (Şirkin elmi və məntiqi əsası yoxdur.)

26. Düşüncə insan üçün zərurətdir.

27. Müxtəlif düşüncələr arasında mübahisə və araşdırma zəruridir.

Ayə 77:


﴿فَإِنَّهُمْ عَدُوٌّ لِّي إِلَّا رَبَّ الْعَالَمِينَ﴾

Əlbəttə, aləmlərin Rəbbi istisna olmaqla (bütlər) mənim düşmənimdir.”


Ayə 78-79:


﴿الَّذِي خَلَقَنِي فَهُوَ يَهْدِينِ وَالَّذِي هُوَ يُطْعِمُنِي وَيَسْقِينِ﴾

O kəs ki, məni yaratdı və hidayət edir. O kəs ki, (aclıq vaxtı) mənə təam verir, (susuzluq vaxtı) məni sirab edir.”



Ayə 80-81:


﴿وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ وَالَّذِي يُمِيتُنِي ثُمَّ يُحْيِينِ﴾

Xəstələndiyim vaxt mənə şəfa verən də Odur. O kəs ki, məni öldürər, sonra dirildər.”


Ayə 82:


﴿وَالَّذِي أَطْمَعُ أَن يَغْفِرَ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِ﴾

O kəs ki, din (Qiyamət) günü xətalarımı bağışlayacağına ümidvaram.”



Nöqtələr


●Aləmlərin Rəbbi olan Allahdan savay bütün məbudlar bizə düşməndir. Qiyamət günü bütün bütlər dilə gəlib bütpərəstlərin əleyhinə şikayət edəcək.1 Qiyamət günü bütlər bütpərəstlərdən üz çevirər, onlarla zidd düşər. Bu yolla onlar arasındakı ədavət üzə çıxar.2

●Allah-təala Həzrət İbrahimi (ə) ”seçilmiş” kimi sifətlərlə vəsf edir.3 Peyğəmbərlərin xətası günah yox, “tərki övla”, yəni daha yaxşının tərk olunmasıdır.


Bildirişlər


1. Xülya və yalan məbudlar bəşərin düşüncə, səadət və təkamülünün düşmənləridirlər.

2. İnsan öncə dünya və onu yaradana, sonra özünə diqqət yetirməlidir.

3. Təbliğdə bəzən özümüzü başqalarının yerinə qoymağımız lazım gəlir.

4. İnsanın yaranışı ən böyük ilahi lütflərdəndir.

5. Hidayət haqqı yaranmışa məxsusdur. Çünki tədbir və hidayət yaranışdan ayrı deyil.

6. Allahın yaratması və hidayəti bütlərin yox, məhz Onun insana sevgisini göstərir.

7. Hidayət rübubiyyət şənlərindəndir.

8. Hidayət (doğru yola yönəltmə) neməti (xilqətdən sonra) ən böyük nemətdir.

9. Yaradılış bir dəfə olur, hidayət isə daimidir.

10. İnsanın doyurulması və susuzluğunun yatırılması Allahın işidir. Su və çörək sadəcə vasitədir.

11. Öncə mənəvi nemətlərə, sonra maddi nemətlərə diqqət yetirilməlidir.

12. Xəstəliyin yaranmasında özümüz müqəssirik.

13. Şəfa Allahdandır, dərman yalnız vasitədir və onun təsiri Allahın iradəsindən asılıdır.

14. Ruh və cismin birlikdə şəfa tapması zəruridir.

15. Danışıq və xütbədə sözlərin uyğunluğu dəyərdir.

16. İlahi dünya görüşündə ölümlə iş başa çatmır və ölüm insan həyatının mərhələlərindən biridir.

17. Varlıq aləmindəki bütün işlər Allahdandır.

18. Ölüm də nemətdir. Ölüm ayədə başqa nemətlərlə yanaşı zikr olunur.

19. Harada şirk üçün zəmin varsa orada mübarizə aparılmalıdır. (Hidayət, təam və şəfa nemətləri ilə bağlı üç dəfə “huvə”, yəni “O” əvəzliyi işlədilmişdir. Amma yaranışdan, ölüm və həyatdan danışarkən həmin əvəzlik işlədilmir. Uyğun fərq belə izah oluna bilər ki, yaranış və ölümü hamı Allah tərəfindən bilir və bu istiqamətdə şirkə yer yoxdur. Amma çox vaxt tərbiyə və şəfa xalqa, qidaya, dərman və həkimə aid edilir. Beləcə, Quran tövhid ruhiyyəsinə təravət vermək üçün “huvə” əvəzliyini işlədir. Yəni bütün işlər Onun - Allahın əlindədir.)

20. İbadət fəlsəfələrindən biri Allaha təşəkkürdür. (İbrahim (ə) əmisinə və öz qövmünə buyurdu: “Nəyə pərəstiş edirsiniz?” Dedilər ki, bütə. Həzrət İbrahim (ə) bu ayələrdə Allaha ibadət fəlsəfəsini bəyan edir.)

21. Heç kim Allahın lütflərindən ehtiyacsız deyil. Əgər həzrət İbrahim Xəlilullah özünü Allahın bağışlamasına ehtiyaclı bilirsə, biz necə arxayın ola bilərik?!

22. Allahın əfvi bizim haqqımız yox, Onun mərhəmətidir. Bəli, öz əməllərimizə güvənməyək. Çünki həzrət İbrahim (ə) də öz işinin mükafatına yox, Allahın əfvinə göz dikmişdi.

23. Ümid və qorxu bir dəyərdir.

24. Allahın rübubiyyəti insanı Onun əvf və bağışlamasına yönəldən səbəbdir.

25. Bağışlanma istəyi peyğəmbərlərin qaydasıdır.

26. Əgər Allahın xüsusi lütfü olmasa, insan istənilən bir mərhələdə xətaya yol verə bilər.

27. Peyğəmbər kəlamlarında yaranış və məadın təzahürləri aşkardır.

28. İnsanların maddi və mənəvi ehtiyaclarının təmini başlanğıcdan sonadək Allahın əlindədir.


Ayə 83:


﴿رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ﴾

(İbrahim (ə) sözünün davamında dedi:) «Pərvərdigara! Mənə hikmət və elm mərhəmət buyur, məni salehlərə qovuşdur!»




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin