Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə228/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   224   225   226   227   228   229   230   231   ...   572

Ayə 1, 2:


﴿الم* تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ﴾

Əlif, lam, mim; bu, (başdan-başa) hikmətli olan kitabın ayələridir.”


Ayə 3:


﴿هُدًى وَرَحْمَةً لِّلْمُحْسِنِينَ﴾

(Bu kitab) xeyir əməl sahibləri üçün hidayət və rəhmətdir.”


Ayə 4:


﴿الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُم بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ﴾

O kəslər ki, namazı bərpa edər, zəkat ödəyərlər. Yalnız onlar axirətə əmindirlər.”



Nöqtələr


Müqəttəə hərflərlə başlamış 29 surədən 24-də müqəttəə hərflərin ardınca Quranın əzəməti bəyan olunur. Bildirilir ki, Quran sizin ixtiyarınızda qoyulmuş həmin əlifba hərflərindən tərtib olunmuşdur. Amma kimsə bunun kimisini tərtib etməyə acizdir.

İstisnasız olaraq bütün yazıçılar yazdığı kitabı nöqsansız saymır və mümkün nöqsanlara görə oxuculardan üzr istəyirlər. Adətən müəlliflər oxucuların təklifləri və tənqidləri ilə tanış olmaq istəyirlər. Yalnız Allah Öz kitabı haqqında qətiyyətlə buyurur ki, Quran hikmətlə dolu bir kitabdır, onun bütün ayələri əsaslıdır. Quranda heç bir nöqsan olmadığı qeyd edilir.

Namaz bütün mənəvi kamilliklərin kompleksidir. Paklıq, Quran tilavəti, tövhid, nübuvvət, vilayətin etirafı, zikr və dua, salam, qiyam, rüku, səcdələr, haqqa diqqət namazda əks olunmuş kamilliklərdir. Zəkat isə bütün maddi çətinliklərin aradan qaldırılması üçün müəyyənləşmişdir. Quranda “zəkat” məfhumu fiqhdəkindən daha əhatəli mənaya malikdir. Quranda zəkat dedikdə təkcə fiqhdəki zəkat yox, bütün maddi yardımlar nəzərdə tutulur.

Allah-təala bir yerdə Quranı təqvalıların hidayət səbəbi1, digər bir yerdə möminlər üçün hidayət səbəbi və müjdə2, bu surədə isə xeyir əməl sahibləri üçün hidayət və rəhmət səbəbi sayır. Demək, Quran üç mərhələlik təkamülü nəzərdə tutur: hidayət, müjdə və rəhmət.1



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin