Bildirişlər
1. Haqqa çağırış və hidayət hikmətə əsaslanmalıdır.
2. Quran eynən hidayət və rəhmətdir - bu baxımdan Quranda heç bir nöqsan yoxdur. (Əgər “filankəs şəkərdir” deyirlərsə, bu o deməkdir ki, nəzərdə tutulan şəxsin vücudu, hərəkətləri, sözü və baxışı bütünlüklə şirindir.)
3. Haqqa çağırış və hidayət zəhmət və məhəbbətlə müşayiət olunmalıdır.
4. Xeyir əməl sahiblərində haqqı qəbul etmək üçün hazırlıq var.
5. Namaz və zəkat bir-birindən ayrılası deyil.
6. Namazın bərpası və zəkat ödənməsi xarakterə çevrilməlidir.
7. İslam kompleks din olduğundan onun göstərişləri də kompleks və hərtərəflidir. Namaz bədənə, zəkat mala, yəqinlik qəlbə aid olan vəzifədir.
8. Allahla rabitə (namaz) və xalqla əlaqə (zəkat) Qiyamətə imanla müşayiət olunduqda dəyər tapır.
9. Xeyir əməl sahibi olan insan həm iqtisadi məsələlərə, həm də mənəvi məsələlərə qarşı diqqətlidir.
Ayə 5:
﴿أُوْلَئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ﴾
“Onlar Rəbləri tərəfindən hidayət olunmuşlar və nicat tapan da onlardır.”
Dostları ilə paylaş: |