Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə258/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   254   255   256   257   258   259   260   261   ...   572

ƏməlDƏ şükür nümunələri


1. Namaz Allaha şükürün ən üstün nümunəsidir. Allah Öz peyğəmbərinə buyurur ki, sənə Kövsər, böyük xeyir verdiyimiz üçün şükür olaraq namaz qıl.2

2. Oruc: İlahi peyğəmbərlər Allahın nemətlərinə şükür olaraq oruc tuturdular.3

3. Xalqa xidmət: Quranda buyurulur ki, əgər savadsız bir şəxs savadlı bir şəxsdən nəsə yazmasını istəsə, həmin şəxs boyun qaçırmasın, öz elminin şükrünü yerinə yetirərək onun dediyini yazsın.4 Savadsız üçün məktub yazmaq xalqa xidmət olduğundan bir növ savad müqabilində şükür sayılır.

4. Qənaət: Əziz Peyğəmbər (s) buyurur: “Qane ol ki, insanların ən çox şükür edəni sayılasan.”5

5. Yetimə nəvaziş: Allah Öz Peyğəmbərinə (s) buyurur ki, yetim olduğun vaxt sənə nəvaziş göstərməyimizin şükrü olaraq yetimləri özündən uzaqlaşdırma.6

6. Məhrumlara və ehtiyaclılara yardım: Allah Öz peyğəmbərinə buyurur ki, ehtiyaclı olduğun vaxt səni imkana çatdırmağımızın şükrü olaraq sənə üz tutmuş yoxsulu özündən uzaqlaşdırma.7

7. Xalqa təşəkkür: Allah Öz peyğəmbərinə buyurur ki, zəkat verənlərə təşəkkür və təşviq ünvanında onlara salam göndər. Çünki sənin salamın onlar üçün rahatlıqdır.8 İnsanlara təşəkkür Allaha təşəkkürdür. Rəvayətdə bildirilir ki, Allahın bəndələrinə təşəkkür edən kəs Allaha təşəkkür etmişdir.9

Həyatın acılıqlarına görə də şükür lazımdır.

Quranda buyurulur ki, bir çox xoşlamadığınız şeylər əslində sizin xeyrinizədir.10 Əgər bilsək ki, başqalarının daha çox problemi var, problemlər bizim diqqətimizi Allaha yönəldir, çətinliklər bizi təkəbbürdən uzaqlaşdırır və qəlbimizi yumşaldır, çətinliklər bizə yoxsulları xatırladır, problemləri aradan qaldırmaq üçün yenilik axtarıb təkmilləşirik, itki həmin nemətin dəyərini yada salır, qarşıya çıxan çətinliklər günahlarımızın kəffarəsidir, çətinliklərə görə axirət mükafatları nəzərdə tutulur, problemlər “qiyamətə hazırlaş” xəbərdarlığıdır, çətinliklər vaxtı öz səbrimizi qiymətləndirir, əsil dostları tanıyırıq, qarşılaşdığımız çətinliklərdən də dərdli çətinliklər var, bütün bu acılıqlarda şirinlik olduğunu anlayarıq.

Bəli, uşaq üçün xurma şirin, istiot isə acıdır. Amma daha çox məlumatlı olan valideyn üçün həm xurmada, həm də istiotda bir dad var. Həzrət Əli (ə) Ühüd savaşında buyurdu: “Cəbhədə iştirak şükür ediləsi işlərdəndir.”1 Həzrət Əlinin (ə) qızı Zeynəb (ə) Bəni-Üməyyə cinayətkarlarının rişxəndlərinə belə cavab verdi: “Kərbəlada gözəllikdən başqa bir şey görmədim.”2

Övliyalardan birinə “Allaha şükür et” dedilər. O belə cavab verdi: “Mən ona şükür etməkdə acizəm.” Xitab olundu ki, “şükür etməyə acizəm” etirafı ən üstün şükürdür.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin