Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə255/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   251   252   253   254   255   256   257   258   ...   572

Valideynə ehsan


“Bəqərə” surəsinin 83-cü, “Nisa" surəsinin 36-cı, “Ənam” surəsinin 151-ci, “İsra” surəsinin 23-cü ayələrində valideynə ehsan etmək tapşırılır. “Loğman” surəsində isə valideynə ehsan ilahi tövsiyə kimi bəyan olunur. Quranın müxtəlif ayələrində valideynə təşəkkür Allaha təşəkkürlə yanaşı bəyan olunur. Bəzən isə ananın üzücü zəhmətləri nəzərə çatdırılır.

Valideynin məqamı o qədər ucadır ki, növbəti ayədə hətta insanı şirkə sürükləyən valideynlə pis rəftar etməmək tapşırılır. Yəni övlad valideynə itaət etməməli olduğu halda belə onu tənha buraxmamalıdır. Bəli, valideynə hörmət dini yox, insani bir vəzifədir. Bu hüquq müvəqqəti xarakter daşımır, həmişəlikdir.

Rəvayətlərdə bildirilir ki, valideynə bütün hallarda ehsan etmək lazımdır. İstər yaxşı, istər pis, istər sağ, istər dünyasını dəyişmiş valideynə ehsan zəruridir. Peyğəmbər (s) öz süd bacısına süd qardaşından daha çox ehtiram göstərirdi. Bunun səbəbini soruşduqda həzrət buyurdu: “Çünki bu xanım valideyninə daha çox hörmət edirdi.”1

Quranda oxuyuruq ki, həm həzrət Yəhya (ə), həm də həzrət İsaya (ə) öz analarına ehtiram göstərmək əmr olunmuşdu.2 Əziz Peyğəmbər (s) buyurmuşdur: “İlkin vaxtda qılınan namazdan sonra ən yaxşı iş valideynə ehtiramdır.”3 Kərbəlada bir şəxs şəhid olmuşdu. Onun oğlu imamın köməyinə gəldiyi vaxt imam buyurdu: “Qayıt, anan ər dağı görüb, ola bilsin ki, oğul dağına dözməyə.” Cavan dedi: “Məni meydana anam göndərib.”4



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin