Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə264/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   260   261   262   263   264   265   266   267   ...   572

Namaz haqqında


Namaz və əmr be mərufa çağırış münasibəti ilə bu iki vəzifə haqqında müxtəsər şəkildə danışaq:

–Namaz insanla Allah arasında ən sadə, ən dərin və ən gözəl rabitədir. Bu ibadət bütün səmavi dinlərdə mövcuddur.

–Namaz yeganə ibadətdir ki, ondan öncə ən xoş səsli bir nəfərin yüksək yerə qalxıb uca səslə “tələsin namaza, tələsin əməllərin ən xeyirlisinə” deməsi tapşırılmışdır. “Azan” adlandırılmış bu çağırış sükutu aradan qaldırır, xalis islami düşüncələri elan etməklə qafilləri oyadır.

–Namaz o qədər mühümdür ki, həzrət İbrahim (ə) öz zövcə və övladını otsuz-susuz səhrada qoymasını (Həcc mərasimi ilə yox) namazın bərpası ilə əlaqələndirir.

–İmam Hüseyn (ə) aşura günü günorta çağı iki rəkət namaz üçün sinəsini düşmən oxlarına sipər etdi.

–Quran həzrət İbrahim (ə) və İsmailə (ə) göstəriş verir ki, Məscidül-həramı namaz qılanlar üçün hazırlasınlar. Bəli, namaz o qədər mühümdür ki, həzrət Zəkəriyya (ə), Məryəm (ə), İbrahim (ə) və İsmail (ə) namazın bərpa olduğu məsciddə xidmətçi dayanırlar.

–Namaz bütün digər əməllərin qəbulu üçün açardır. Həzrət Əli (ə) öz valisinə buyurur: “Vaxtının ən gözəlini namaz üçün ayır. Agah ol ki, bütün əməllərin namaz sayəsində qəbul olar.1

–Quranın əksər surələrində, “Bəqərə” kimi böyük surələrdən tutmuş “Kövsər” kimi kiçik surələrdə namazdan danışılır.

–İnsan doğulanda qulağa azan və iqamə deyilən gündən qəbristanlıqda ona meyit namazı qılınan günədək namaz cilvələnir.

–Həm zəlzələ və qorxu yaradan küləklər zamanı, həm ay və günəş tutulan zaman “ayat” namazı adlı namaz vacib olur. Hətta yağış istəyi ilə yağış namazı qılınır.

–Namaz insanı bir çox pis və çirkin işlərdən uzaqlaşdırır.2

Namazda nəzərə çarpan kamilliklərdən bəzilərini nəzərdən keçirək:

–Misvak çəkmək (dişi fırçalamaq), dəstəmaz, qüsl, bədən və libasın təmizliyi ilə paklığa riayət olunur.

–Azan vasitəsi ilə insan cəsarət dərsi alır, fəryad çəkməyi öyrənir.

–Cəmiyyət namazından səhnədə iştirak öyrənilir.

–Cəmiyyət namazında ədalətli imam seçməklə ədalətə diqqət yetirilir.

–Birinci cərgədə dayananlardan dəyərlərə və kamilliyə diqqət əldə olunur.

–Müsəlmanlar öz qiblələrinə üz tutmaqla müstəqillik dərsi alırlar. Bəli, yəhudilərin öz qibləsi, məsihilərin də öz qiblələri var. Müsəlmanlar müstəqil olmalıdırlar. Buna görə də Quranın göstərişi ilə Kəbə müsəlmanlar üçün qiblə seçilir. Bununla da onların müstəqil yönə üz tutması təmin olunur.

–Paltarda bir qırıq qəsbi sapın olmasının namazı batil etməsi, diqqəti başqalarının hüquqlarına yönəldir.

–“Məsum imamların vilayətini qəbul etmədən qılınan namaz qəbul deyil” rəvayətindən siyasi baxışlar formalaşır.

–Cəmiyyət namazının nizamlı cərgələri diqqəti nizam-intizama, Kərbəla türbəti diqqəti şəhidlərə, məscidin təmizliyi ilə bağlı göstərişlər diqqəti sağlamlığa yönəldir.

–Namaz boyu Allaha diqqət aşılanır. “Maliki yəvmiddin” diqqəti məada, “ihdinəs-siratəl-mustəqim” diqqəti yol seçiminə, “siratəlləzinə ənəmtə ələyhim” diqqəti yaxşı yoldaşlara, “ğəyril-məğzubi ələyhim vələzzalin” diqqəti qəzəbə düçar olmuşlara, təşəhhüd diqqəti Peyğəmbər (s) və onun Əhli-beytinə (ə), salam diqqəti paklara və salehlərə yönəldir.

–Spirtli içki içənin qırx gün namazının qəbul olmaması sağlam və pak qidalanma məsələsini önə çəkir.

–Namazda ən yaxşı libaslarda, ətirlənmiş vəziyyətdə iştirakın tövsiyəsi diqqəti zahiri səliqə-sahmana yönəldir.

–Aralarında kin-küdurət olan ər-arvadın namazının qəbul olmaması barədə hədis diqqəti ailədə mehribanlığa yönəldir.

Deyilənlər namazda bizə aşılanan təsirlərin bir qismi idi. Mərhum İmam buyurur ki, namaz insan tərbiyə edən bir müəssisədir.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin