Nur təFSİRİ


Əmr be məruf və nəhy əz münkər (yaxşılığa çağırış və pisliyə qadağa)



Yüklə 2,21 Mb.
səhifə265/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   261   262   263   264   265   266   267   268   ...   572

Əmr be məruf və nəhy əz münkər (yaxşılığa çağırış və pisliyə qadağa)


“Əmr be məruf” dedikdə yaxşılıqların tövsiyəsi, “nəhy əz münkər” dedikdə pisliklərin qarşısının alınması nəzərdə tutulur. Loğmanın öz övladına əmr be məruf və nəhy əz münkər göstərişi verməsi bu vəzifələrin yaşdan asılı olmamasını göstərir.

Yaxşılığa çağırış əqidə məktəbinə eşq nişanəsidir. Xalqa məhəbbət, cəmiyyətin sağlamlığına maraq, söz azadlığı, dini qeyrət, səmimi dostluq rabitələri, pak fitrət, ümumi nəzarət, ictimai fəallıq əmr be məruf nişanələrindəndir.

Yaxşılığa çağırış və pisliyə qadağa xeyir əməl sahiblərini təşviq edir, cahil insanları oyadır, pis işlərin qarşısını alır, bir növ ictimai asayiş yaradır. Quran buyurur ki, “siz müsəlmanlar ən üstün ümmətsiniz. Çünki yaxşılığa çağırır, pisliyə qadağa qoyursunuz.1

Həzrət Əli (ə) buyurur: “Yaxşılığa çağırış və pisliyə qadağa hamının xeyrinədir.”2 Digər bir hədisdə oxuyuruq: Pis işlərin qarşısını almayan insan yolda yaralıya kömək göstərməyib onun ölümünə səbəb olan insan kimidir.3 Həzrət Davud (ə), həzrət İsa (ə) kimi peyğəmbərlər pisliyə qadağa qoymayanları lənətləmişlər.4 İmam Hüseyn (ə) yaxşılığa çağırış və pisliyə qadağa üçün qiyam qaldırdı.5 Hədisdə oxuyuruq: “Yaxşılığa çağırış və pisliyə qadağa yolu ilə bütün dini zərurətlər hərəkətə gələr.6 Quranda oxuyuruq ki, bir məclisdə ilahi ayələrə istehza olunarsa həmin məclisi tərk edin, qoy mövzu dəyişsin.7 İnsan günaha görə həm qəlbən narahat olmalı, həm dili ilə çəkindirməli, həm güc və qanun vasitəsi ilə xilaf işin qarşısını almalıdır. Bir insanı yaxşı yola gətirə bilsək, onun yaxşı işlərinin savabına şərik olarıq. Amma fəsad və günah qarşısında sakit dayansaq, fəsadçı və günahkar insanlar bir gün xalqa hakim olar. Günah qarşısında sükut günahı insanların nəzərində adiləşdirir, günahkar daha da ürəklənir. Nəticədə biz biganələşirik, şeytan razı qalır və Allahın qəzəbi nazil olur.

Yaxşılığa çağırış və pisliyə qadağa iki mühüm ilahi vəzifədir. “Başqalarının günahından bizə nə”, “xalqın azadlığını əlindən almaq olmaz”, “mən qorxuram”, “bir güllə bahar olmaz”, “İsanın (ə) öz dini, Musanın (ə) öz dini”, “bizi bir qəbirə qoymayacaqlar”, “bu iş mənə qalmayıb” kimi bəhanələr uyğun vəzifəni öhdəmizdən götürmür. Əlbəttə ki, yaxşılığa çağırış və pisliyə qadağa vəzifəsi agahlıq, canıyananlıq, ağıl, hətta mümkün qədər məxfiliklə həyata keçirilməlidir. Bəzən insan özü bu vəzifəni həyata keçirməli, bəzən sözünün təsirsiz olduğunu görüb başqalarını bu işə sövq etməlidir. Hətta qısa bir müddət günahın qarşısını almaq mümkündürsə, addım atılmalıdır. Xəbərdarlıq təkrarlandıqda nəticəyə çatmaq olarsa, təkrarlamaq zəruridir.

Ayə 18:



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin