Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə54/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   50   51   52   53   54   55   56   57   ...   572

Nöqtələr


Qurani-məcid həm hidayət və nur rəhbərlərini, həm də zəlalət və oda aparanları “əimmə” (“başçılar”) sözü ilə yad edir.1 Bəli, Qiyamət günü hər bir fərd dünyada seçdiyi başçı ilə ilahi ədalət məhkəməsində sorğuya gətirilər.2 Firon da həmin başçılardan biri kimi öz qövmünü cəhənnəmə daxil edər.3

Bildirişlər


1. İstibdad ruhiyyəsi insanı cəhənnəm əhlinə rəhbər edir.

2. Cəmiyyətin ideoloji və mənəvi durumunun formalaşmasında hakimiyyətin rolunu nəzərdən qaçırmaq olmaz.

3. Təkəbbürlü başçıların təbliğatı əslində cəhənnəmə dəvətdən ibarətdir.

4. Bu gün ətrafındakı çoxluqla öyünən müstəbidlər Qiyamətdə köməksiz qalacaq.

5. İlahi cəzalar təkcə axirətə aid deyil.

6. Xalqın lənəti ilahi qəzəb göstəricisidir. Dua və yaxşı ad ilahi lütf nişanəsidir.1

7. Zalım məhv olduqdan sonra da onu lənətləmək lazımdır.

8. Dünyadakı qara əməllər insanı axirətdə üzüqara edir.


Ayə 43:


﴿وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ مِن بَعْدِ مَا أَهْلَكْنَا الْقُرُونَ الْأُولَى بَصَائِرَ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةً لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ﴾

Ötən nəsilləri məhv etdikdən sonra xalqa bəsirət, hidayət və rəhmət olsun deyə Musaya (ə) kitab (Tövrat) əta etdik. Ola bilsin ki, öyüd götürələr.”


“Bəsair” sözü baxış, agahlıq mənasını bildirən “bəsirət” sözünün cəm formasıdır. “Əbsar sözü göz mənasını bildirən “bəsər” sözünün cəmidir.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin