Nöqtələr
“Yəqdiru” sözü həm ölçü götürmək, həm də ciddi yanaşmaq mənasını bildirir. Bu ayədə isə uyğun söz “yəbsutu” sözü ilə yanaşı işləndiyindən sıxıntı mənasını bildirir.
Bildirişlər
1. Ruzinin Allahın əlində olmasına diqqət insanı ümidsizlikdən qurtarır.
2. İnsan ruzi qazanmaq üçün çalışmalıdır. Amma unutmaq olmaz ki, bütün bunlar Allahın əlindədir.
3. Əksər ayələrdə ruzinin bolluğu onun azlığından öncə zikr olunur. Bu, ilahi mərhəmətin genişliyini göstərir.
4. Əgər ruzini artırıb-əskiltmək Allahın əlindədirsə, nə üçün bu qədər hərislik göstərilsin?!
5. Ruzi əldə etdikdə öz zirəkliyinizlə öyünməyin.
6. Yalnız iman əhli ruzinin Allah əlində olmasından ibrət götürür. (Qafil insanlar isə hər şeyə səthi baxırlar.)
Ayə 38:
﴿فَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ ذَلِكَ خَيْرٌ لِّلَّذِينَ يُرِيدُونَ وَجْهَ اللَّهِ وَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ﴾
“(Bir halda ki, ruzi Allahın əlindədir,) qohumun, miskinin, yolda qalanın haqqını ver. Allahın razılığını soraqlayanlar üçün bu (infaq) daha yaxşıdır. Onlar həmin nicat tapanlardır.”
Dostları ilə paylaş: |