Bildirişlər
1. İnsan ilkin mərhələdə zəifliyə məhkumdur.
2. İlkin yaranış mərhələsinə diqqət insanı oyadır və şükrə vadar edir.
3. Zəiflik və qocalıq Allahın hikmətli proqramlarındandır və bu vəziyyətlərdən şikayətlənməyin.
4. İnsanın zəif və qüdrətli olduğu mərhələlər hikmətli proqram əsasında müəyyənləşdirilmişdir.
5. İnsan dünyaya gələndə də, sonda da zəifdir. Qüdrətli günlərimizin qədrini bilək. Uşaqlıq dövrünün zəifliyi ötüb keçir, qocalıq dövrünün zəifliyi isə şiddətlənir.
6. Əvvəldə və sonda zəifliyə məhkum olan insan bir neçə günlük gücü ilə öyünməməlidir.
7. Əgər görən gözümüz olsa, bütün varlıq aləmi oxunası kitabdır.
8. Yaranmışın zəifliyi yaradanın zəifliyini göstərmir.
Ayə 55:
﴿وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُقْسِمُ الْمُجْرِمُونَ مَا لَبِثُوا غَيْرَ سَاعَةٍ كَذَلِكَ كَانُوا يُؤْفَكُونَ﴾
“Qiyamət bərpa olan gün günahkarlar and içərlər ki, bir saatdan artıq yubanmamışlar. (Onlar dünyada da) bu sayaq (haqdan) üz döndərirdilər.”
Dostları ilə paylaş: |