Övliyaların təvazökarlıq nümunələri
1. Yaranışın ən böyük şəxsiyyəti əziz Peyğəmbərdir (s). O əyləşəndə başqalarından seçilməzdi. Məclisə daxil olanlar onu oturduğu yerə görə tanımaz və kimin Peyğəmbər (s) olduğunu soruşardılar.1
2. Səfər zamanı hərə bir işi öhdəsinə götürdüyü vaxt həzrət Peyğəmbər (s) “çır-çırpı toplamaq mənim öhdəmə” buyurub işə başladı.2
3. Bəzilərinin quru yerdə oturduğunu görən əziz Peyğəmbər (s) döşənəcək əvəzi olaraq öz əbasını onlara verdi.3
Sadə geyim, çılpaq ulağa minmək, süd sağmaq, qullarla bir yerdə əyləşmək, uşaqlara salam vermək, ayaqqabısını yamamaq, xalqın dəvətini qəbul etmək, öz mənzilini süpürmək, hamı ilə əllə görüşmək, istənilən bir təamı bəyənmək həzrət Peyğəmbərin (s) xüsusiyyətlərindən idi.4
4. Bəzi şiələr İmam Sadiqə (ə) hörmət əlaməti olaraq hamamı boşaltmaq istədilər. Həzrət icazə verməyib buyurdu: “Bu işə ehtiyac yoxdur. Mömin dəbdəbədən uzaq olan sadə bir həyat keçirir.”5
5. Səfərdə İmam Rzanı (ə) qullardan aralı aparmaq istəsələr də o həzrət razılaşmadı.6
6. İmam Rzanı (ə) tanımayan bir şəxs ona belini kisələtdirmək istədi. Həzrət özünü təqdim etmədən onun xahişini yerinə yetirdi. Sonradan həzrəti tanıyan həmin adam xəcalətdən üzülüb üzr istədi. Həzrət ona ürək-dirək verdi.7 Təklifi qəbul etmək, başqalarının tənqidini dinləmək, başqalarından aşağıda oturmaq təvazö nişanələrindəndir.
Ayə 19:
﴿وَاقْصِدْ فِي مَشْيِكَ وَاغْضُضْ مِن صَوْتِكَ إِنَّ أَنكَرَ الْأَصْوَاتِ لَصَوْتُ الْحَمِيرِ﴾
“Yol yeriyərkən orta həddi gözlə, səsini yavaş çıxar. Çünki səslərin ən xoşagəlməyəni ulağın səsidir.”
Dostları ilə paylaş: |