Bildirişlər
1. İstər müsəlman, istər qeyri-müsəlman insanlarla xoş rəftar edək.
2. Hətta yol yeriyərkən təkəbbürlə yerimək qadağandır.
3. Allahın razılığını önə çəkib yaxşılığa həvəsləndirək, Allahın qəzəbini önə çəkib pisliklərdən çəkindirək.
4. Özümüzü mövhumat, xülya, qürur xəstəliyinə yoluxdurmayaq.
5. Xalqla təkəbbürlü davranıb lovğalanmayaq.
Təvazö
Bu ayədə Loğman öz oğluna deyir ki, yer üzündə təkəbbürlə gəzmə. Surələrdən birində isə təvazökar yeriş yaxşı bəndəliyin ilkin nişanəsi sayılır.2 İnsanın öz vücudundakı ən uca nöqtəni (alnını) səcdə zamanı yerə qoyması namazın əsrarəngizliklərindəndir və Allah qarşısında təkəbbürdən uzaqlığı və təvazönü göstərir. Bütün insanlar qarşısında təvazökarlıq zəruri sayılsa da, valideyn, ustad, möminlər qarşısında təvazö layiqli möminlik nişanələrindəndir.3
Peyğəmbərlər yoxsulları onlardan uzaqlaşdırmaq istəyən təkəbbürlülərə belə cavab verirdilər: “Biz heç vaxt onları rədd etmərik.”4 Torpaqdan, nütfədən yaradılmış zəif insan sonda hərəkətsiz leşə çevrilir. Belə bir varlıq hansı əsasla lovğalanmalıdır? Məgər o öz məhdud elmini bir anda unuda bilməzmi? Məgər o, gözəlliyini, qüdrətini, şöhrət və sərvətini bir anda itirə bilməzmi? Məgər cəmiyyətdəki xəstəlikləri, yoxsulluqları və ölümü görmürmü? Məgər onun bugünkü imkanları puç olub gedəsi deyilmi? Bəs hansı əsasla lovğalanmalıdır? Quran buyurur ki, təkəbbürlə yerimə, yer yarılan deyil; özünü dartma, dağlardan yuxarı qalxası deyilsən.5
Dostları ilə paylaş: |