Bildirişlər
1. İnsan fitrətən Allahşünasdır. Amma maddiyyata meyillər fitrətin qarşısına pərdə çəkir. Hadisələr və təhlükələr isə bu pərdəni kənarlaşdırır.
2. Maddi rifah yuxuya verir, təhlükələr yatanı oyadır.
3. Maddi vasitələrdən ümidi üzmək ixlas əldə etmək yollarındandır.
4. Övliyalar üçün qəflət, Allahdan uzaq düşənlər üçün ixlas ötəridir.1
5. Xalisanə dua qəbul olunmağa yaxındır.
6. İnsan ixtiyar sahibidir. (Bəziləri çətinlik ötüb-keçdikdən sonra haqq yolda qalır, bəziləri isə şirkə və azğınlığa qayıdır. Bu seçim insanın azad olduğunu göstərir.)
7. Orta hədd iman şərtidir.
8. Əhdi pozmaq və nankorluq insanı küfrə sürükləyir.
İxlas
İxlas dedikdə işin tam Allah üçün görülməsi nəzərdə tutulur. Əgər insanın niyyətində bir faiz Allahdan qeyrisi varsa, bu ibadət batil və ya nöqsanlıdır. Bəzi nümunələr göstərək:
–İnsan namaz üçün elə bir yer seçir ki, onun namaz qıldığını görsünlər və ya çəkilişə düşsün;
–İnsan namaz üçün elə bir vaxt seçir ki, onun namaz qıldığı müşahidə olunsun;
–Əgər insan namaz vaxtı kimlərinsə zövqünü oxşamaq üçün müəyyən libas geysə, həmişəkindən başqa halda namaz qılsa, Allahdan qeyrisini razı salmaq istəsə namaz batildir, riyakarlıq səbəbindən günah da qazanmışdır.
İxlas odur ki, insan nəfs istəklərini, zalım hakimləri, siyasi meyilləri nəzərə almasın, yalnız Allaha itaət etmək, vəzifəsini yerinə yetirmək üçün çalışsın.
Yalnız ilahi yardımlarla ixlasa çatmaq olar. Hazırkı ayədə oxuduq ki, təhlükə zamanı insan ixlasla Allahı çağırır, təhlükələr ötüb-keçdikdən sonra yalnız bəziləri orta yol tutur.
Dostları ilə paylaş: |