Bildirişlər
1. Səmadakı nişanələrdən əlavə, yerdəki nişanələrə qarşı da diqqətli olaq. Ötən ayələrdə Günəş və Aydan, bu ayədə dəniz və gəmiçilikdən danışıldı.
2. Allaha doğru çağırarkən, Onun nemətləri haqqında danışarkən təbii və göz qabağında olan nümunələrdən istifadə edək.
3. Yaranmışlara sadə baxmayaq. Ətrafdakılar Allahın ayələridir.
4. Gəminin suda hərəkəti Allahın əsrarəngiz nemətlərindəndir.
5. Əgər daha çox ilahi qüdrət nişanələri görmək və daha çox ilahi nemətdən bəhrələnmək istəyiriksə, daha da hövsələli olmalıyıq. Verilmiş nemətlərdən ən gözəl şəkildə bəhrələnməli və daim şükür etməliyik.
Ayə 32:
﴿وَإِذَا غَشِيَهُم مَّوْجٌ كَالظُّلَلِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ فَمِنْهُم مُّقْتَصِدٌ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا كُلُّ خَتَّارٍ كَفُورٍ﴾
“Onları buludlar tək (coşqun) dalğalar bürüdüyü vaxt Allahı xalisanə itaətlə çağırarlar. Elə ki, Allah onları quruya çıxardı, bəziləri orta yolu tutar (bəziləri azğınlığa uğrayar). Nankor xainlərdən başqa ayələrimizi kimsə inkar etməz.”
Dostları ilə paylaş: |