Bildirişlər
1. İşçinin haqqını yubandırmadan ödəyin.
2. Qadın evdən kənarda həya və iffəti gözləməlidir. (Quranda bildirilir ki, həya qadın üçün ən üstün kamillikdir.)
3. Dəvət edərkən kişi kişini, qadın qadını dəvət etsin.
4. Dəvətsiz qonaq olmayaq.
5. Zalım hakimin əlindən qaçan şəxs Allah peyğəmbərinə qonaq olur.
6. Ata öz övladlarının rəftarından xəbərdar olmalı, onların hərəkətlərinə münasib reaksiya göstərməlidir. (Şüeyb (ə) qızlarının həmişəkindən tez gəldiyini görüb bunun səbəbini soruşdu və Musaya (ə) təşəkkür etmək qərarına gəldi.)
7. Qərib insana nəvaziş göstərmək peyğəmbərlərin bariz sifətlərindəndir.
8. Xalqın xidmətlərini lazımınca dəyərləndirək.
9. Allahın razılığını nəzərdə tutmaq başqalarına təşəkkür etməklə zidd deyil. (Həzrət Musa (ə) Allahın razılığı üçün çalışırdı, amma həzrət Şüeyb (ə) ona muzd ödəyib zəhmətlərinə görə təşəkkür etdi.)
10. Hadisələri mütəxəssislərə, analitiklərə, təfsir əhlinə nəql edək.
11. İman əhli sonda nicat tapasıdır.
12. Peyğəmbərlərin duası qəbuldur. Bir gün əvvəl zalımların əlindən qurtuluş diləyən Musa (ə) bu gün nicat tapdığını eşidirdi.1
13. Allah övliyalarının yanında olmaq bir növ əmin-amanlıq, arxayınlıqdır.
Ayə 26:
﴿قَالَتْ إِحْدَاهُمَا يَا أَبَتِ اسْتَأْجِرْهُ إِنَّ خَيْرَ مَنِ اسْتَأْجَرْتَ الْقَوِيُّ الْأَمِينُ﴾
“Həmin iki nəfərdən (qızlardan) biri dedi: “Ey ata! Onu işə götür, çünki seçəcəyin ən üstün şəxs güclü və etibarlı olmalıdır.”
Dostları ilə paylaş: |