Nöqtələr
Bu ayədəki “rəcul” sözü Firon ailəsindəki möminə işarədir və Quranın surələrindən biri bu münasibətlə “mumin” adlandırılmışdır. Bu şəxs öz imanını gizlədərək təqiyyə libasında Musaya kömək edirdi.
Bildirişlər
1. Həzrət Musanın (ə) Fironun sarayında tərəfdarı vardı.
2. Zalıma istənilən bir şəkildə yardım haramdır. Amma iman əhlinə kömək üçün zalım dövlət aparatına daxil olmaq mümkündür. (İmam Kazimin (ə) yaxınlarından olan Əli ibn Yəqtin məhz iman əhlinə yardım üçün Abbasilər hökumətinə qatılmışdı.)
3. Zalım hakimlər öz təhlükəsizliklərinə xatir xalq arasında, şəhərin mərkəzində yaşamırlar.
4. Həqiqi rəhbərlər və ictimai xadimləri qorumaq üçün var gücümüzlə çalışaq.
5. Bəzən xəbərin vaxtında çatdırılması, işdə sürət bir millətin taleyini dəyişir. (Ola bilsin ki, həmin şəxs Musanı (ə) xəbərdar etməsəydi, məmurlar onu ələ keçirib öldürərdilər.)
6. Musa (ə) kimi inqilabi bir şəxs küfr cəbhəsi və onun başçılarını çox narahat edir.
7. Zalım hakimlərin tərəfdarları da onların günahlarına şərikdirlər.
8. Xainlərin qurğularını və planlarını ifşa etmək vacibdir.
9. Cəmiyyəti islah etmək fikrində olanlar daim hicrətə və sürgünə hazır olmalıdır.
10. Can yandıranların xəbərdarlıqlarını dəyərləndirək və onların nəsihətlərini qəbul edək.
11. Düşmənin bir addımlığında dayanmaq hünər deyil.
12. Peyğəmbərlərin həyatı adətən hicrət və çətinliklərlə ötüşmüşdür.
13. Səy və təlaşımızı artıraq, amma nəticəni Allahdan istəyək.
14. Dua təlaş və hərəkətlə müşayiət olunmalıdır.
15. İlahi rəhbərlər bütün hallarda Allahdan yardım diləyirlər.1
Ayə 22:
﴿وَلَمَّا تَوَجَّهَ تِلْقَاء مَدْيَنَ قَالَ عَسَى رَبِّي أَن يَهْدِيَنِي سَوَاء السَّبِيلِ﴾
“(Musa) Mədyənə üz tutub dedi: “Ümid edirəm ki, Rəbbim məni doğru yola hidayət edəcək.”
Dostları ilə paylaş: |