Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə24/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   20   21   22   23   24   25   26   27   ...   572

Nöqtələr


Sual: Peyğəmbərlik məqamına yüksəlmiş bir şəxsin “özümə sitəm qıldım” deməsi necə izah olunur?

Cavab: Burada “özümə sitəm” dedikdə peyğəmbərlik məqamına zidd olan günah yox, bilmədən qətlə aparan ictimai durum nəzərdə tutulur. Allah-təala həzrət Musanın (ə) “muxləs” məqamında olduğunu bildirir.1 Belə bir məqama çatan insan günaha yol vermir. Şeytan etiraf edir ki, onun müxləslərə nüfuz gücü yoxdur.2

Bildirişlər


1. Duada Allahı mübarək “Rəbb” adı ilə çağıraq.

2. İnsan günaha bilməyərəkdən yol versə də, bu günahın təbii sonluqlarından qəflətdə qalmamalıdır. (Musa bir mömini xilas etmək üçün səhnəyə daxil oldu. O kimisə öldürmək məqsədində deyildi və günahkar sayılmırdı. Amma bu iş onun vəziyyətini çətinləşdirdi. Əslində bu hadisə bir bəla idi.)

3. Saleh insanlar bilmədən yol verdikləri büdrəmələrə görə də dərhal tövbə edir və həmin büdrəmənin acı nəticələrini aradan qaldırmağa çalışırlar. (Həzrət Musa (ə) öz istiğfarı ilə Allahdan bir neçə şey dilədi: Öz əməlinin ictimai zərərlərinin və gələcəklə bağlı nigarançılıqların aradan qaldırılması, fironçuların intiqam üçün qurduqları planların dəfi.)

4. Peyğəmbərlərin duası qəbuldur.



Ayə 17:


﴿قَالَ رَبِّ بِمَا أَنْعَمْتَ عَلَيَّ فَلَنْ أَكُونَ ظَهِيرًا لِّلْمُجْرِمِينَ﴾

(Sonra Musa (ə)) dedi: “Pərvərdigara! Mənə ruzi etdiyin nemətə xatir heç vaxt günahkarlara arxa olmayacağam.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin