Nöqtələr
“Muəvviq” dedikdə ayıran, “bəs” dedikdə çətinlik və savaş meydanı nəzərdə tutulur.
Quranda bir neçə növ qardaşlığa işarə olunmuşdur: ailədəki təbii qardaşlıq, dini qardaşlıq1, bu ayədə işarə olunmuş firqə qardaşlığı, tabeçiliklə həyata keçən rəftar qardaşlığı. (Məsələn, israfçılar şeytanın qardaşları kimi tanıtdırılır.2)
Ayədəki “vəl qailinə li ixvanihim” ifadəsi münafiqlərin zəif imanlı müsəlmanları cəbhədən uzaqlaşdırmaq dəvətinə işarədir.
Bildirişlər
1. Allah düşmənlərin pozucu hərəkətlərindən və əks-təbliğatlarından agahdır.
2. Cəbhədən qaçan qorxaq münafiqlər başqalarının da savaşda iştirakına mane olurlar.
3. Döyüşçünü istənilən bir şəkildə həvəsdən salmaq günahdır.
4. Cəbhəyə getmək yox, cəbhədə qalmaq mühümdür.
Ayə 19:
﴿أَشِحَّةً عَلَيْكُمْ فَإِذَا جَاء الْخَوْفُ رَأَيْتَهُمْ يَنظُرُونَ إِلَيْكَ تَدُورُ أَعْيُنُهُمْ كَالَّذِي يُغْشَى عَلَيْهِ مِنَ الْمَوْتِ فَإِذَا ذَهَبَ الْخَوْفُ سَلَقُوكُم بِأَلْسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى الْخَيْرِ أُوْلَئِكَ لَمْ يُؤْمِنُوا فَأَحْبَطَ اللَّهُ أَعْمَالَهُمْ وَكَانَ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرًا﴾
“Onlar sizə kömək göstərməkdə xəsisdirlər. Qorxu yarandıqda ölüm yaxalamış kəs kimi gözləri (hədəqədə) dolanan halda sənə baxdıqlarını görərsən. Elə ki, qorxu sovuşdu sizə qarşı sərt və acı dillərini işə salarlar. Halbuki xeyirə münasibətdə xəsisdirlər. Onların imanı yoxdur, Allah əməllərini məhv etmişdir. Allah üçün bu iş asandır.”
Dostları ilə paylaş: |