Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə370/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   366   367   368   369   370   371   372   373   ...   572

Bildirişlər


1. Xalq rastlaşdığı problemlərin həlli üçün peyğəmbərə üz tuturdu. (Zeyd ibn Harisə zövcəsini boşamaq istədiyini dəfələrlə Peyğəmbərə (s) elan etmişdi. Amma Peyğəmbər (s) daim onu səbirə çağırırdı.)

2. Əlimizdəki nemətlər Allah və Onun rəsulu tərəfindəndir.

3. Nemətləri sadalayarkən öncə mənəvi və ilahi nemətləri, sonra maddi və dünyəvi nemətləri yada salın. Zeydə verilən nemətlər sırasında da öncə iman, sonra azadlıq gəlir.

4. İslam və azadlıq iki böyük nemətdir.

5. Bir şəxsin adını yox, hansısa səciyyəsini dilə gətirmək istədikdə ən yaxşı səciyyəsini zikr edin.

6. Əgər bir şəxs öz ailəsindən şikayətlənərsə ona dərhal boşanmaq təklifi verməyin. (İslam ailə bünövrəsinin qorunması tərəfdarıdır.)

7. Yaxşılığa dəvət edərkən insandakı mərhəmət hislərindən, təqvadan istifadə edin.

8. Təqva ailə bağlılığını möhkəmləndirən səbəbdir.

9. Nemət verən tərəfin əmr və qadağa haqqı var.

10. Hətta geniş ictimai dəstək qazanmış puç və azğın düşüncələrlə qəti mübarizə aparaq.

11. Yanlış ictimai adətləri xalqın hay-huyundan qorxmadan aradan götürün.

12. Allah əmrlərinin icrasında beynəlmiləl təşkilatların xeyir-duasını gözləməyin.

13. Boşanma qadının azğın sayılması üçün dəlil deyil.

14. Ailə həyatı insanın mühüm ehtiyaclarındandır.

15. Ailə məsələləri haqqında üstü örtülü danışın.

16. Dini rəhbərlər puç adət-ənənələrin aradan qaldırılmasında öncül olmalıdır. (başqaları üçün haqq yolu asanlaşdırmaq bir dəyərdir.)

17. Dul qadınlar möhtərəmdir və onlarla evlənmək əskiklik sayılmamalıdır. Allah buyurur ki, bu izdivacı biz qərar verdik.

18. Qeyri-ilahi adət-ənənələrə bağlılıq həyatı iflic edir.

19. Oğulluq arvadını boşadıqdan sonra həmin qadınla evlənmək olar.

Ayə 38:



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   366   367   368   369   370   371   372   373   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin