Nöqtələr
“Ğərur” dedikdə olduqca hiyləgər şəxs nəzərdə tutulur. Növbəti ayəyə əsasən burda şeytana işarə olunmuşdur.
Allaha qarşı qürrələnmək dedikdə insanın şeytanın təhriki ilə Allahın əfv və bəxşişi müqabilində qürrələnməsi nəzərdə tutula bilər. Uyğun təbirlər insanın təhrif vasitəsi ilə bidətə, səhlənkarlığa sürüklənməsinə, günahın təkrarına vadar edilməsinə işarə ola bilər.
Surə tövhid haqqında söhbətlə başlayır, növbəti ayədə nübüvvədən danışılır və hazırkı ayədə məad məsələsinə toxunulur.
“Loğman” surəsinin 33-cü ayəsi də bu ayənin oxşarıdır.
Dostları ilə paylaş: |