Nöqtələr
“Sərh” dedikdə uca tikili nəzərdə tutulur. Ayədən məlum olur ki, qədim Misirdə həm kərpic bişirən kürələr, həm də qüllə tikmək bacarığı var imiş.
Bildirişlər
1. Təkəbbürlü ruhiyyə haqqın qəbuluna mane olur. Firon dedi ki, sizin üçün özümdən başqa tanrı tanımıram.
2. Təkəbbürlü zalımlar öz əqidə və düşüncələrini başqalarına zorla qəbul etdirirlər.
3. Təkəbbürlü başçıların şüarı budur: Mənim tanımadığım şey mövcud deyildir!”
4. Allahı gözlə görmək istəyi fironsayağı bir təfəkkürdür.
5. Araşdırma aparmaq görüntüsü ilə qüdrəti nümayiş etdirmək, avamları aldatmaq və ictimai rəyi çaşdırmaq təkəbbürlü başçıların qaydalarındandır.
6. Təkəbbürlü başçılar özlərini hər sahədə aparıcı sayırlar. (Firon istənilən bir münasibətlə özünü irəli verirdi.)
Dostları ilə paylaş: |